Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hesenov Huseyn Soruşur Yazılma Tarixi:13.01.2016 00:17:15

Salam. Menim onurqamda praturuzya var ve kifa skalyoz 2 ci derecelidi men bilmey istirem herbi xidmete yararliyam yoxsa yox indide tewekkurler

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
vali efecan Soruşur Yazılma Tarixi:12.01.2016 21:47:55

salam aleykum,gizirlik kursuna qebulda, hansi fenlerden imtahan verilir?

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların keçirilməsinin qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
sarif hemzeyev Soruşur Yazılma Tarixi:12.01.2016 20:51:24

salam axwaminiz xeyir 11.05.1997 anadan olmuwam gozum zeyf di sag gozum amma esger aparirlar hekim bakiya goz hekimine yazmiwdi amma vayinkamat dedi gozun gorur 01.05.2016 paveska verdiler ki aparacuq getdim dediler zeng vuranda gelersen indi meni aparmalidilar ya yox hara duwduyumde yazilmayib bilmirem hara duwmuwem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Bağırlı Əlimurad Soruşur Yazılma Tarixi:12.01.2016 20:15:40

İmtahan vermək uçun möhlət haqqında arayışı necə əldə etmək olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz. Eyni zamanda bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Sahib Məmmədov Soruşur Yazılma Tarixi:12.01.2016 20:15:28

salam men herbi xidmete getmek isteyirem ama meni atamin 1 ci qrup elil oldugu ucun aparmirlar ama men valideyinlerimin raziligi ile getmek isteyirem atam ozude erize verir konullu herbi xidmete getmek isteyirem ama herbi kamisarliqda mene deyirler ki atan erize yazsada gede bilmezsen ama sonradan oyrendim ki atamin konullu yazdigi erize ile gede bilerem herbi xidmete men vetenimin bu dar gununde vetenime topagima dovletime xidmet etmek isteyirem ona grede mene hem herbi xidmete gedmeyim ucun omek etmeinizi hemde mene bir meslehet vermeyinizi yeni nece gde bileceyimi demeyinizi isteyirem

Bildiririk ki, ailə vəziyyətinə görə möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cemil abdurahmanov Soruşur Yazılma Tarixi:12.01.2016 20:04:06

Salam men 25 yasim var muddetden artiq herbi xidmete qebul olmaq iusdeyirem bunu nece edim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Rewad abdullayev Soruşur Yazılma Tarixi:12.01.2016 19:02:15

salam bizde deniz piyadacsi varmi ve nece olur hardan gedmey olar ora

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz.
Ceyhun Memmedov Soruşur Yazılma Tarixi:12.01.2016 18:38:42

salam men sentyabrda komissiyadan kecmiwem lakin ureyimde 1nomreli prolaps olduquna gore saxladilar dediler bakiya qospitaldan pecat lazimdi mehdut yararli kimi dekabrda yene ozum getdim dediler ozumuz cagiracayiq lakin helede cagirmiyiblar deyiller bakidan vaxt teyin olunmalidi,bele olunan halda men aprele qaliram,men ozum muraciyet edib gede bilerem qospitala ikinci cagiriwa duwmekden otru? evvelceden minnetdaram

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Medinov Ilkin Soruşur Yazılma Tarixi:12.01.2016 18:34:27

Salam. Menim qardasim Medinov Elvinin 23.06.2016ci ilde 18 yasi tamam olur. Amma ali tehsil mussisesine sened vermek isteyir. Imtahan may ayinda olacaq. Bilmek isteyirdim ki mohlet huququ varmi?

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Togrul Abbaszade Soruşur Yazılma Tarixi:12.01.2016 16:33:13

Salam.Men Ukraynada ali tehsil almişam ve diploma apostel vurulub.İndi ise Milli orduda muddetli herbi xidmetdeyem menim 1 illik xidmet etmeyimçun diplomun Tehsil Nazirliyinden tesdiqi lazimdi yoxa Apostelin olmasi kifayet edir?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xarici ölkənin təhsil müəssisəsindən verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Cədvəldə sətir sayı :14897