Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
idiris baxseliyev Soruşur Yazılma Tarixi:23.11.2015 17:38:45

salam səfərbərlikdən qanunvericilikde qeyd olunan bron edilmiş azad edilmiş şexsler deyəndə kim nəzərdə tutulur? dövlət qulluqçuları nazirlik işçileri və polis v ə s ?xahiş edirem bu sualıma cavab verin yazırıq amma cavablandırmırsınız qyeir qanuni sualdır ki? qanunverciliyin müddəasıdır mn də sizdən soruşuram

Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən (rəhbər işçi, mütəxəssiş, elm və incəsənət işçisi, ixtisaslı fəhlə və qulluqçular) hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi bu Qanuna və  Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
nadir qorxmazli Soruşur Yazılma Tarixi:23.11.2015 16:54:40

salam qanunda qeyd olunan herbi telim-herbi toplanis ve xususi toplanis bu mefhumlarin ferqi nedir? herbi telimi anladim amma herbi toplanis nedir ve xususi toplanis deyende ne nezerde tutulur? xususi toplanis deyende herbi komissarliqlara

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu Qanuna əsasən: 45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər. 45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.
Yunus Memmedov Soruşur Yazılma Tarixi:23.11.2015 13:37:41

Salam Mena Memmedov Yunus Arif oglu bilmey isteyirem menim haqqimda ne qerar verilib? xesteliyimle bagli qospitala getmisem qeydiyyatim Suraxani rayon kamisarligi.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 10.11.2015-ci il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Ferecova Gözel Soruşur Yazılma Tarixi:23.11.2015 13:26:44

Salam men orta tehsilliyem 9cu sinifi bitirmisem.Ailemizde herbiciler coxdu menimde hevesim coxdu herbide islemek isdeyirem nece ede bilerem????

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Raul Rehimli Soruşur Yazılma Tarixi:23.11.2015 13:18:45

Salam men 2014 2015 iyul tarixinde dsx da xidmet etmisem.ali tehsilliyem 1 il xidmet edib texris olmuwam.yeniden qayitsam mene gizir rutbesi verilecek ya leytinant da verile biler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Azər Əhmədov Soruşur Yazılma Tarixi:23.11.2015 10:51:06

İşə qəbul üçün növbəti test imtahani nə vaxt və harada keçiriləcək?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Elnur Soruşur Yazılma Tarixi:23.11.2015 07:23:47

salam men 1996 ci ilem kecen il artıq çekide olduğuma göre 4 defe yoxlanışdan sonra piylenmeden yararsız veribler ama indi 35 kilodan çox çeki salmışam ama sentyabr ayında müraciet eledim yoxlanışa götürmediler dedilerki get biletivi götür indi men tezeden yoxlanisa getmek üçün ne ede bilerem?

Əlavə olaraq bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
DADAS SABIZADE Soruşur Yazılma Tarixi:22.11.2015 22:53:37

SALAM. MEN SABIZADE DADAS HABIL OGLU BILMEY ISDEYIRDIM KI MENE VERILEN MOHLET HUQUQU BITMEYIB MEN YANVAR CAGIRILISINDA XIDMETE GEDE BILEREM .MOHLETIN BITMEYINE 8 AY QALIB COX SAGOLUN TESEKKURLER

Bildiririk ki, rayon çağırış komissiyasının müəyyən etdiyi möhlət müddəti başa çatdıqdan sonra siz tibbi şəhadətləndirilərək çağırışa cəlb oluna bilərsiniz.
Ramin Eliyev Soruşur Yazılma Tarixi:22.11.2015 22:40:31

salam axwaminiz xeyr men Ramin.menim qardawim eskerdi deyilene ggore prikazdari cixib ve yeni bayramina kimi evlerinde olacaq duzdur?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2016-cı ilin yanvar ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Elvin Mustafayev Soruşur Yazılma Tarixi:22.11.2015 21:40:38

SALAM MEN AILENIN TEK OQLUYAM BACIMDA YOXDU BILMEK ISTEYIREMKI TEK USAQLARA GUZEST OLUNUR YENI ON CEBHEYE GEDMEMESI VE YA NAXCIVANA DUSE BILEREM ??

Bildiririk ki, ailənin tək övladı olan çağırışçılara mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.
Cədvəldə sətir sayı :14891