Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavansir Soruşur Yazılma Tarixi:22.10.2015 19:45:12

SHXÇDX-de ise qebul olmaq isteyirem.xahis edirem mene komek edesiz.ise qebul qaydasi necedi?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Tebri Qeffari esl saray Soruşur Yazılma Tarixi:22.10.2015 16:55:00

Salam.Mene ilkin herbi qeydiyyata alinma haqqinda Vesiqe verilib,ve 7 ci sehifenin 5 bendinde yazilib. Sabuncu rayon cagiris komissiyasi terefinden,Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2008 il tarixli 59 nomreli qerari ile tesdiq edilmis Herbi-hekim ekspertizasi haqqinda esasnamenin xestelikler cedvelinin 11maddesinin Abendine esasen 01.11.2015 tarixedek mohlet verilmisdir. Size men bu suali vermek isteyirdimki talassemiya duzelen xestelik olmadigi halda mohlet burda ne anlam dasiyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11 “a” maddəsinin I qrafasının tələblərinə əsasən çağırışçılar Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” hesab edilirlər.
Emin Cavadov Soruşur Yazılma Tarixi:22.10.2015 16:23:44

Salam. Mənim 25 yaşım var, ali təhsilliyəm, Daxili İşlər Nazirliyinin polis şöbələrinin birində işləyirəm, rütbəm serjantdı. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətində işə qəbul olmaq istəyirəm. Bilmək istərdim ki, bunun üçün nə etməliyəm? Sizdə qəbul necədir? İşdən çıxıb səfərbərliyə müraciət etməliyəm, yoxsa işlədiyim yerdən səfərbərliyə göndəriş ala bilərəmmi? Xahiş edirəm əgər mümkünsə sullarımı cavablandırın.

Bildiririk ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam olunmaları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları rəhbərləri arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə həyata keçirilir. Hərbi qulluqçunun xidmət yerinin bir icra orqanından başqasına dəyişdirilməsi məsələsinə, hərbi qulluqçunun xidmət etdiyi icra hakimiyyəti orqanının rəhbərliyinə özünün rəsmi müraciəti əsasında baxılır. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlər etdikdən sonra namizədliyinizə baxıla bilər.
Mahammadov Hikmet Soruşur Yazılma Tarixi:22.10.2015 14:22:47

Salam,bele bir sualim var.Ozumun hele 15 yawi tam olmuyub,amma indiden duwunurem azerbaycan Xususi Teyinatli Destesine gedim,bunun ucun ne etmek lazimdir,hal hazirda judo ile mesgul oluram,evvel 3 il mesgul olmusdum.XTD-ye gedmek ucun hansi akademiya,uciliwe qurtarmaq lazimdir,hec lazimdir? Qurtarmamis olur?

Bildiririk ki, Siz öz məqsədinizə gələcəkdə zabit peşəsinə yiyələnməklə nail ola bilərsiniz. Belə ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunduqdan sonra müvafiq qoşun növündə həqiqi hərbi xidmət keçmək üçün lazımi ixtisası seçə bilərsiniz. Məlumat üçün bildiririk ki,  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na uyğun həyata keçirilir. Bununla yanaşı, fiziki və mənəvi-psixoloji göstəriciləri müəyyən edilmiş tələblərə cavab verən vətəndaşlar xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçməklə də müddətli həqiqi hərbi xidmət dövründə müvafiq qoşun növlərinin xüsusi təyinatlı dəstələrində hərbi xidmət keçə bilərlər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa 17 yaşı tamam olmuş vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən cəlb edilirlər.
Sebuhi Huseynov Soruşur Yazılma Tarixi:22.10.2015 12:58:49

Salam men 02.07.1997 ci ilem meni iyul aynda eskerliye aprcaqdilar ama aparmadilar saxlidlar vaynkamat ozu saxladi indide adanan mezelenirler gedirsen deyrler 2atprafka cixmyb belke qaldin yanvara men istyrem tez gedim yanvarda getsem ujey menim 19yasim olcaq qediyatda oldiqum yerde Cellilabadrayon Sobesdi Xais edirem bunun haqinda bir tedaruk goresiz men istyrem oktyabr aynda gedem yanvara qalmiyam telfon nomremide verim elaqa saxlyn 070 841 76 19

Bildiririk ki, Siz 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Cəlilabad rayon şöbəsində tibbi şəhadətləndirilərkən səhhətinizlə əlaqədar zərurət yarandığından müvafiq tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsi Cəlilabad rayon şöbəsinə daxil olmadığı üçün oktyabr çağırışı zamanı barənizdə hər hansı qərar qəbul edilməsi mümkün olmamışdır. Müayinənin nəticələri Xidmətin Cəlilabad rayon şöbəsinə daxil olduqdan sonra 2016-cı ilin yanvar çağırışı zamanı barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Turan Abdullayev Soruşur Yazılma Tarixi:22.10.2015 11:45:54

Salam. Oktyabrin 12 herbi komissiyadan kecdim.Komissiya reyini bilmek isterdim. Turan Abdullayev Elman oglu 13.02.1994 Qaradag rayonu .

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Elvin Qemberov Soruşur Yazılma Tarixi:21.10.2015 18:22:53

salam..men 15.10.2015 tarixinde herbi xidmete yollanmali idim..Amma meni saxladilar dediler ki, nazirlikden sene yer verilmeyib.Nazirlikden cavab gelmelidi dediler.Xais edirem bununla bagli mene bir fikir deyesiz.Bu haqda ne ede bilerem?

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin komandasına təyin edilmisiniz. Həqiqi hərbi xidmətə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndəriləcəksiniz .
Suleyman Paşayev Soruşur Yazılma Tarixi:21.10.2015 18:06:18

Salam Menim qardawim Naxcivana xidmet aparacaq. Bilmek isteyiremki ne vaxt aparacaqlar ayin necesi 2015 oktyabrin 1i cagiris vereqesi gelib sonra 12si dediler gedirsen indide oktyabrin 21idi

Bildiririk ki, Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar təyin olunduqları hərbi hissələrə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən tərtib olunmuş xüsusi qrafikə əsasən göndərilirlər.
Akif Nəsibov Soruşur Yazılma Tarixi:21.10.2015 12:54:06

Salam. Mənim anadan olma tarixim 08.02.1979-cu ildi. Ailəliyəm, 2 övladım var. Mən 2003-2004-cü illərdə zabit kimi hərbi xidmətdə olmuşam. Həyat yoldaşım hal-hazırda dövlət müəssisəsində işləyir. Əgər mən ordu sıralarına qəbul edilərəmsə yoldaşımın işi ilə əlaqədar olaraq ailəmi başqa yerə aparmamaq üçün yaşadığım əraziyə yaxın hərbi hissələrin birində xidmət edə bilərəmmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Nergiz Mirzeyeva Soruşur Yazılma Tarixi:21.10.2015 01:20:58

Salam. Qardasim herbi biletini itirib. Yenisin elde etmek ucun ne etmeludi? Ve ne qeder muddete basa gelir. Coxsagolun

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən qardaşınız mövcud sənədlərlə hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlidir.
Cədvəldə sətir sayı :14897