Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nesimi Kirov Soruşur Yazılma Tarixi:01.12.2015 18:55:20

Salam.men xidmete yeni ise qebul ucun nece muraciet ede bilerem.Aileliyem.3 ovladim var.ALi Tehsilliyem.boyum 170 cekim75.,yasim 30 .Baki Seherinde qeydiyyatdayam,ve Suraxani rayonund yasayiram.Suruculuk vesiqem var .2006-2007 ci ilde herbide kicik cavus vezifem olub.Aile veziyyetimiz cox cetin veziyyetdedir.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə (Ali tədris müəssisənin adı, fakultəsi, mülki ixtisas) barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Araz Əhədov Soruşur Yazılma Tarixi:01.12.2015 17:27:26

Salam. Mənim övladım 17.10.1998-ci ildə dünyaya gəlib. Hazırda orta məktəbin 11-ci sinfində oxuyur. Yayda ali məktəbə qəbul ola bilməsə, mənim övladım nə zaman həqiqi hərbi xidmətə çağırılacaq? Yəni növbəti ildə onun ali məktəbə imtahan vermək üçün vaxtı qalacaqmı.

Bildirilir ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.             Oğlunuz 2016-2017-ci tədris ilində hər hansı ali təhsil müəssisəsinə qəbul olunmadığı halda, növbəti çağırışda qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir.
Vidal cavadov Soruşur Yazılma Tarixi:01.12.2015 14:19:56

Salam xalam oglunun 26 yasi var bugune kimi kamisarliga cagrilmiyib ozu ilkin qeydiyata durub ve hekim konidiyasi yararsiz hesab edib ve ag ciyer xesdelikleri instutuna yoxlanisa gonderilib ve bronxial astma xesdeliyi diaqnozu qoyulub.bu xesdeliy yararlidir yoxsa yararsiz??

Bronxial-astma xəstəliyinin gedişatından, dərəcəsindən (ağır, orta ağır, yüngül) və boğulma tutmaları olub-olmamasından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin tələblərinə əsasən şəhadətləndirilirlər.
ESQIN SADIQOV Soruşur Yazılma Tarixi:01.12.2015 12:00:32

MEN EDLIYYE NAZIRLIYINDE QULLUQ ETMISEM..AMMA HAL HAZIRDA SERHED XIDMETINDE MUDDETDEN ARTIQ QULLUQCU OlMAQ ISFEYIREM..OZUM TOVUZ RAYONUNDANAM..BIRDEFE MURACIET ETMISDIM..AMMA DOVLET UCUN OLUME GEDENDEDE ADAMDAN PUL ISDEYILLER..TEXMINEN BIR IL BUNDAN EVVEL OLUB..O QEDER PULUM OLSAYDI OZUME IS QURARDIM..HAL HAZIRDA BAKIDA ISSIZEM.. IKI AYDI. XAHIS EDIREM MENI YONLENDIRIN MEN ISLEMEK ISDEYIREM.. HERBICI KIMI

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
İman ibrahimov Soruşur Yazılma Tarixi:01.12.2015 11:44:19

Salam. Hərbi xidmətə yararsız vətəndaş könüllü ərizə yazıb hərbi xidmətə gedə bilər?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.        
      Məlumat üçün bildirirəm ki, Siz təkrar tibbi müayinənin nəticəsindən asılı olaraq, hərbi xidmətə yararlı olduğunuz təqdirdə müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
asif cavadov Soruşur Yazılma Tarixi:01.12.2015 09:49:20

salam qisaca sualimi yazmaq isteyirem men bu ilin oktyabrin 17 de Naxcivana herbi xidmete yola dusmusem orda rentgen yoxlanisi zamani mende skalioz xesteliyi ashkarlandi 16 gun hospitalda yatdim ve Noyabrin 26 da texris oldum Sualim bu xesteliye gore mene dovletden mualice xersleri ayrila bilermi?

Məlum olmuşdur ki, Siz, hərbi hissənin hospitalında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək Xidmətin Bakı şəhəri Suraxanı rayon idarəsinə geri qaytarılmısınız. Vaxtından əvvəl tərxis olunmağınıza səbəb “Ümumi xəstəlikdir” (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan, Sizə sığorta ödənişinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər.
Yusif Eliyev Soruşur Yazılma Tarixi:01.12.2015 09:47:52

Salam menim herbi biletimde 726 maddesi var bilmek isdeyirem hansi xestelikden herbi bilet almisam xaiş edirem sualımı cavablandırın

Müraciətinizdə göstərilən 726-cı maddə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəl”ində yoxdur.
Gunesov Xamis Soruşur Yazılma Tarixi:30.11.2015 23:56:01

Salam.menim 24 yasim var.boyum180sm.cekim 63kq. Qaradagda yasayiram..aileliyem.Agdamda xidmetde olmusam sengerde.xidmeti xesiyetname ile ferqlenmisem...men senedlerimle birlikde hara muraciet ede bilerem...zehmet olmasa cavablandirardiniz.onceden minnetdaram

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
ilqar şukurzada Soruşur Yazılma Tarixi:30.11.2015 18:50:55

Salam gizir olmaq isdiyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Eli Nesirli Soruşur Yazılma Tarixi:30.11.2015 17:56:11

Salam.oyrenmek isterdim men universiteti(aviasiya) bu il-2016ci ilde bitirecem cagiris ne vaxt olacaq?ya men ozum muraciet etmeliyem.saglamliq durumu her sey qaydasindadi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Cədvəldə sətir sayı :14804