Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elsan Memmedzade Soruşur Yazılma Tarixi:23.10.2015 18:26:09

Salam.11-ci sinifde oxuyuram.Menim 01.07.2015-ci ilde 18 yasim tama olub.Orta mektebi 2016 ci ilde bitirecem.Ali mektebe qebul imtahani vermek ucun mene mohlet verilir?

Bildiririk ki, ümumi təhsil müəssisələrini 2016-cı ildə bitirəcək şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak etmək hüquqları vardır.
Rehimova Leman Soruşur Yazılma Tarixi:23.10.2015 18:15:35

salam. Herbi tehsilim olmasa da ali tehsilliyem herbide leytenant kimi xidmet etmek isteyirem. Bunun uchun hara muraciet etmeliyem. Rayon qeydiyyatindayam 25yashim var. Xahish edirem istiqamet verin. Evvelceden teshekkurler...

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Bəxtiyar Daşıyev Soruşur Yazılma Tarixi:23.10.2015 14:36:34

Salam mən Goranbor rayonunda qeydiyatdayam .Ali tehsilimi 2014 cü ilde bitirdim . 2014 iyul ayinda herbi xidmete cağrıldım . Gözümün biri zeif olduğu ücün məni hərbi xidmete aparmadılar . 1il 3 ay kecməsinə baxmayaraq mənə heç bir sənəd verilməyib . Mümkünsə bunun hansı sabəbdən oldugunu mənə deyərdiz

Məlum olmuşdur ki, Siz 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Goranboy rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz.
Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır.A-3" hesab edilmisiniz.
Siz, 2016-cı ilin yanvar çağırışına cəlb olunacaqsınız. 
Dadaşov Süleyman Soruşur Yazılma Tarixi:23.10.2015 11:06:15

neçənci dərəcəli yastı pəncəlik hərbi xidmətə yararsızdır?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ali Imamquliyev Soruşur Yazılma Tarixi:23.10.2015 09:51:32

salam... men esgerliye nikadir kimi getmek isteyirem zehmet olmasa sertler ve muddet haqqinda melumat vererdiniz

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
ziyad kazımlı Soruşur Yazılma Tarixi:23.10.2015 03:11:31

salam.mənim 27 yaşım var. hərbi xidmətdə olmuşam ali təhsil im var.bilmək isterdim men hərbi ə müddət li (1 il 9 ay) leytnant kimi işləyə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Calal Soruşur Yazılma Tarixi:23.10.2015 01:10:04

Salam. Ordu siralarinda gizir qisminde mueyyen muddet xidmet edib ilkin zabit herbi rutbesi aldiqdan sonra muqavile hansi muddetedek uzadilir ve hemin h.q. avtomatik kadr zabit heyetine kecirilirmi? Coxsagolun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Calal Soruşur Yazılma Tarixi:23.10.2015 00:48:48

Salam. Bilmek isteyirem herbi qulluqcu herbi hospitalda mualicesini bitirdikden sonra burun ceperi, varekosele ve ya diger emeliyyatlar kecirdikde ona verilen xestelikle elaqedar mezuniyyet ve mezuniyyet muddeti neye esasen ve hansi esasname ile tenzimlenir. Coxsagolun.

Çağırışçıların məzuniyyət müddəti "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir.
Elnur Allahverdiyev Soruşur Yazılma Tarixi:23.10.2015 00:47:32

Salam Men ali tehsilimi bitirdikden sonra herbi xidmete cagrilmiwam ve gozumde keretakonos xesdeliyi olduguna gore 6 ay mohlet verilib men isle bagli olke xaricinde oldugum muddetde 6 ayim tamam olduqdan sonra gele bilmesem o birisi cagiriw gunu gelsem problem olmazki?

Möhlət hüququ bitdikdə Sizin təkrar tibbi müayinədən keçə bilmədiyinizə dair sənədləri (səbəbi göstərilməklə), qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbə və ya bölməsinə) təqdim etməyiniz vacibdir.
Vüsal Nağıyev Soruşur Yazılma Tarixi:22.10.2015 20:38:07

Salam.Bağışlayın bilməy istərdim imtahan gəldikdə yalnızca şəxsiyyət vəsiqəsin gətirim yoxsa şəxsiyyət vəsiqəsi ilə birgə hərbi bileti də gətirim,

Müsahibəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14897