Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vusal Memmedov Soruşur Yazılma Tarixi:15.01.2016 18:42:50

Herbi xidmete cagrisla bagli melumat toplamaq ucun ne etmek lazimdir?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.  
SEBUHI QULIYEV Soruşur Yazılma Tarixi:15.01.2016 17:24:05

HORMETLI ARZU REHIMOV UCAR RAYON 28 MAY KUC EV 35 UNVANINDA YAWAYAN KERIMOV MAHIR MEZAHIR OGLU NECE HERBI XIDMETDEN YAYINIB.ESLINDE SAGLAMDIR.BUNUDA ATA DOKTOR RUHI XESTE KIMI HERBI XIDMETDEN YAYINDIRIB.HORMETLI ARZU REHIMOV RUHI XESTE SOSIAL ALA BILER?SOHBET SOSIAL PENSIYADAN GETMIR SOSIAL YARDIM?XAIW EDIREM ARAWDIRIN.ONUN QARDAWI KERIMOV IBRAHIM MEZAHIR OGLUNUNDA HEC BIR XESTELIYI YOXDUR.ONUNDA HANSI YOLLA YAYINDIGINI XAIW EDIREM ARAWDIRIN

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.             Nəzərinizə çatdırırıq ki, müraciətinizdə adları qeyd olunan şəxslər barədə araşdırma aparılmış və bununla bağlı qanunamüvafiq tədbirlər həyata keçirilmişdir.
rasim sayadov Soruşur Yazılma Tarixi:15.01.2016 15:13:18

Salam gunortaniz xeir mene ayin 15 i ne cagiris vereqesi veribler hara duseceyim dediler 2ci siyahida cixacaq 2ci siyahi ne zaman cixacaq? Birdeki xais edirem meni herbi 6aydi firladir 3cu poveskamdi yazillar aparmirlar ayagimin alti 2dereceli duzdu herbiye yararliyam men?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şəmsəddin Əhmədov Məhəddin oğlu Soruşur Yazılma Tarixi:15.01.2016 14:01:55

Salam.Mən Ağdam rayon Əfətli kənd sakiniyəm.1991-ci il təvəllüdlüyəm.Mən 2006-2009-cu ildə Ağdam Dövlət Sosial İqtisadi Kollecinin Yol Polisi Müfəttişi ixtisasını bitirmişəm.2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşam.2007-2010-cu illər arası bir neçə kurslarda (mühasibat uçotu üzrə və kompuyuter proqramları üzrə) oxumuşam və diplom və sertivikatlara layiq görülmüşəm. 2015-ci ildən isə musiqi məktəbində kərgüzar kimi işləyirəm. Mən Bilmək istərdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit kimi və xidmətdən artıq hərbi qulluqçu kimi işləyə bilərəmmi? Çox xahiş edirəm əgər mümkündürsə mənim işlə təmin olunmağıma köməklik edəsiniz.

Nəzərinizə çatdırırıq ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdiril­məsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Göyüşov Xəyal Soruşur Yazılma Tarixi:15.01.2016 11:49:41

Salam. Mənim 18 yaşım iyulun 19 tamam olur. Mən bilmək istəyirəmki məni iyul çağırışçıları ilə xidmətə aparacağlar yoxsa oktyabr ?

Bildiririk ki, 19 iyul 2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Babayev Ramil Soruşur Yazılma Tarixi:15.01.2016 02:57:30

Salam mende allergik konyuktiva var bilmek isterdim yararliyam herbi xidmete ya yox

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Emrah kahraman Soruşur Yazılma Tarixi:14.01.2016 23:32:31

Salam adim emrah men gürcüstanda oxuyuram universtet kağiz verdi ki hazirliqda oxuyursan ama bizim vayinkamat qebul elemedi ele bir şey ola biler?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
amil ibadullayev Soruşur Yazılma Tarixi:14.01.2016 23:04:58

Men İbadullayev Amil Ekber oglu 1993 -ci ilde anada olmsam.Tam orta tesilliyem.Men sizden xahis edrem seferbeylik ve xerbi xidmte cagris uzre dovlet xidmtne ise xidmte qebul uycun lazim olan senedlerin siyahisi barede melumat vererdniz ve sened qeblu ne zamandan baslayir.Hansi unvanda olacaq.

Bildiririk ki, təhsiliniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Göyüşov Xəyal Soruşur Yazılma Tarixi:14.01.2016 21:56:13

Salam. Mənim 18 yaşım iyul ayının 19u tamam olur, bilmək istədiyim odurki məni iyul çağırışçıları ilə aparacaqlar ? Yoxsa oktyabr ? Təşəkkürlər..

Bildiririk ki,  Sizin 19.07.2016-cı il tarixdə 18 yaşınız tamam olduğuna görə 2016-cı ilin iyul çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
TOGRUL IBRAHIMOV Soruşur Yazılma Tarixi:14.01.2016 18:54:48

men 18 yasindayam menim ureyimde ritm bozuklugu var ureyim tes tes doyunur men goresen esgerliye gedecem yoxsa yox

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897