Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Məmmədov Soruşur Yazılma Tarixi:07.01.2016 12:43:07

Salam, mən 2ci kursdan müəyyən səbəblərə görə xaric olunmuşam universitetdən, daha sonra bərpa olunmuşam, halhazırda 3cü kursda təhsilimi davam etdirirəm. Məni hərbi xidmətə çağıra bilərlər mi?

Bildiririk ki, Siz təhsilə görə möhlət hüququnuz bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Zaur Rzalı Soruşur Yazılma Tarixi:07.01.2016 12:25:40

Salam, 3cü kursda əyani təhsil alan tələbəni hərbi xidmətə çağıra bilərlərmi?

Bildiririk ki, təhsil təhsil alan vətəndaşlar təhsilə görə möhlət hüquqları bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar.
zeynalov əli Soruşur Yazılma Tarixi:07.01.2016 00:38:35

Salam men herbi xidmete yararsiz desdiq olundu menim herbi biletmi demisdiler yanvarda verilecey amma hele xeber vermiyibler bilmey isdiyirem texminen ayin necedi vereler

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Odur ki, şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Mahmudov Nurlan Soruşur Yazılma Tarixi:06.01.2016 21:57:38

salam,men ali tehsilliyem,zabit olmaq isteyirem,onun ucun hara muraciet edim?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Şükür Şükürov Soruşur Yazılma Tarixi:06.01.2016 21:28:24

Salam, mən səfərbəylik xidmətində işləmək istəyirəm, bunun üçün nə etməliyəm?yeni hara ve nece müraciet etmeliyem?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Qara Hesenov Soruşur Yazılma Tarixi:06.01.2016 20:51:15

Salam . Men bilmek isteyiremki iyul ayında gedənlərin mezuniyyet vaxtı ne vaxt olacaq?xahis edirem sualıma cvb yazın

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Sahib Qasimli Soruşur Yazılma Tarixi:06.01.2016 20:23:12

Salam men herbi deniz quvvelerinde micman vezifesinde iwlemek isteyirem. Herbi xidmetde Milli orduda olmuwam. Orta ixtisas tehsilliyem. Bunun ucun mene ne qeder oxumaq lazimdir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz.
eldar eliyev Soruşur Yazılma Tarixi:06.01.2016 17:39:17

salam men ali mektebde tehsil aliram herbi xidmete leytinant kimi getmek isteyirem burda boy ne qeder olmalidi uzunluqu

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Esgerov Musfiq Soruşur Yazılma Tarixi:06.01.2016 16:59:55

Salam men xesteliyimle bagli herbi xitmete yararsizam men her 3 ilden bir herbi hekim muayinesinden kecmeliyem yoxsa ehtiyac yoxdu?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Elmeddin Reshidli Soruşur Yazılma Tarixi:06.01.2016 16:55:14

salam.menim 18 yawim var.sulh meramlilarda nece xidmet ede bilerem?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897