Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Raul Rehimli Soruşur Yazılma Tarixi:23.11.2015 13:18:45

Salam men 2014 2015 iyul tarixinde dsx da xidmet etmisem.ali tehsilliyem 1 il xidmet edib texris olmuwam.yeniden qayitsam mene gizir rutbesi verilecek ya leytinant da verile biler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Azər Əhmədov Soruşur Yazılma Tarixi:23.11.2015 10:51:06

İşə qəbul üçün növbəti test imtahani nə vaxt və harada keçiriləcək?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Elnur Soruşur Yazılma Tarixi:23.11.2015 07:23:47

salam men 1996 ci ilem kecen il artıq çekide olduğuma göre 4 defe yoxlanışdan sonra piylenmeden yararsız veribler ama indi 35 kilodan çox çeki salmışam ama sentyabr ayında müraciet eledim yoxlanışa götürmediler dedilerki get biletivi götür indi men tezeden yoxlanisa getmek üçün ne ede bilerem?

Əlavə olaraq bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
DADAS SABIZADE Soruşur Yazılma Tarixi:22.11.2015 22:53:37

SALAM. MEN SABIZADE DADAS HABIL OGLU BILMEY ISDEYIRDIM KI MENE VERILEN MOHLET HUQUQU BITMEYIB MEN YANVAR CAGIRILISINDA XIDMETE GEDE BILEREM .MOHLETIN BITMEYINE 8 AY QALIB COX SAGOLUN TESEKKURLER

Bildiririk ki, rayon çağırış komissiyasının müəyyən etdiyi möhlət müddəti başa çatdıqdan sonra siz tibbi şəhadətləndirilərək çağırışa cəlb oluna bilərsiniz.
Ramin Eliyev Soruşur Yazılma Tarixi:22.11.2015 22:40:31

salam axwaminiz xeyr men Ramin.menim qardawim eskerdi deyilene ggore prikazdari cixib ve yeni bayramina kimi evlerinde olacaq duzdur?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2016-cı ilin yanvar ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Elvin Mustafayev Soruşur Yazılma Tarixi:22.11.2015 21:40:38

SALAM MEN AILENIN TEK OQLUYAM BACIMDA YOXDU BILMEK ISTEYIREMKI TEK USAQLARA GUZEST OLUNUR YENI ON CEBHEYE GEDMEMESI VE YA NAXCIVANA DUSE BILEREM ??

Bildiririk ki, ailənin tək övladı olan çağırışçılara mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.
Alisov Murad Soruşur Yazılma Tarixi:22.11.2015 20:30:04

Salam men 01 05 2016 da herbiye caqirilmisam bilmek isterdim rayon qeydiyatinda olan şexsler esasen hansi herbi hisseye dusur

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçılar həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
ayxan nagizade Soruşur Yazılma Tarixi:22.11.2015 20:12:12

salam.men bilmek isderdim.hal hazirda vaenkamat sotuna suruculuk vesiqesi almaq ucun oxuyuram.ve herbiye gederken surucu olmaq ucun hansisa sened lazimdir? birde 2016 aprel cagiriscilari kamisyadan kecmey ucun ne vaxt cagirilirlar?

Bildiririk ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar təyin olunduqları müvafiq qoşun növlərində verilmiş ixtisasa uyğun vəzifələrdə müddətli həqiqi hərbi xidmət keçirlər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrdə müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Bununla əlaqədar, Siz müəyyən edilmiş vaxtda çağırışa cəlb ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsində yaradılmış rayon (şəhər) çağırış komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul ediləcəkdir.
Azər Nuriyev Soruşur Yazılma Tarixi:22.11.2015 19:54:00

Salam mən bilmək istəyirəm yanvar çağırışçıların xidmət edəcəyi yeri nəvaxt bilinəcək?

Bildiririk ki, 2016-cı ilin yanvar çağırışına cəlb edilən çağırışçıların bölgüsü dekabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.12.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
ibrahim Soruşur Yazılma Tarixi:22.11.2015 16:49:19

men 1992 ci ilde zerdabda anadan olmusam.172 sayli herbi hissede qulluq etmisem.hal hazirda yasamal rayon qeydiyatiyam.herbiye ise duzelmek ucun neynemeliyem.xais edirem komek edesiz.tam orta tehsilliyem.aileliyam

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897