Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmar hüseynzadə Soruşur Yazılma Tarixi:17.12.2015 22:54:06

Salam mən 3 il gizir rütbəsinnən hərbi qurumda işləmişəm və sonra ixtisara düşüb işdən ayrılmışam.yenidən SHXÇDX-nin hərbi qulluqçuları sırasında hər hansı bir rayon kamisarlığında gizir rütbəsinnən qulluğumu davam elətdirmək istəyirəm.bunun üçün hara və kimə müraciət etmək lazımdır və yaxud bu mümkündürmü xahiş edirəm ətraflı məlumat verəsiniz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Fərid Həsənov Soruşur Yazılma Tarixi:17.12.2015 22:25:34

salam, mən 2012-cu ilde C.Naxcivanski adına Hərbi Liseyi bitirmişəm.2014 cü ildə Ali Hərbi Məktəbin 2-ci kursunda oxuyarkən təhsilimi dayandırmışam və hərbi xidmətimi davam etdirmək üçün n saylı hərbi hissəyə göndərilmişəm. Təhsilimi davam etdirmək istiyirəm. Bu mümkündürmü ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.
Elvin Həsənzadə Soruşur Yazılma Tarixi:17.12.2015 21:14:41

Men 2015 ci ilde ali mektebe qebulcun imtahan verdim ancaq kesildim. 2016 ci ilde yeniden imtahan verecem. Ama Aprel ve iyul otpravkalarinnan mene icaze lazimdi mohlet yeni. Bunu nece ede bilerem ki icaze verilsin mene 2 otpravka. Bu qanunvericilikde de gosterilib ki eger abutryent ali mektebe iş verenler yeni iş veren zaman herbi xidmet vaxdina duşurse vaynkomatdan icaze almalidir. Ona gore de qanunlara esasen vaynkomat bize icaze vermelidir.

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmisiniz və Sizə ali məktəbə qəbul imtahanlarında təkrar iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.    
Ramin Bayramov Soruşur Yazılma Tarixi:17.12.2015 13:58:49

Salam mən Silahlı Qüvvələrdə gizir kimi xidmət edirəm.Mən İnsituta imtahan vermək istəyirəm gizir kimi işləyə-işləyə mən oxuya bilərəm mi?

Bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mülki təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil almaq hüququna malikdirlər.
Fəxrəndə Əliyeva Soruşur Yazılma Tarixi:17.12.2015 11:10:23

Salam mən bilmək istərdimki hərbi xidmətə işə qəbul olunmaq üçün test imtahani hansi fənlər uzrə keçirilir

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu" alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər.
Ramil eliyev Soruşur Yazılma Tarixi:17.12.2015 02:04:53

Alam mene herbi bilet verilib yanvarin altisi getmeliyem lakin tezelikle mene arayis yollanilibki yozuvu yoxlamalsin yoxlzdiqdan sonra men ayi altisi esgerliye gedecem yoxsa aprelde gedecem ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Resad Hesenov Soruşur Yazılma Tarixi:16.12.2015 23:21:45

salam zehmet olmasa genclerle is uzre zabitin vezife ve funksiyalarini izah ede bilersiz??

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və ona tabe qurumların ştat strukturunda “gənclərlə iş üzrə zabit” vəzifəsi olmadığından  xahiş olunur sualınızı dəqiqləşdirəsiniz.
Heqiqet Abdullayeva Soruşur Yazılma Tarixi:16.12.2015 22:50:39

Salam men herbi xidmete getmek isdeyirem.bunun ucun hara muraciet ede bilerem

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bildiririk ki, Siz xidmət etmək istədiyiniz qoşun növünə müraciət edərək, hansı sənədləri təqdim edəcəyiniz barədə məlumat ala bilərsiniz.
Ulvi Cahangirli Soruşur Yazılma Tarixi:16.12.2015 20:50:36

Salam.Mən Biləsuvar rayon qeydiyyatındayam.Təvəllüdüm 10.12.1992.Mənə 18 ay əvvəl müəyyən şəxslər tərəfindəndən hərbi bilet almağa köməklik göstərilib.Ancaq, mən əsgərliyə getmək istəyirəm.Sözün düzü heç hərbi bileti də verməyiblər.Mən, vayenkomata ərizə yazsam ki, əsgərliyə getmək istəyirəm, məni yenidən komissiyaya göndərəcəklər? Mən komissiyadan keçmişəm ancaq bilmirəm nə yazılıb orada. bileti almamışam.Mənə əsgərliyə getməyə köməklik edin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş şəxslər 3 ildən bir təkrar tibbi müayinəyə cəlb olunurlar.             Bildiririk ki, vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz. 
Beyeliyev Nurlan Soruşur Yazılma Tarixi:16.12.2015 20:22:56

salam men kecen il oktyabr ayinda tibbi komissiyadan kecmisem ve gozlerim zeif gorduyu ucun mohlet almisam. sizin de saytinizda oxudugum melumata gore mene ag bilet verib birde 3 ilden sonra yene tibbi yoxlanisa cagirmali idiler. ancaq mene bilet vermediler. ustelik bir ilden sonra yene cagirib tibbi yoxlanisdan kecirdiler. bu yeni tesis olunan qanundur yoxsa men neyise sehv basa dusmusem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897