Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Namiq Museyibov Soruşur Yazılma Tarixi:03.12.2015 14:09:04

Salam. Snayper kurslarna gedmeylə snayper ixtisasına yiyələnmək olar?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında təşkil olunur və bu kursları bitirmiş çağırışçılara müvafiq silahlı birləşmələrdə snayper vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmək üçün sertifikat verilir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri və başqa silahlı birləşmələr tərəfindən xüsusi hərbi ixtisaslı mütəxəssislərin hazırlığına dair verilmiş sifarişlər əsasında növbəti il üçün müvafiq ixtisaslar üzrə hazırlığın keçirilib-keçirilməməsi və hazırlanmalı olan çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bununla əlaqədar 2016-cı ildə bu ixtisas üzrə hazırlığın keçirilməsi planlaşdırılmamışdır. 
Gunel Soruşur Yazılma Tarixi:02.12.2015 22:57:08

Salam men DSX de ise duzelmek isteyirem 23 yasim var tehsilim orta ixtisas tehsilidi Qax rayonunda yasayiram Rayonumuzda DSX nin qerargahi yoxdu.nece ede bilerem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
emin hacili Soruşur Yazılma Tarixi:02.12.2015 21:46:21

salam.evvelcenden minetdarliqimi bildirirem.polis emekdashi olub oz erizesiyle xairc olmush,hansi vezifeyle temin etmek olar sizde?yeni qebul edile biler?cox saolun..

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Abdullayev Hüseyn Soruşur Yazılma Tarixi:02.12.2015 16:24:20

Salam,Xahiş edirem menim sualimi cavablandirardiniz. Men 19 noyabr 2014cu il tarixinde bakida ağ ciyer exinakok qurdundan emeliyyat olunmuşam. 2017 ci il aprel ayinda esgere gedecem hemin vaxt komissiya mene yararsiz yaza bilermi?Amma menim hec bir şikayetim yoxdu. Birde mene yararli yazsalar meni cəphə xettine yaza bilerlermi?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rəsul Ələsgəriv Soruşur Yazılma Tarixi:02.12.2015 15:51:30

Salam mənim 18 yaşım aprel ayının 19 u tamam olur.Ağ biletdə almışam.Mən aprel ayı əsgər gedəcəm?

Bildiririk ki, 18.04.2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Azər Əhmədov Soruşur Yazılma Tarixi:02.12.2015 13:22:35

SHXÇDX-nə işə qəbul olmaq üçün növbəti test imtahani nə vaxt olacaq?

Müsabiqəyə dəvət olunmağınızın vaxtı barədə Sizə əlavə məlumat veriləcəkdir. 
Senan Emiraslanov Soruşur Yazılma Tarixi:02.12.2015 12:37:18

salam men ali tehsilliyem . size muraciet elesem leytinant kimi isleye bilerem kurs kecdikden sonra ?? ve kursun muddeti ne qeder olur???

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Kamran Zeynalov Soruşur Yazılma Tarixi:02.12.2015 12:32:47

Salam menim 17 yasim var ayagim yastidir meni esger aparacaqlar ya yox?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Heydər Hesenov Soruşur Yazılma Tarixi:02.12.2015 11:08:08

Herbi bilet paltarda yuyularsan ama icindeki yazilar oxunur ve normal vezyetdedirse bunun cezasi ne dir?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. 
suleymanli akif Soruşur Yazılma Tarixi:01.12.2015 23:58:19

salam men herbi xidmetin qurtarmisam ve turkuye de herbiye getmek isteyirem bunun barede mene komeklik etmeyivizi xais edirem

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti xaricindədir.
Cədvəldə sətir sayı :14897