Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun ahmedov Soruşur Yazılma Tarixi:19.01.2016 19:14:18

Salam menim her iki gozlerimde eyriliy var men cerrahi emeliyyat kecirmisem. Lakin gozlerim duzelmiyib. Men herbi xidmete yararliyam?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nurlan velisov Soruşur Yazılma Tarixi:19.01.2016 16:54:25

Salam men ali tehsilliyem hal hazirda yeddi aydi esgerlik cekirem ozum indi mezuniyetdeyem.nikadr leytnant olmaq isdeyirdim mene dedilerki olduqum yerden vaxti uzadilib men deqiq bilmek isteyirem ki,nece muddetden sonra leytnan oxumaq olar???mumkunse cavab yazin.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər.   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hazırda hər­bi xidmət keçdiyiniz  qoşun növünün Komandanlığına müraciət edə bilərsiniz.
cavadov cavid Soruşur Yazılma Tarixi:19.01.2016 15:38:59

Salam.Bagiwlayin biletde 14d yazilan o nedir rle?

Müraciətinizdə göstərilən 14 “d” maddə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəl”ində yoxdur.
Quliyev Anar Abbas oğlu Soruşur Yazılma Tarixi:19.01.2016 15:19:38

Salam.Hərbi xidmətdə olmuşam.Yararlı hərbi biletim var.Əgərki mümkündürsə,məni yönləndirmədən,Siz müvafiq şöbələrə müraciət edib birbaşa (Dövlətə qulluq) lazım olan Hərbi hissədə qulluğumu rəsmiləşdirəsiniz.Təşəkkür.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); - gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla); - zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər.   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Cabbarova kemale Soruşur Yazılma Tarixi:19.01.2016 14:54:07

Salam men semkirdenem.menim qardasim xesdedi bakida verem balinsasinda mualice alib.qardasimi esgerliye cagirdilar,yoxlama aoarilanda niqodnu cixdi,dediler yararsizsan.men bilmek isdeyiremki qardasima pensiya dusurmu yararsiz olduguna gore?qardasimin 26 yasi var.cox sagolun

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlara pensiya əlillik dərəcəsi müəyyən olunduqdan sonra təyin edilir. Bu səbəbdən qardaşınız tibbi sənədləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  yaşadığı rayon üzrə Zona Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməsi tövsiyyə olunur.
Namiq mememedov Soruşur Yazılma Tarixi:19.01.2016 12:40:45

Salam mən beden tərbiyəsi akademiyasını bitirmişəm 1 il gencede hərbi xidmət keçmişəm və vətanim naminə döyüş bölgəsində zabit kimi işləmək istəyirəm həta idman bacariqliya m qara kəmər sahibiyəm

Bildiririk ki, döyüş bölgəsində zabit kimi hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Teymur Asadov Soruşur Yazılma Tarixi:19.01.2016 11:35:20

Salam 2. Dereceli yastıpencelilik herbi xidmete yararlı sayılırmı? Xahiş edirem yastıpenceliliklr elaqdar melumat vererdiniz. Önceden teşekkürler.

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ayxan Ibrahimov Soruşur Yazılma Tarixi:19.01.2016 10:54:43

Men gurcustanda oxuyuram.menim bilmek istediyim bizi burdan esgerliye cagiracaqlar. Hami deyir cagiracaqlar. Bu sualima zehmet olmasa cavab verin

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Nurlan Alxasov Soruşur Yazılma Tarixi:19.01.2016 09:52:32

Salam.Men ehtiyatda olan zabitem.Qeyd edim ki, Seferberlik xidmetine imtahan verib kesilmisem.Bilmek isteyirem ki novbeti defe imtahan vere bilerem?

Bildiririk ki, 28.07.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Zeynalov Emil Soruşur Yazılma Tarixi:19.01.2016 01:50:32

Salam. Men ehtiyatda olan zabitem. 2014-cü ilde ehtıyata buraxılmışam leytenant herbi rütbesinen. Naxçıvanda elahidde taborda yanacaq xidmet reisi işlemişem sizin idariye müraciet etsem işe qebul olaram? Eger qebul olsam ne işine qebul olacam? Zehmet olmasa melumat vererdiniz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897