Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Quliyev Soruşur Yazılma Tarixi:21.01.2016 00:08:53

Salam menim 17 yawim var men konullu olaraq.Azerbaycan Respubilkasi Herbi mekteblerine gire billeremmi. Ve ya daxili qowunlara.xaiw edirem cavablandirasiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.
Şəmsi Səmədov Soruşur Yazılma Tarixi:20.01.2016 23:06:48

Salam menim butun senedlerim hazirdir..gizirlik kursuna nece gede bilerem?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Odur ki, Siz SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti “Gizir hazırlığı kursu”nun nə vaxt başlayacağına və hansı müddətə olacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Habullayev nesini Soruşur Yazılma Tarixi:20.01.2016 22:42:36

Salam menim 55 cekim boyum 1.45 men egerden gelimiwem gizrye vermek istrem ve herbide iwlemek istrem masalli

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizir­lə­rin həqiqi hər­bi xid­mə­tınə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü da­xil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti “Gizir hazırlığı kursu”nun nə vaxt başlayacağına və hansı müddətə olacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
nurlan ezizov Soruşur Yazılma Tarixi:20.01.2016 22:40:44

salam.bilmey isderdim 2016 aprel ayi cagiriscilari ne vaxt herbi kamisyaya cagirlacaq

Bildiririk ki, 2016-cı ilin aprel çağırışçıları fevral ayından etibarən tibbi şəhadətləndirilməyə cəlb olunacaqlar.
zaur Soruşur Yazılma Tarixi:20.01.2016 21:13:40

salam. Men iyulda esger gedirem amma aprel ayinda 3gunluk imtahan ucun Gurcustana gedecem. men serhedi kece bilerem mi? birde men onurga yirtigi ile emeliyyat olunmusam bu halda heqiqi herbi xidmete gedirem mi yoxsa yararsiz sayiliram?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara aprel ayında sərhədkeçməyə məhdudiyyət qoyulmur. Siz 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsində tibbi şəhadətləndirildikdən sonra hərbi xidmətə yararlı olub-olmamağınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Sənan Şəfiyev Soruşur Yazılma Tarixi:20.01.2016 18:08:25

Salam bilmək istəyirəm ki, mənim möhlət hüququm nə vaxta kimidir? 09.12.1996 Qəbələ rayonu Şəfiyev Sənan Adil oğlu

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
ghesimov nureddin Soruşur Yazılma Tarixi:20.01.2016 16:25:01

qarabagda sehid olmus eskerlerin siyahisina harda baxmaq olar

Bildiririk ki, «Şəhid» olmuş şəxslər barədə məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında VETERANLAR və ŞƏHİDLƏR bölümündə əldə edə bilərsiniz.
Resad Xelilzade Soruşur Yazılma Tarixi:20.01.2016 12:56:36

Salam men Resad 20.01.1998 ilde anadan olmusam bugun 18 yasim tamam olub men Qobustan rayonu uzre herbi cotdayam meni bir defe cagirib tibbi muayineden kecmisem ve onlar meni hematolgiya ve ag ciyer xestexanaya yollayiblar oradada muayineden kecmisem birce qan azligim askarlanib ozumde konullu herbi xidmete getmey isteyirem qan azliqim olsada getmey olar mene Qobustan rayon herbi kamisarliqdan hec bir melumat vermibler Xais edrem sualimi cavablandirasiz tesekkurler

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Qobustan rayon bolməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Huseynov Perviz Soruşur Yazılma Tarixi:20.01.2016 12:25:38

SALAM ALEYKUM , MEN AYIN 25 i HERBI XIDMETE CAGRILMIWAM DOVLET SERHED XIDMETINE DUWMUWEM, AMMA HANSI RAYON OLDUGUN BILMIREM , ONU NECE OYRENE BILEREM ? IMKAN VARSA DEYERDIZDE

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Əsədov Soruşur Yazılma Tarixi:19.01.2016 21:34:42

Salam.Mən baş leytenan rütbəsində xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmışam.Men necə işə düzələ bilərəm

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər.   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897