Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Aydinzade Soruşur Yazılma Tarixi:13.10.2015 18:46:51

Salam menim sualim ise qebul haqdadi.nece muraciyyet ede bilerem.evvelceden tesekkurler

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Rahimov Ramin Farhad Soruşur Yazılma Tarixi:13.10.2015 18:44:07

Salam bilmak istayiram SHXCDX-nin mulki iscilar va gozatcilar ikinci qrup pensiya alirsa islaya bilar va is ucun muraciat eda bilarmi

Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar müraciətlərinə onlar özləri barəsində ətraflı məlumat təqdim etdikdən sonra mövcud Qanunvericiliyin müddəalarına müvafiq qaydada baxılır.
Rüstəm Atacanov Soruşur Yazılma Tarixi:13.10.2015 18:40:56

Salam, 2016-cı ildən Azərbaycanda hərbi xidmətin 2 ilə uzadılacağı doğrudur mu ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.      Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.
Tural Rehimov Soruşur Yazılma Tarixi:13.10.2015 16:48:11

Salam bilmey istirem boyu 165.170 arasi hansi herbi hiseye dusurler cavab qaytarin mumkunse

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.
Nazim Nezerli Soruşur Yazılma Tarixi:13.10.2015 13:43:33

Salam menim oktyabrin 9 yasim tamam oldu ayin 8 de delxanaya gonderdiler vaynkomatdan men indi bilmey isdiyirem mene niye paveska gelmir sumqayit qeydiyatindayam

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt rayon idarəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
muhammed muradov Soruşur Yazılma Tarixi:13.10.2015 13:00:28

salam men 2013 cu ilde esgerlik de olmusam indi ise cavus kimi herbiye qayidmaq isteyirem bu olarmi 1.63 boyum du 60 da cekim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Gunduz Ehmedov Soruşur Yazılma Tarixi:13.10.2015 12:46:49

Salam.Men 2 ilden artiq muddetli herbi xidmetde olmusam.herbide kucik cavus ve cavus rutbesini almisam.Indi menim 35 yasim var.Men Azerbaycan milli ordusunda muqavile baxlamaqla xidmet ede bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Seymur Eliyev Soruşur Yazılma Tarixi:13.10.2015 12:40:03

Salam menim ayagimda anadan gelme yastin pencelik cixdi bir iyulun 5 termetologiyaya gonderdiler sonrada avqusutun 2kagizim geldi 4ise yene herbi qospitala gonderdiler indi herbiya cagirlar men indi herbiya yararliyam yoxsa apara bilerler ayagimin biri 2ci derece biri 3derecedi mene esgeriye gede bilerem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ədil Həsənov Soruşur Yazılma Tarixi:13.10.2015 12:22:37

Salam bagişlayın narahat elədim. 2-ci siyahıda göndərilən çağırışçılar hara düşdüyünü haqda məlumat nə vaxt çıxacaq?

Bildiririk ki, adları  2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.10.2015-ci il tarixdən etibarən bilinəcək.
Elvin Soruşur Yazılma Tarixi:13.10.2015 12:12:16

Men 9-illik sahadetname ile kolece sened vemisem ve qebul oldum amma men 11-ci sinifi qurtarmisam ,meni esgerliye aparacaqlarmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.3-cü maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsili davam etdirmək üçün çağırışa möhlət verilir. 
Cədvəldə sətir sayı :14804