Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
osmanli perviz Soruşur Yazılma Tarixi:16.12.2015 14:22:26

Gizirlik oxumaq isdeyirem .hara muraciet etmeliyem

Bildiririk ki,  Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırılğı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla) könüllü daxil olurlar.
Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qedyiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz.
Orxan Əhmədov Soruşur Yazılma Tarixi:16.12.2015 01:26:18

Salam. Menim bir qohumum var, o herbi xidmete getdiyi gun castda yoxlandi ve geri qaytarildi hec vaxt verem kecirmeyib ama ona diaqnoz kicik qaliq elameti qoyulub ve 6 ay mohlet verilib. 2ç A3 deyirler. Bu diaqnozla o xidmete gedecekmi? Cunki mudafie nazirliyinin emri var ki kicik qaliq elameti esgerliye yararlidir. Deqiq sizden bilmek isteyirem, Cox cox xais edirem cavablandirasiniz mesajimi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2-ci maddəsinin “ç” bəndinə “Tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döşqəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi): müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri” aiddir və “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Heyderova Besire Soruşur Yazılma Tarixi:16.12.2015 00:54:23

Salam men xeberlerde esitdim qizlarin herbi xidmete cagrilisini. Bu haqda hardan ve nece melumat elde ede bilerem veya bu melumat dogrudurmu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Zaur Rəhimli Soruşur Yazılma Tarixi:16.12.2015 00:03:46

Salam mene yayda qaraciyer hemangiomasina gore 6ay mohlet verildi.ondan sonra men ozum hekime filan getdim 2 defe dediler bow weydi yeni hemangioma ciddi bir wey deyil gede bilerssen xidmete.amma vayankamatdaki hekimler meni gah ora gonderirler gah bura ne qodnu yazirlarki gedim xidmetime nedeki nigodnu yazirlarki bilim iwimi qalmiwam 2yolun arasinda.men ozim wexsen gedmey isteyirem xidmete..erize filan yazib gede bilerem ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Tural Zeynalov Soruşur Yazılma Tarixi:15.12.2015 21:21:51

Salam.Menim atam rehmete gedib anam 2-ci qrup elildir yeni menden basqa usaq yoxdu tek usaqam.Bilmek isteyiremki herbiye gedecem ya yox?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir.
seyfet huseynov Soruşur Yazılma Tarixi:15.12.2015 19:14:19

Serhet qosunlarinda desant nece olur?

Bildiririk ki, müraciət etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Babək Salehov Soruşur Yazılma Tarixi:15.12.2015 18:48:54

Hərbi qulluqçu ona ayrılmış məzuniyyətindən tam istifadə etmədikdə və ehtiyata buraxıldıqda qanunvericiliyə əsasən o çıxmadiğı məzuniyyətə görə əlavə haqq almalıdırmı?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarını icra etmək məqsədi ilə (keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığında) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etmiş ehtiyata (istefaya) buraxılmış və hal hazırda xidmət edən hərbi qulluqçularının təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi həyata keçirilir. Ərizədə göstərdiyiniz istəyiniz ilə əlaqədar, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
RAMIK ELIYEV Soruşur Yazılma Tarixi:15.12.2015 16:54:33

Salam men ali tesiliyem herbide xidmet etmek isdeyirem mene komeklik gosderersiniz tesekur edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılmış başqa silahlı birləşmələrinin komandanlıqlarına müraciət etməlisiniz.
orxan aliyev Soruşur Yazılma Tarixi:15.12.2015 15:00:09

salam men ali herbi mektebi bitimirmiwem aile veziyyetine gore ordu siralarindan texris olunmuwam amma texris olunandan sonra menim herbi biletime 156.e bendini yyaziblar bununla hec bir bawga strukturda vev dovlet organinda iwleye bilmirem yeniden oyrdu siralarina gayitmag ucun ne ede bilerem

Bildiririik ki, müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, FövqəladəHallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir.
Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları nəzərdə tutulmamışdır.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Balayev Rasim Soruşur Yazılma Tarixi:15.12.2015 12:46:00

Herbi xidmet vaxtinin 1il 6aydan 2ile yuksedildiyi dogrudurmu?

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinə hal-hazırda hər hansı qanunvericilik aktı daxil olmamışdır.
Cədvəldə sətir sayı :14897