Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vasif kerimzade Soruşur Yazılma Tarixi:11.01.2016 12:37:26

salam men kerimzade vasif 28.01.1998-teveludluyem noyabırın 18 cagırdılar meni astara rayon vayunkamat a qolagımda problem oldugundan gonderiş verdi bakı saglamlıq merkezine orda yoxladılar sonra hec bir xeber almadım bilmek isteyirem ki, hacan gedecem ve hara duşeceyem

Məlum olmuşdur ki, Siz, Xidmətin Astara rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Astara rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında komplektləşdirilməsi planlı şəkildə və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Çağırışçının hansı hərbi hissədə hərbi xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Tebriz Soruşur Yazılma Tarixi:11.01.2016 02:41:11

KONULU CEBHEYE getmek isteyirem bununcun ne edim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
nisallah hesenov Soruşur Yazılma Tarixi:10.01.2016 23:24:33

salam menim qardsim herbide dalsib usaqi vurub az derecli xasered yetirib qas nahiyesinden ona tutqu olacaq yoxsa yox

Hərbi qulluqçular arasında münasibətlər “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və ya Cinayət Məcəlləsi ilə tənzimlənir. Qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə hərbi qulluqçunun xidmət keçdiyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
osmanov sanay Soruşur Yazılma Tarixi:10.01.2016 22:34:07

salam menim gozlerim - 3 dur ayaqiminda alti duzdur esgere gede bilerem..?

1.Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. 2.Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. 3.Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ehmedova Gunay Soruşur Yazılma Tarixi:10.01.2016 21:32:32

Salam, axşamınız xeyir.Menim 22 yaşım var 1 ildiki könullu olaraq herbde işçi kimi xidmet etmek isteyirem ancaq herbi korpuslar deyiller ki, qadınların qebulu bağlıdı xahiş edirem bu haqqda mene melumat vererdiz, diqqetiniz uçun Teşekkur edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Arif Osmanov Soruşur Yazılma Tarixi:10.01.2016 21:31:09

Salam ,men herbi xidmetde olmusham yeniden herbi xidmete,qayidib xidmet elemek isteyirem bunun ucun hara muraciet ede bilerem, yashim 27 xaish edirem cavab yazardiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Həsənli Qurban Soruşur Yazılma Tarixi:10.01.2016 19:12:11

1) Birincisi, Leytenant rütbəsi almaq üçün hara və nə vaxt müraciət etməliyəm. Çağırış vaxtı , yoxsa çağırışdan əvvəl ? 2) Hərbi hava və ya Hava hücümdan müdafiə qoşunlarında Leytenant kimi xidmət keçə bilərəm mi? 3) Rütbə almaq üçün Tədris müddəti nə qədərdir ? İmtahan tədrisi bitirdikdən sonradır,yoxsa qəbulda? 4) Tədris vaxtı İyulda başlayacaq ,yoxsa çağırışdan əvvəl ? 5) Rütbə aldıqdan sonra hərbi xidmətin müddəti nə qədərdir? Mümkünsə müvafiq TTM-in ünvanı yazardınız.

Bildiririk ki, müraciətinizdə çağırışçı və ya hərbi vəzifəli olmağınız barədə məlumat qeyd etmədiyiniz üçün müraciətinizin ətraflı cavablandırılması mümkün deyil.
Rafiq Qarashzade Soruşur Yazılma Tarixi:10.01.2016 18:01:38

Salam.Efqanistanda sulh meramli quvvelerde herbi xidmet movcuddurmu? Movcuddursa nece qatilmag olar?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına daxil olan müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Nəsibov Nurlan Soruşur Yazılma Tarixi:10.01.2016 17:58:14

Salam bu 3cü dəfədi yazıram çox xaiş edirəm cavab vererdiniz mən Nəsibov Nurlan Aydın oğlu Qazax rayon hərbi komisarlığı tərəfindən bir il gecikdirmə ilə 21.01.2016 tarixinə həqiqi hərbi xidmətə çağrılmışam ama nə hərbi komisarlıqda nədəki sizin exidmetde hansi hərbi hissəyə düşdüyüm barədə məlumat yoxdu bu nece ola bilər.

Bildiririk ki, Sizin adınız Xidmətin Qazax rayon şöbəsi tərəfindən tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış vətəndaşların dəqiqləşdirilmiş siyahısına daxil edilərək yanvar çağırışı ilə əlaqədar növbəti sərəncam verilməsi üçün təqdim olunacaqdır.
Güllü Bayramova Soruşur Yazılma Tarixi:10.01.2016 17:37:59

Salam. Mənim nişanlim iyul çağırışçısıdı. Ali tehsillidir. Leytenant kimi hərbidə qulluğ etmək istiyir. Ve leytenant kimi çalışmağ üçün müddət neçə ildir? Xahiş edirəm sualımı cavablandırasız. Təşəkkür edirəm.

Bildiririk ki, nişanlınızın leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağı qoşun növünün komandanlığına müraciət etməsi tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897