Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sahib Məmmədov Soruşur Yazılma Tarixi:25.01.2016 12:46:03

salam men Agcabedi rayon sakini Memmedov Sahib Eyvaz oglu 31.10.1997-ci il tevelludluyem menim atam 1-ci qrup elil oldugu ucun meni herbiye aparmirlar ama konullu getmek isteyirem xais edirem mene komek edin 051 321 01 15

Bildiririk ki, ailə vəziyyətinə görə möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Elvin Soruşur Yazılma Tarixi:25.01.2016 11:37:58

SALAM MEN ORTA MEKTEBI QUTARMISAM IYUNUN 10 U 18 YASIM TAMAM OLUR MEN BILMEK ISTEYREMKI VAYINKAMATDAN IYUL CAGRISCILARNI HANSI AYDQ TIBBI MUANIYEDEN KECEMEYE CAGIRILAR

Bildiririk ki, 2016-cı ilin iyul çağırışçıları may ayından etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və  bölmələri tərəfindən tibbi şəhadətləndirilməyə cəlb olunacaqlar.
Təbriz Əzizli Soruşur Yazılma Tarixi:25.01.2016 09:06:10

29.12.2015 də dovlət sərhəd xidmətinə senəd vermişəm.hələ bir xəbər yoxdu..ozum herbiçi olmuşam..bilməy isdəyirem nə vaxd mənə bir xeber verəcəylər?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Suleyman Rehimov Soruşur Yazılma Tarixi:25.01.2016 06:05:48

Salam.Men Turkiyede tehsil aliram.2ci ilimdi.bu ay gelende telesik geldim deye arayis getire bilmedim.Esgerlikden de arayis isteyirler.Onlara deyiremki ora gedib ele gonderecem arayisi.Mohlet vermemek huququ var mi ?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilini bitirənədək ildə bir dəfə tərcvümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətinn qeydiyyatda olduqları idarə, şöbə və bölməsinə təqdim etməlidirlər.
elsen mehdiyev Soruşur Yazılma Tarixi:24.01.2016 21:13:10

Menin 22 yasim var men herbiye getmek isdeyirem nece gede bilerem?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (çağırışçı və ya hərbi vəzifəli olmağınız) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
İsmayıl Qasımov Soruşur Yazılma Tarixi:24.01.2016 21:03:14

Salam mən ali təhsilliyəm Hərbi xidmətdə əsgər kimi xidmət etmişəm Bilmək isdərdim ki hərbi rütbə almaq üçün nə etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Əlavə olaraq bildiririk ki, bu Qanunun 36.1.4-cü maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Sabanov Nurlan Soruşur Yazılma Tarixi:24.01.2016 18:34:52

Salam,epilepsiya xesteleri mialice olduqlarindan sonra 1-2 il xesteliyin elametleri olmadigda herbi xidmete yararli sayilirlar yoxsa epilepsiya xroniki xestelik olduguna gore dinc dovurde yararsiz,muharibe dovrunde mehdud yararli sayilirlar?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-ci maddəsinin “b” bəndinin (tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar olduqda) I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Esgerov Ilham Soruşur Yazılma Tarixi:24.01.2016 17:44:56

Menim qardasim 1-ci berdeye dusmusdu sonra ise genceye aparacaqlarini dediler ve qardasim gedenden sonra xeber aldiq ki gedebeye apariblar indi ordadi ordan hara aparilaciqini öyrene bilerik balliqaya kendindedir

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.
sahin memmedov Soruşur Yazılma Tarixi:24.01.2016 16:42:26

Salam rezidenturada oxuyan telebe rezidenturada oxuyarken xarici universtetlerden birine qebul olarsa rezidenturani atib birbasa xarice gede biler yoxsa esgerliye getmelidi ondan sonra tehsilini xaricde davam etdirmelidir?

Sizin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən rezidenturada təhsil almaq hüququnuz var. Xarici ölkənin təhsil müəssisəsində təhsil almağınız üçün isə Sizə həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Bildiririk ki, respublika daxilində rezidentura təhsilindən imtina etdiyiniz halda, möhlət hüququnuzu itirərək həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Əlimurad Bağırlı Soruşur Yazılma Tarixi:24.01.2016 12:19:00

3-cü dərəcəli piylənməyə görə mənim dostumu əsgərlyə aparmrlar.Bu nə dərəcədə düzgündür?

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897