Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cemil Manafov Soruşur Yazılma Tarixi:24.11.2015 22:45:06

Salam.Ehdiyatda olan zabit ve gizirlerin mezuniyet pullari ne vaxt verilecek.

Sizin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış   üzrə  Dövlət Xidmətinin saytına ünvanladığınız müraciətə baxılmışdir. Məlumat üçün bildiririk ki, həqiqi hərbi xidmətdə olduğunuz dövrün təqvim illəri üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi barədə aidiyyəti üzrə xidmət keçdiyiniz quruma ərizə ilə müraciət etməlisiniz. 
Cemil Manafov Soruşur Yazılma Tarixi:24.11.2015 22:42:24

Salam.men 2005-ci ilden 2013-cu ile kimi ordu siralarinda gizir rutbesinde xidmet etmisem.2013-cu ilde Mudafiye Nazirliyinin muvafiq emrine esasen ehtiyata buraxilmisam xesdelikle.2-ci qurup elilem.menim evle temin olunmagim barede kime muraciyet edmeliyem.Rayon icra hakimiyeti menzil novbesine goturub indide deyir daha bizdik deyil Mudafiye nazirliyinden sorus.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Ruslan Memmedov Soruşur Yazılma Tarixi:24.11.2015 22:03:37

Salam men herbi deniz quvvelerinde xidmet elemek istiyirem bununla bagli men ne etmeliyem xahiw edirem mene komek edesiz

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.           Eyni zamanda bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
elmeddi ceferov Soruşur Yazılma Tarixi:24.11.2015 20:07:46

2014 iyul cagiriscilarinin pirkazi ne vacd cixir?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.  
Şahin Məlikov Soruşur Yazılma Tarixi:24.11.2015 17:28:58

Salam,mən Məlikov Şahin Abid oğlu 01.09.1992 ci il tarixində doğulmuşam və 2013 cü ildə ali təhsilimi başa vurmuşam.Hərbi komisiyada sağlamlığımla bağlı sonuncusu 6 ay əvvəl olmaqla möhlət hüququ verilib.Yanvar çağırışında 2 il 6 ay tamam olacaq. Qeyd edimki bu müddətdə müntəzəm olaraq müalicə almışam və hal hazırda heç bir narahatciliğım yoxdu.Bu günlərdə Qax rayon komisarlığından zəng vurularaq mənə yararsız hərbi biletinin yazıldığını dedilər.Sualim odurki bu nə dərəcədə doğrudur?Qanunla sağlamlıgimla bagli 1 ildən cox olmamaq sərti ilə 3 il möhlət verilə bilər.Sonuncu möhlət hüquqnun 6 ay olması və ümumilikdə mənə indiyə kimi verilən möhlət hüququnun 2 il yarim olmasına əsasən mənə yararsiz hərbi bileti verilə bilərmi?sonuncu tibbi müayinə yay ayında olub.

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildirik ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Qax rayon bölməsinə təqdim edildiyi halda mümkündür.
Kerimova Meleknisa Soruşur Yazılma Tarixi:24.11.2015 15:48:34

Salam,bilmek isteyirem herbi biletde yazilam C 80 madde ne demekdir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 “c” maddəsinin I qrafasına “Orqanların və sistemlərin anadangəlmə inkişaf anomaliyalar: funksiyaların cüzi dərəcədə pozulması ilə” aiddir.
resid Soruşur Yazılma Tarixi:24.11.2015 15:22:37

Salam nenesiniz men eliyev resid cumsud oglu 1993 tevelludlu .Herbi xidmete gedib gelmisem uc ildir ki men senedlerimi herbi xidmete vermek isdeyirem gizir ki esgerliyde muraciet eledim orda alinmadi bunun ucun neylemeyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Vusal Memmedov Soruşur Yazılma Tarixi:24.11.2015 09:34:03

Salam men naxcivanda herbi qeydiyyatda idim 1 ay 10 gundu cixmisam ve hec yere dusmemisem indi ise yasamal rayon kommisarliginda herbi qeydiyata dusmek istiyirem onun cerimesi varmi gecikdirmeyin?varsa necedir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə -xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.
Tagiyev Farid Soruşur Yazılma Tarixi:23.11.2015 23:50:00

Salam. Boyum 180sm. Cekim 120kq .Men herbi xidmete yararliyam?

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Ali Babazade Soruşur Yazılma Tarixi:23.11.2015 23:11:32

Salam mene herbi tibbi komisya iyul ayinda yanvar ayinin 20sine kimi mohlet verilmesini teleb edib. amma cagirish shobesinden zeng eliyib saglamliq komisyasina gelmeyi teleb edirler. menim mohletimin bitmeyine hele 2 ay var. bu teleb huquqidir mi?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin yerli idarə, şöbə və bölmələrində 2016-cı ilin yanvar çağırışına hazırlıqla əlaqədar çağırışçıların tibbi şəhadətləndirilməsi və öyrənilməsi tədbirləri həyata keçirilir və çağırışçılar müəyyən olunmuş vaxtlarda rayon çağırış komissiyalarına dəvət olunurlar.          Eyni zamanda bildiririk ki, sizə rayon çağırış komissiyası tərəfindən verilmiş möhlət müddəti başa çatdıqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897