Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Hesenov Soruşur Yazılma Tarixi:28.11.2015 10:33:46

Salam,men herbi xedmeti bu il aprel ayında ehtiyat zabit kimi bitirmişem.İxtisasım YSM xidmet resi olub.Müqavilenin başa çatmasına göre öz isteyimle texris olmuşam.Bilmek isteyirdim ki,yene herbi xidmete qayıda bileremmi.24 yaşım var

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
sukurov Soruşur Yazılma Tarixi:27.11.2015 23:17:33

esgerliyi bitirmisem dsx-ne sened vere bilerem imyahan neticelerimi bilenden sonra.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Kenan Memmedli Soruşur Yazılma Tarixi:27.11.2015 23:04:33

Salam men 1 ay once 02 noyabir 2015 ci ilde devlet serhed xidmetinden xidmeti uygunsuzluqla gizir kimi ehtiyata buraxilmisam men yeniden mudafiye nazirliyinde xidmete davam etmek ucun ne etmeliyem

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları nəzərdə tutulmamışdır. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Rafət Məmmədov Soruşur Yazılma Tarixi:27.11.2015 21:03:49

salam men bilmək istəyirəm dövlət sərhəd xidmətində könullu müddətdən artıq xidmət etmək istəyənlə en son nece yaş müəyyən edili.Yani nece yaşadək müraciət oluna bilər

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Murad Esədov Soruşur Yazılma Tarixi:27.11.2015 18:38:38

Salam , mən - Murad Esədov Ebülfet oğlu Qaradağ rayon Sahil qəsəbəsində qalıram ,çağırışçıyam. Iyul ayında getməliydim lakin belimdə olan yırtıq probleminə görə mənə 6 ay müalicə vaxtı təyin etdilər və növbəti yoxlanışda ciddi bir problemim tapılmadı artıq sənəddə yenə protuziya adı var ama ölçüsü yoxdu yəni 0 , kobud şəkildə bir başqa problemim də yoxdu. Amma Yanvar çağırışında yenə müalicə vaxtı aldım 6 ay , xahiş edirəm bu işlə maraqlanasız və heç bir şikayet etmirəm öz səhhətim barəsində əsgər getmək istiyirəm. Elaqə nömrəm 051-599-22-94

Məlum olmuşdur ki, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Quluzade Misir Soruşur Yazılma Tarixi:27.11.2015 16:15:03

Salam. Men esgerliye getmek ucun 18 yaşim tamam olduqdan sonra hecbir cagiriş gəlməyib .mən no ede bilərəm ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Səbinə Abdullayeva Soruşur Yazılma Tarixi:27.11.2015 14:12:27

Salam. Qeyd olunur ki, 19 yasdan 40 yasa qeder qadinlar bir sira guc nazirliklerinde xidmete qebul olunur. Amma meselen serhed xidmetine yalniz 25 yasa qeder qadinlar qebul olunur. Buna sebeb nedir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Sebuhi Hebibzade Soruşur Yazılma Tarixi:27.11.2015 13:56:47

Salam men kollec bitirmiwem ve herbi xidmet kecmiwem 2013 iyul 2015 yanvar hal hazirda bankda kredit mutexessisi iwdiyirem Fikrim odur ki men herbiye leyntinat kimi gede bilerem ve ne etmek lazimdi bunun ucun Xahiw edirem aydinliq veresiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinə əsasən, hərbi təhsil müəssisələrini, hazırlıq kurslarını, hərbi ixtisas hazırlığına yaxın mülki tədris müəssisələrini bitirmiş, ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçmiş və s. ali təhsilli hərbi vəzifəlilərə “leytenant” hərbi rütbəsi verilir.
Orxan Namazov Soruşur Yazılma Tarixi:27.11.2015 02:27:02

Salam. Men telebeyem xaricde oxuyuram diplomu iyul ayinin 15-20 alacam 20 si azerbaycana gelsem iyulun 30 na kimi esgerliye gede bilerem??

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ildə 4 dəfə-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.            Eyni zamanda bildiririk ki, çağırışa hazırlıqla əlaqədar çağırışçıların tibbi şəhadətləndirilməsi və öyrənilməsi tədbirləri həyata keçirilir və çağırışçılar müəyyən olunmuş vaxtlarda rayon çağırış komissiyalarına dəvət olunurlar.
Huseyn Abdullayev Soruşur Yazılma Tarixi:26.11.2015 23:53:28

Salam aleykum. Men 2014-cu il noyabrin 19-da ağ ciyer exinakok qurdu sebebinden emeliyat olunmusam. Men 2017 ci il aprel ayinda esgere getmeliyem,indi menim emeliyat olundugum ucun esgere getmemek kimi problem ola bilermi?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14891