Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rewad abdullayev Soruşur Yazılma Tarixi:14.01.2016 17:56:13

salam herbi xidmetden Milli qvardiyaya kecmek olur

Bildiririk ki, çağırışçıların təyin olunduqları qoşun növünün sonradan dəyişdirilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Gültəkin Əlizadə Soruşur Yazılma Tarixi:14.01.2016 15:17:32

Salam.Mən könüllü olaraq xüsusi kəşfiyyatda işləmək istəyirəm.Zəhmət olmasa məni məlmuatlandırardınız.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
suleyman esgerov Soruşur Yazılma Tarixi:14.01.2016 13:42:41

salam men herbi deniz quvvelerinde işe daxil olmaq isteyirem, bunun ucun hara ve hansi senedlerle muracirt edim.ali tehsilliyem, herbi xidmetde olmuşam.xaiş edirem cavablandırın

 Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz.
Ruslan Ismayilov Soruşur Yazılma Tarixi:13.01.2016 20:31:30

Salam,menim dostum hekimden kecmis ve onun erizesine saglam yazilmisdir.Lakin sonradan melum olunmusdurki,o herbi xidmete yararsizdir.Yeni,ayaqalti ikinci dereceli olmus ve fiziki pozgunluq musahide edilmisdir.Lakin vaxt mehdudiyyeti oldugundan hec yere muraciet ede bilmemisdir.O,bu hefte erzinde herbi xidmete yollanmalidir.Bununla bagli kime muraciet ede biler?

 Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı dostunuzun Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməsi tövsiyə olunur.
Vəliyev Süleyman Soruşur Yazılma Tarixi:13.01.2016 20:11:16

Salam. Mən Vəliyev Suleyman Elşən oglu 1994 tevellud. Yanvar çağırışında olmalı idim. Amma hərbi komissarlıqda siyahıda adım qeyd edilməyib. Bilmək istəyirdim mənim haqqımda verilən əmr nədir?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Toğrul Cəfərli Soruşur Yazılma Tarixi:13.01.2016 17:26:29

Salam. Men Şuşa herbi kommisarligindan 3 ildirki saxlanmisam.saxlanmagima sebeb dalagimin boyumeyi olub.hekim kommisiyasindan her defe kecende bu diaqnoz qoyulub mene.ama mene herbi kommisarliqdan ne bir melumat verilir nede bir soz deyirler.mene herbi bilet (ne qodnu) verilmelidirmi? 3 defe saxlanmisam

Məlum olmuşdur ki, Siz, Xidmətin Şuşa rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Vəliyev Süleyman Soruşur Yazılma Tarixi:13.01.2016 16:03:25

Salam.Minimal mitral çatızmazlıq (hemodinamik əhəmiyyətli). Aorta, AQ-N, MQ qalınlaşması, ön tayının 1ci dərəcəli prolapsı.Bu diaqnoza uyğun olaraq mən hərbi xidmətə yararlı sayılıramml, yoxsa müvəqqəti möhlət hüququmu verilməlidir. Bəs onda möhlət müddəti nə qədərdir?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I-II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Memmedova Sebnem Soruşur Yazılma Tarixi:13.01.2016 10:05:40

Salam men herbide islemek isteyirem 28 yasim var hara muraciet etmeliyem?

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Verdiyev elcin Soruşur Yazılma Tarixi:13.01.2016 01:22:13

Salam men verdiyev elcin 2008 ci ilde herbi xidmete cagrildim. Deri xesteliyim oldugu ucun herbi biletime yarasiz yazildi. Hal hazirda menim 25 yasim var ve men konullu herbi xidmete getmek isteyirem. Sehetimde hec bir problem yoxdu. Bir usaq atasiyam. Bu gun men Goy Gol rayon herbi komisarliga muraciet etdim. Mene bildirdiler ki sen ancaq 2017 ci ilde muraciet ede bilersen. Xais mene cavab yazin. Men ne etmeliyem ki bu ay herbi xidmete gedim???

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin      6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun            20.3 maddəsinə əsasən, təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Nəzərinizə catdırırıq ki, təkrar şəhadətləndirilmənin və tibbi müayinənin nəticəsinə uyğun olaraq Göygöl rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunduğunuz təqdirdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz. Belə ki, bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Odur ki, hərbi biletinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin Göygöl rayon şöbəsinə şəxsən müraciət etməlisiniz.
Ibadov Togrul. Soruşur Yazılma Tarixi:13.01.2016 01:15:14

Salam. Menim Ali tehsilim var . seferberlik ve herbi xidmete cagiris uzre idare ve bolmelerde islemey isteyirem . Bilmek isterdim ali tehsili olan sexslere zabit derecesi verilir ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə mülki işə qəbulu ilə bağlı müraciətlərinə baxılması barədə qərar, yalnız onlar özləri haqqında ətraflı məlumat verdikdən sonra qəbul edilir. Namizədliklərinə baxılan vətəndaşların həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında namizədlərin ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Eyni zamanda bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır.
Cədvəldə sətir sayı :14897