Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rzayev Intizam Soruşur Yazılma Tarixi:05.12.2015 20:32:06

Salam,xais edirem mene melumat veresiniz ki,vetendas herbi xidmet yasina catib amma onu xidmete caqirmirlar Sexsiyyet vesiqesi de yoxdu biz ona sexsiyet vesiqesi goturdib xidmete teqdim etmek ucn hansi senedler lazimdi ve hemin senedlerin dovlet rusumu ne qederdir?evelleceden tewekkur edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 6.4.1. doğum haqqında şəhadətnamənin surəti; 6.4.2. ailə tərkibi haqqında arayış; 6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 6.4.5. tərcümeyi-hal; 6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. Bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Etibar Soruşur Yazılma Tarixi:05.12.2015 19:56:36

Bagislayin xais edirem sualimi cavablandirsiniz menim qolumda yara var idi deye aparmadilar yanvar ayinda getmeliydim indi ise yara sagalib men konullu getmek isteyirem hara erize yazib vere bileremki tezlikle esger aparsinlar

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Məhərrəmov Coşqun Soruşur Yazılma Tarixi:05.12.2015 18:45:39

Mən 04.10.1996 təvəllüdlüyəm.9 illik təhsil bazasından Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində son kursda oxuyuram.Bu il Azərbacan Milli Konservatoriyasına qəbul olmaq istəyirəm.Bunun üçün imtahana görə mənə möhlət haqqında arayış verilməlidirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Siz qanunamüvafiq olaraq müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
huseynov oruc Soruşur Yazılma Tarixi:05.12.2015 15:10:01

salam men Huseynov Oruc Adil oqlu 2006ci ilde herbi xidmetde olmuwam 2008ci ilde texris olmuwam xanlar rayonun toqona kendinde xidmetde olmuwam hal hazirda 27 yawim var men mudeden artiq indi xidmet ede bilerem? ve yaxuda gizir? vezifen manqa kamandiri olub

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Kamal Sirinov Soruşur Yazılma Tarixi:05.12.2015 13:56:40

Salam men Cebrayil rayon herbi komisarliqindan ( vayenkomatdan ) sikayet etmek isteyirem. Hara muraciet etmeliyem? Ve elaqe nomreleri varmidir? Cox xais edirem cavab yazasiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.       
       Nəzərinizə çatdırırıq ki, Xidmətin Cəbrayıl rayon bölməsi ilə bağlı hər hansı bir şikayətinizlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi surətdə ərizə ilə müraciət etməlisiniz. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşir. (Əlaqə nömrəsi: 493-06-52)
      
       Məlumat üçün bildiririk ki, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ərizə tərəfinizdən imzalanmalı, qeydiyyatda olduğunuz ünvan dəqiq göstərilməlidir.Həmçinin şikayətinizdə qeyd edəcəyiniz  faktlar tam və dolğun əks olunmalıdır.
Memmedxanli Sabir Soruşur Yazılma Tarixi:04.12.2015 23:39:46

Salam men 01.07.2012ci ilde herbi xidmette yollanmisam.And icmeden sonra Telim Tedris Merkezine (TTM-e) kursant kimi leytenantliq rutbesi almaq ucun getmisdim.Imtahanlar erefesinde test imtahaninin muveffeqiyyetle kecsem de fiziki gostericiler de zeifcilik gostererek kesildim ve herbi xidmetime geri dondum.Size sualim odur ki,yeniden erize gondererek leytenantliq rutbesi almaq ucun imtahan vere bu istiqametde isleye bileremmi?hal hazirda muveqqeti issizem.Sumqayitda yasayiram.

Bildiririk ki, Xidmətin elektron ünvanına daxil olmuş müraciətinizlə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ülvü Əliyev Soruşur Yazılma Tarixi:04.12.2015 20:32:04

Salam axşamınız xeyr . Həqiqi hərbi xidmətə çağrış və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam verilibmi?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və nəzərdə tutulmuş xidmət müddətlərini keçmiş müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyatına alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında” 05.12.2015-ci il tarxli Sərəncam imzalamışdır. 
Aliyeva Gunel Soruşur Yazılma Tarixi:04.12.2015 19:06:11

Salam. Herbi hisseye diplomun notariusda tesdiqlenmis sureti ne vaxta qeder teqdim olunmalidir? Herhansi bir vaxt mehdudiyyeti varmi?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Sevda imranova Soruşur Yazılma Tarixi:04.12.2015 17:51:04

Mən 2-illik Tibb kursu bitirmişəm və,bilmək istiyirəm ki,mən Hərbi Hospitalda işliyə bilərəm? Və əgər mümkündürsə hara müraciət edə bilərəm?

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Pərviz Mədətli Soruşur Yazılma Tarixi:04.12.2015 16:24:08

Salam. Mən Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm, hərbi hissələrdə deyil, SHXÇDX-nin yerli bölmələrində hərbi və və ya mülki vəzifədə işləmək istəyirəm. Bunun üçün hara, necə müraciət etməliyəm?

Nəzərinizə çatdırırıq ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdiril­məsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897