Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruzane Rustemova Soruşur Yazılma Tarixi:10.01.2016 15:09:36

Salam. Türk vatandaşı Azerbaycan da komutan olmag ısteyır.turkıyede hal hazırda komutan vezıfesındedı Ama bura geçiş etmek ısteyır.bunun üçün ne etmelı

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.2-ci maddəsinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Kərimli Ramil Soruşur Yazılma Tarixi:10.01.2016 14:29:19

Salam. Men 2015-ci ildə ADİU bitirmişəm.Hərbi Xidmətdən müvəqqəti olaraq azadam. Könüllü olaraq Hərbi Xidmətə getmək istəyirəm və orada Leytenant vəzifəsində xidmət etmək istəyirəm.Xahiş edirəmki bu barədə mənə əfraflı yazasınız.Leytenantolmaq üçün herbide nece müddət olacağam.Əvvəlcədən təşəkkür edirəm

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə göndərilməyinizlə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı isə xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur. 
Kamran Zeynalov Soruşur Yazılma Tarixi:10.01.2016 14:22:00

salam men bilmek isteyerdimki herbi xidmete yasti ayaqlilari aparillar? eger yararsiz yazsa hekim komisyasi bir muddetden sonra konullu herbi xidmete gede bilerem xahis edirem sualimi cavablandirasiz .

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
melahet memmedzade Soruşur Yazılma Tarixi:10.01.2016 13:25:35

Salam.gizirlik kurslari acilibmi?ve muddetden artiq heqiqi herbi xidmetden gedenler nece ay oxuyacaq bu kursu?

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Rövşən Həsənov Soruşur Yazılma Tarixi:10.01.2016 12:23:44

Salam. Türkiyede tehsil alan tələbələrin möhlət hüququ almaları üçün hansı kriterin olması gərəklidir? Təhsil aldığı haqqında unverstetlərin verdiyi tələbə arayışı yeterlimidir?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Şahin mərdanov Soruşur Yazılma Tarixi:09.01.2016 22:50:47

salam mənim ali təhsilim var əsgərliyimidə hərbi polisdə qulluq etmişəm indidə 31yaşım var hərbiye zabit kimi işleye bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Rafiq huseynov Soruşur Yazılma Tarixi:09.01.2016 21:55:53

Salam men herbi xidmetimi yerine yetirmisem ve muddetden artiq xidmet etmek isteyirem naxcivanliyam kollecde muhasibatliqi bitirmisem men xidmete gedende mene komekliyi olar ve hansi vezifeleri tuta bileremm xais edirem yol gosterin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Haciyev Allahverən Soruşur Yazılma Tarixi:09.01.2016 21:42:20

Ali məktəbə iş vermək uçun möhlət huquqnu əldə etmək uçun hansı quruma muraciət etmək lazımdır?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
quliyev sebuhi fexreddin oglu Soruşur Yazılma Tarixi:09.01.2016 20:58:33

hormetli arzu rehimov men size 17 saglam gencin adini subut olaraq gondersemde lakin birdene fazilov mirfazil barede resmi cavab vermisizki dinc dovrde herbi xidmete yararsiz,muharibe dovrunde ise mehdud yararli.arzu rehimov adi cekilen mirfazil eger xesteliyi bele ciddidirse bes onda ona suruculuk vesiqesi almaq ucun saglamliq kagizi nece verilib?eger o veziyetde xestedirse bu adam etrafinda arawdirma aparin hansi iwle mewguldu o zaman her wey size aydin olacaq.novbedenkenar kamisiya cagirilibsa o zaman mirfazilin kamisiyadan kecmesi niye 7 ci aya qalib?novbeti saglam genclerin size adlarini qeyd ederek etrafinda izahini verib ve suallarima cavab isteyirem.qasimov ruslan efqan oglu melumatima gore kar kimi herbiden yayinib,arzu rehimov kar 15 abyekti nece iwledir?kar butun gunu telefon qulaginda naxcivandan sirabi vurub azerbaycanda nece paylayir?kar nece suruculuk vesiqesi elde edir?kar nece avtamabil idare edir?novbeti qasimov fuad ve cavid qardawlari uc abyekti nece iwledirler?bu xeste qardawlar nece avtamabil idare edir?wakalad firmasinin bu zona uzre resmi dilerliyini nece idare edir?novbeti agammedov ramin namiq qardawlari rasiyada soyuqda marozda biznesle mewqul olurlarsa murovda nece?xidmet apara bilerler?avtamabil idare edirler,heyderov aqil zakir oglu rusiyada marozda biznesle mewqul ola bilirse burda nece xidmet apara bilermi?quliyev kamil nece xestedi?suruculuk vesiqesi nece elde edib?suruyle qoyun qarwisinda otara bilirse mawin bazarinda alver ede bilirse murovda xidmet apara bilermi?zulfuqarov ebulfez qudret oglu tankdan boyuk traktorlari kambayni idare ede bilirse,tank sure bilmezmi?qardawi zulfuqarov elisa qudret oglu rusiyada soyuqda biznesle mewqul ola bilirse beyleqanda istide xidmet ede bilmezmi?mirzeyev nicat raqub oglu soyuqda waxtada dana kesib et sata bilirse xidmet ede bilmezmi?avtamabil idare edir)rustemov rustem ilqar oglu soyuqda qarda moykada iwleyirse,bilmek isteyirem o zaman bu hansi xestelikden eziyyet cekir?orucov faiq yawar oglu kasibin toy danasina oxwayir,hansi xetelikden eziyyet cekir?gelin onun iwlediyi iwi arawdirin.wahsoltanli kend sakini logman abit oglu qarda yagiwda bazarda dana kesib sata bilirse herbi xidmete niye yaramir?avtamabil idare edir.vahidov terxan nazim oglu muhafize xidmetinde iwleye bilirse nece olurki herbi xidmete getmir?namazov yaqub collerde suruyle qoyun otarirsa muduri onu qutarirsa nece?murovda xidmet apara bilmezmi?hesenov rauf kazim oglu ruhi xeste kimi ve qardawi rasim xeste kimi herbi xidmetden yayinirsa nece olur,ruhi xesteye sonradan saglamliq kagizi verilir suruculuk vesiqesi almaga?ruhi xestenin 250 metr uzunlugunda abyekti olurmu?o abyekti iwlede biler?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portal ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, barələrində məlumat verilən vətəndaşlar-dan 1990-cı il təvəllüdlü Qasımov Fuad Nazim oğlu,  1992-ci il təvəllüdlü Qasımov Cavid Nazim oğlu  və 1988-ci il təvəllüdlü Qasımov Ruslan Əfqan oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi-həkim komissiyasına təqdim olunmuşlar və müayinənin nəticəsinə əsasən, onların barəsində müvafiq qərarlar qəbul ediləcəkdir. Növbəti təkrar tibbi müayinədən bilərəkdən yayınan 1986-cı il təvəllüdlü Ağammədov Namiq Rafiq oğlu və 1987-ci il təvəllüdlü Heydərov Aqil Zakir oğlu barədə Göyçay rayon prokurorluğuna məktublarla müraciət olunmuş, lakin hələlik müsbət cavab alınmamışdır. Ailəliklə Rusiya Federasiyasında yaşadığı üçün, növbəti təkrar tibbi müayinəsi 06.11.2016-cı il tarixə təyin edilən 1987-ci il təvəllüdlü Ağammədov Ramil Rafiq oğlunu Xidmətin Mərkəzi hərbi-həkim komissiyasında növbədənkənar tibbi müayinəyə cəlb etmək mümkün olmadığından, müvafiq tədbir görülməsi üçün onun barəsində toplanmış materialların ərazi rayon prokurorluğuna göndərilməsinə, 1992-ci il təvəllüdlü Fazilov Mirfazil Rüfət oğlunun 29.07.2016-cı il tarixə təyin olunmuş növbəti, 1984-cü il təvəllüdlü Cəfərov Loğman Abil oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Rüstəm İlqar oğlu, 1991-ci il təvəllüdlü Quliyev Kamil Elşad oğlu, 1987-ci il təvəllüdlü Vahidov Tərxan Nazim oğlu, 1983-cü il təvəllüdlü Orucov Faiq Yaşar oğlu, 1992-ci il təvəllüdlü Mirzəyev Nicat Raqib oğlu, 1991-ci il təvəllüdlü Zülfüqarov Əbülfəz Qüdrət oğlu, 1992-ci il təvəllüdlü Zülfüqarov Əlisan Qüdrət oğlu və 1982-ci il təvəllüdlü Namazov Yaqub Əlimövsüm oğlunun isə növbədənkənar tibbi müayinələrinin Xidmətin Mərkəzi hərbi-həkim komissiyasında nəzarət qaydasında keçirilməsinə dair Xidmətin Göyçay rayon şöbəsinə müvafiq göstərişlər verilmişdir. 1973-cü il təvəllüdlü Həsənov Rauf Kazım oğlu 35 yaşı (müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddi) tamam olduğu üçün «Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanunu»nun 23.0.3-cü maddəsinə müvafiq olaraq,müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunmuşdur. 
Eli Soruşur Yazılma Tarixi:09.01.2016 20:31:22

salam men herbi xidmeti basa vurmusam. 22 yasim var serhed qosunlarinda gizir kimi islemek istyremse hara yaxinlasmaliyam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897