Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
nerimanov neriman Soruşur Yazılma Tarixi:17.01.2016 14:03:31

2 usaq atasi herbi xidmetden azad olunurmu

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
vuqar qara Soruşur Yazılma Tarixi:17.01.2016 13:24:06

Salam. Bilmek istiyiremki,eger sexs 35yasina kimi her herbi xitmete cagiris zamani mohlet alirsa 35 yasi tamam olanda hemin sexse verilen herbi biletde sexsin herbi xidmete yararli olmasi yazilir ya ya yararsiz olmasi?(yeni ki qodnu ya niqodnu meselesi)

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respub­likası Qanununa əsasən «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. 35 yaşı tamam olmuş şəxslər yalnız özlərinin istəyi ilə əvvəllər onlara müəyyən olunmuş diaqnozun dəyişdirilməsi məqsədi ilə təkrar tibbi şəhadətləndirilməsi üçün hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərlər.
Memmedov allahyar Soruşur Yazılma Tarixi:17.01.2016 11:00:00

Men hal hazirda 11 ci sinif telebesiyem, amma 18 yasim tamam olub . ola bilerki 11 ci sinifi tamamlamamis esgere gedim?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.
Zaur Eliyev Soruşur Yazılma Tarixi:17.01.2016 09:41:50

Salam atam rehmete gedib anam 2 ci qrup elildir qardawim hal hazirda esgerlikdedir 2015 oktyabr da cagirilib bilmek isterdik ki 2 ci qrup uzre elillikle elaqeder onu aile veziyyeti mezuniyyetine getirmek olar ve bunun ucun hara muraciet etmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Mirmehti Sadıqov Soruşur Yazılma Tarixi:16.01.2016 20:48:09

Mən SHXÇDX-nin idarə (şəhər, rayon) və yaxud şöbəsində zabit kimi xidmət keçmək istəyirəm. SHXÇDX-nə zabit kimi işə qəbul olunarkən leytenant hərbi rütbəsini almaq üçün kurs keçmək lazımdır? Ali təhsilliyəm, hərbi xidmətdən 2015-ci ilin iyul ayında tərxis olmuşam. Xidmət etdiyim müddətdə komandanlıq tərəfindən Döyüş hazırlığı və Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli döş nişanı ilə təltif olunmuşam. Mən SHXÇDX-nə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu bölməsinə daxil oldum ancaq hansı müraciət növünü seçəcəyimi aydınlaşdıra bilmədim. Xahiş edirəm ki, bu barədə mənə köməklik göstərəsiniz.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
isbendiyar quliyev Soruşur Yazılma Tarixi:16.01.2016 17:48:24

quliyev isbendiyar arzuman oqlu herbi xidmetde ferqlenmeye gore 10 avgusd 2014 cu ilde 3dereceli medal ile teltif olunmusam bilmek isderdim bu medala gore mene ayliq pul vermelidler?

Bildiririk ki, mövcud Qanunvericiliyin tələblərinə əsasən “Hər­bi xid­mə­tdə fərqlənməyə görə” medalla təltif olunmuş şəxslərə medala görə hər hansı aylıq müavinətin ödənilməsi nəzərdə tutulmamışdır.
Ağabəy Bayramov Soruşur Yazılma Tarixi:16.01.2016 16:01:25

salam men xususi teyinatli olmaq istiyirem boyum 1.75 yasim 17 ni tamam elememisem ama orta tehsilliyem nece ola bileremki esgerliyi qurtaram gerek ? yoxsa harasa yazilirsan ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Abuzər Əbilov Soruşur Yazılma Tarixi:16.01.2016 15:13:12

Səfərbərlik xidməti tərəfindən elan olunmuş konkurs(əsgər məktubları) bitdimi? Nəticələri haqda bilgi vermənizi xahiş edirəm

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Portalına göndərdiyiniz müraciətə baxılmışdır.  Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında təşkil etdiyi  “Əsgərə məktublar” adlı yazı müsabiqəsi 2015-ci ilin dekabr ayının 7-dən 2016-cı ilin yanvar ayının 18-dək davam etmişdir. Münsiflər heyətinin qiymətləndirməsindən sonra nəticələr elan ediləcək və qaliblərə məlumat veriləcəkdir.
fexri hebibli Soruşur Yazılma Tarixi:16.01.2016 14:33:31

Salam men Hebibli Fexri Dq ların XTD də xidmət etmisem maxe olmaq isteyirem nece gede bilierem işlemeye?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hər­bi qulluqçularının hazırlığı kursu”nda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, gizir­lə­rin həqiqi hər­bi xid­mə­tınə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) könüllü da­xil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti “Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hər­bi qulluqçularının hazırlığı kursu”nun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
veten perver Soruşur Yazılma Tarixi:16.01.2016 13:12:33

salam mudeten artq herbi xidmete gizirkimi qalmaqa orta tehsil haknda atestat teleb olunurmu

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla).
Cədvəldə sətir sayı :14897