Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
murad memmedov Soruşur Yazılma Tarixi:30.01.2016 16:20:01

salam pensiya aliram ve bilmek isdeyirem ki esgerliye getsem herbi biletime niqodnu vuracaqlar

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşınaçatmış, saölamlıq vəziyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılır.
Siz sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab olunacağınız təqdirdə hərbi biletinizdə "hərbi xidmətə yararlı" olmanız barədə müvafiq qeydlər aparılacaqdır.
Pərviz Soruşur Yazılma Tarixi:30.01.2016 15:58:44

Salam herbi xidmete yarasiz olanlanlarin neqodnu senedi nevaxt verilir ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Odur ki, şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
cavanwir Soruşur Yazılma Tarixi:30.01.2016 11:19:01

Salam men mekdebde oxuyuram hal hazirda,menim yanvarinda 18yawib bitib,,men mekdebden arayiw aparmiwam saxlatmiwam,,men bilmek isdeyirem meni gene bu aprelde çagiracaqlarmi?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.
Ramin Ilyasov Soruşur Yazılma Tarixi:30.01.2016 06:09:16

Salam men Ilyasov Ramin Daxili gosunlarin N sayli herbi hissede gulug edmisem.Mudeden artig herbi xidmete islemek isteyirem,31 yasim aileliyem 1 ovladim var

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Mehemmedeli Babazade Soruşur Yazılma Tarixi:29.01.2016 23:39:17

Salam. Menim 23 yaşım var. Tam orta tehsilliyem. Müdafiye Nazirliyinin qoşunları sıralarında müddetden artıq xidmet etmek isteyirem. Bunun üçün ne zaman ve hara müraciyyet etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Eyyubov Tural Soruşur Yazılma Tarixi:29.01.2016 22:42:08

Salam,men 2 il muddetinde MN-de l-nt rutbesi ve taqim komandiri vezifesinde işlemişem,müqavileye esasen texris olmuşam.Hal hazirda ehtiyyatda olan zabitem.Bilmek isteyerdim bu faktorla FHN orqanlarinda zabit kimi xidmet ede bilerem ya yox.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməlisiniz.
Ibrahim Soruşur Yazılma Tarixi:29.01.2016 22:11:10

Salam.Birinci yoxnalişda kitabça verdiler orda hərbi xidmətə yararsiz yazilib bilmek isteyirem onun esas yoxlanişa aidiyyati var ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Pərviz Soruşur Yazılma Tarixi:29.01.2016 21:58:20

Salam bizim bir yaxinimiz xesdeliye gore herbi xidmete getmedi yoxlanis neticesinde yarasiz cixdi ordanda dedilerki biz ozumuz sizinle elaqe yaradaciyiq hal hazirda 1ildiki hec bir xeber yoxdu biz nece oyreme bilerikki hemin oqlanin yararsiz senedi nevaxt verilecek ? Eslinde esker getseydi bu yanvar ayinda qayitmali

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə vətəndaşın adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ramazan Əliyev Soruşur Yazılma Tarixi:29.01.2016 21:42:42

SALAM. 17.06.1991 Qax rayonunda anadan olmusam. 2009 - 2013-cü illərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində, Şərqi Avropa Universitetinin Biznesin idarəsi və təşkili fakultəsində təhsil almışam. 20.07.2013-cüildən 11.08.2013-cü ilədək Azərbaycan respublikası silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət etmiş, 17.08.2013-cü ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (TTM) , Mota Atıcı Taqım Komandiri ixtisasına qəbul olmuş,eləcədə öncül kursand və Qurup komandiri kimi kursu müvəffəqiyyətlə bitirdikdən sonra Leytenant rütbəsi ilə təltiv olunmuşam. Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdnində, Diplomların (Ali təhsil haqqında sənəd) təsdiqlənmə prosesi uzadıldığından, Leytenat rütbəsi dondurulmuşdur. 07.11.2013-cü ildə N saylı hərbi hissənin Artilleriya Divizyonuna baş əsgər, 20.10.2014-cü ildə Minaatan batareyyasında, Manqa komandiri. Boyum 170 sm, hal hazırda həvəsgar idmanla (Taekwando, Kros, Güləş) məşğul oluram, fiziki və əqli cəhəddən tam sağlamam. Kompuyterlə bacarıqlı iş qabilyətim, eləcədə Azərbaycan dilində əla , Rus, Türk dillərində yaxşı, İngilis və Gürcü dillərində orta danışmağı və yazmağı bacarıram. Ailəmdən və yaxın qohumlarımdan hec kəs cinayət məsullyətinə cəlb olunmayıb. Qeyd etmek istəyirəmki vətənpərvər Azərbaycan gənci olaraq marağım , fiziki qabilyət və bacarığım, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Hərbi Hava Qüvvələrinə diqqətimi dahada artırmışdır. Hərbi Hava Qüvvələrind xüsusi mühafize (DESANT) qüvvelerine Kizir rütbesinde xidmet etmək , istəyim danılmaz bir qürür və fakt olaraq qalmaqdadır???

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə  və ya HHQ-nin komandanlığına müraciət etməlisiniz.
Gunay Isabeyli Soruşur Yazılma Tarixi:29.01.2016 20:10:01

Salam men Gunay Isabeyli.Herbi xidmete getmek isteyirem.bunun ucun hara muraciet edim?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897