Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hacıyev Nəriman Soruşur Yazılma Tarixi:13.12.2015 01:45:12

Salam. Mən Yanvar ayında əsgərliyə gedəcəm. əsgərlikdə oxumaq üçün 5-10 kitab aparmaq isdəyirəm..yəni bos vaxtlarımda..buna icazə var?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı tədbirlər xidmətdə olacağınız hərbi hissənin daxili nizam qaydalarına uyğun olaraq həyata keçirildiyi üçün həqiqi hərbi xidmətə göndərildikdən sonra aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik.
Hebibov Seyidmemmed Soruşur Yazılma Tarixi:12.12.2015 21:44:14

Salam.muddetden artig herbi qulluqcu kimi getmek isdeyirem.bilmek olar hara muraciet etmek olar.birde ne qeder xerc cixir?Men ozum Artireliyada xidmet elemiwem.Qazax rayonunda.indide cebhe bolgesinde xidmet elemek isdeyirem postda

Bildiririk ki, cəbhə bölgəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Pashayeva Soruşur Yazılma Tarixi:12.12.2015 19:22:30

Salam, zehmet olmazsa , melumat vererdiz, 6 aydır heqiqi herbi xidmetde olan ali tehsilli esgerlerin diplomlarının sureti herbi hisseye ne vaxt teqdim olunmalıdır?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Kenan zeynalov Soruşur Yazılma Tarixi:12.12.2015 18:18:03

Men dsx da 6 ay xidmet etmisem sora yungul xesdelenib eve gonderibler indi ise ozmu tam serbesd his edrem xidmetmi davam elemek isdeyire xidmete gede bilerem

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Perviz Alisanov Soruşur Yazılma Tarixi:12.12.2015 17:23:30

salam menim 20 yasim tamam olub hal hazirda orta mektebde oxuyuram ali mektebe hazirlasiram meni orta mektebden cixarib esger apara bileler

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir. Sizə ali məktəbə qəbul imtahanlarında iştirak etməniz üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericiıikdə nəzərdə tutulmadığına görə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Qoshqar Muradxanov Soruşur Yazılma Tarixi:12.12.2015 16:24:09

salam, men Seferberlik Ve Herbi Xidmete Cagiris Uzre Dovlet Xidmetine ishe qebul olmaqla bagli senedler vermisem (15-20 gun evvel) bilmey isterdim cavab nevaxt deyilecey?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilmədiyi bildirilmişdir. Tərəfinizdən əvvəllər göndərilmiş eyni məzmunlu ərizənizə M/4065 №-li 11.12.2015-ci il tarixli məktubla cavab verilmişdir.
Vuqar Nesirov Soruşur Yazılma Tarixi:12.12.2015 15:18:58

Salam.Men ali tehsilliyem ve heqiqi herbi xidmetde olmusam.Ehtiyat zabit kursu ne vaxt baslayir? Men ora getmek ucun nece ve kime muraciet etmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər 
Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda,  zabit hazırlığı kursunda oxumaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
xeyal abdullayev Soruşur Yazılma Tarixi:12.12.2015 14:23:36

salam zehmet olmasa melumat vere bilersiz maxelerin qebulu bawlayib ya yox?cunki dayandirlmiwdi

Bildiririk ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun nə zaman başlanacağı ilə bağlı məlumat əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Emin Seferli Soruşur Yazılma Tarixi:12.12.2015 11:16:46

Salam men Emin Seferli 16 03 1986 ilde anadan olmuwam 10 04 2004 cu ilde herbi xidmete yollanmiwam sulhmaramli taborunda xidmet edib Kosova bolgesinde xidmetimi bitirmiwem.İndi hemin herbi hiseye muddetden artiq xidmet etmek isteyirem.Xaiw edirem bu barde mene melumat vererdiniz

Bildiririk ki, sülhməramlı taborda müddətdən artıq hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Orxan Aliyev Soruşur Yazılma Tarixi:12.12.2015 10:43:34

Salam, oyrenmek isterdim ki, Turkiyede Rezidentura tehsili alarken esgerlikden mohlet huququ qanunla nezerde tutulubmu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cədvəldə sətir sayı :14897