Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gülər Məmmədova Soruşur Yazılma Tarixi:21.12.2015 00:31:22

Salam. Mən Okean və dənizlərin fizikası ixtisasını magistr dərəcəsi üzrə fərqlənmə ilə bitirmişəm. Hazırda isə Dövlət Sərhəd Xidmətində işləmək istərdim. Xanımlar üçün belə bir sahədə işləmək mümkündürmü? Xahiş edirəm, sualımı cavablandırasınız. Sağ olun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Kamran Zerbeliyev Soruşur Yazılma Tarixi:20.12.2015 23:48:24

Salam, men orgenmek isdeyerdmki herbi xidmetde olarken 6 ayin esgeri olanda mudetden artiq esger kimi xidmet elemek olur? Zehmet olmasa cavablandirardniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar.
mustafayev Vusal Soruşur Yazılma Tarixi:20.12.2015 20:45:48

salam men mustafayev vusal barsad oglu size bir sualim var.eger men senedlerimi hansisa herbi hisseye versem,emrim ne vaxt cixacaq ve nece aya cixacaq.sagolun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elvin Bağırlı Soruşur Yazılma Tarixi:20.12.2015 20:28:07

Məim 18 yaşım fevral ayında tamam olur.Sənədlərimi Sərhəd akademiyasına vermək istəyirəm.Mənə çağırışdan möhlət huququ verilə bilərmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Eli Isayev Soruşur Yazılma Tarixi:20.12.2015 18:03:57

Salam. Qardasimin derisinde vitiliqo (ala) xesteliyi var. Hemde hedden artiq esebidi. Xidmete yararli hesab olunur?

Vitiliqonun yayılmış və total formaları olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Salahov Resul Soruşur Yazılma Tarixi:20.12.2015 13:05:07

Salam.. Menim boyum 1.56 dir men herbi xidmete yararliyam?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Aqil Emirov Soruşur Yazılma Tarixi:20.12.2015 10:52:21

Salam menim ali tehsilim var.1988 ci ilde anadan olmusam .Herbi xidmetde olmusam .Seferberlik xidmetinde gizir kimi islemek istiyirem .

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Cavidan Umudov Soruşur Yazılma Tarixi:20.12.2015 10:51:16

salam menim yawim hele esgerlik ucun tamam olmayib. konullu kimi getmek olar?

Bildiririk ki, Siz 18 yaşınız tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Araz Ezizov Soruşur Yazılma Tarixi:20.12.2015 08:48:12

Salam men25.01.1998-cimildenem bilmek istirrm herbi xidmete ne vaxt gedecem bunu barede meleumat vere bilersiz?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Araz Qasimov Soruşur Yazılma Tarixi:20.12.2015 01:50:58

Menim sikayyetime niye baxmirsiz ne qeder yazmaq olar.bineqedi rayonu herbi komissarliqdan sikayyetciyem niye mene 14b maddesi qoyublar ya maddeni duzeletsinler yadaki gotrub cirix cirix edecem bu menim axrinci xeberdarliqimdi size prinsipe durub edecem men deliyem o maddeni qoyublar kimdikiler ozlerini ne hesab edirler mene dexlisi yoxdu o madde duzelmelidi hec bir ise goturnurler bir seyki adi ruhi xeste diyaqnozu qoyanda handi muesse goturerlet.ozumde pese liseyini bitirmisem buda subut.xeberdarliqimi eledim he birdeki gelen il tamam olur 3-il buyune qeder gozledim besdi innenbeli oz isdediyimi edecem eyer duzeletmeseler gotrub ciracam bilet elimdedi isdediyim vaxtada ciraram lazim deyil bele olmaqdansa

Bildiririk ki, Xidmətin saytına ünvanladığınız eyniməzmunlu əvvəlki müraciət-lərinizə dəfələrlə ətraflı cavab verilmişdir.  Bir daha bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Nəzərinizə catdırırıq ki, təkrar şəhadətləndirilmənin və tibbi müayinənin nəticəsinə uyğun olaraq Binəqədi rayon idarəsinin hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunduğunuz təqdirdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz. Belə ki, bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Cədvəldə sətir sayı :14897