Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nərmin Cavadzadə Soruşur Yazılma Tarixi:20.10.2015 12:06:47

salam, bir suali var. yaxın qohumum oktyabr ayının 7si hərbi xidmətə yollandı. xidmət edəcəyi bölmə dövlət sərhəd xidmətidir. hal hazırda yevlax rayonun hərbi hissəsindədir. and icmə mərasımi olmuyub. bildiyiniz kimi oktyabr ayının 25-i hərbi hissələrdə açıq qapı günüdir. bilmək istərdim ki həmən əsgərin valideynləri gedib tanış ola bilər həmən hərbi hissə ilə? yoxsa bu ancaq and içmə mərasimini keçmiş əsgərlərə aid dir? öncədən təşəkkür

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
sebine Soruşur Yazılma Tarixi:20.10.2015 10:07:27

Salam sualim beledir . xahiw edirem cavablandirasiniz . Oglum oktyabr cariqcisidi amma hekim komissasindan iki defe kecdi onurgasinda ureyinde ve gozunde problemi cixdi . dediler 3 cu esasdanda kecmelisen caxiracayiq o gunden bu gune kimi ses soraq yoxdu bir defede ozu gedib deyibler caxiracayiq . isteyirem bilemki bu bize problem yaratmazki ve ne vaxt caxiracaqlar . nezerinize catdirimki gozu ve ureyi ile bagli problemi bu gunekimi bilmirdik twk edirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə övladınızın adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
imanov Elmeddin Soruşur Yazılma Tarixi:20.10.2015 01:14:22

salam men 10 ay herbi xidmet kecdikden sora xeteliyime gore vaxtindan tez texris olundum.5 ilden bir meni yoxlanisa cagirirla.bilmek isteyirem eyer menim xesteliyim duzelerse yeniden herbi xidmetimin qalan hissesini kece bilerem?eyer herbi xidmeti davam etdirmek mumkun deyilse ve men tam saglamamsa herbi biletimde xesteliyime gore duzelisler edile bilermi?

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Təkrar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda hərbi biletinizdə müvafiq qeydiyyat aparılması üçün Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Dadas sabizade Soruşur Yazılma Tarixi:19.10.2015 23:24:00

Salam men qiyabi tehsili yarimcix qoyub xidmete gedmey isdeyirem sonrada qalib gizir kimi idlemey isdeyirem bundan sonra qayidib tehsilimi davam ede bilecemmi .Tesekkur edirem

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bildiririk ki, 18 yaşı tamam olan və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. Gizir kimi xidmət keçmək istəyinizlə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəmüvafiqdir.
Tural Memmedov Soruşur Yazılma Tarixi:19.10.2015 22:49:20

salam men 2016 iyul ayinda herbi xidmete yollanacam.bilmek isterdimki o tarixden qabag meselen indi yanvar ayi cagiriscilari ile konullu olaraq herbi xidmete yollana bilerem.18 yasim iyun ayin 30 tamam olur

Bildiririk ki,  Sizin 30 iyun 2016-cı il tarixdə 18 yaşınız tamam olduğuna görə 2016-cı ilin iyul çağırışına cəlb ediləcəksiniz.
Fuad Sukurov Soruşur Yazılma Tarixi:19.10.2015 21:47:48

Salam men 4 kurs telebesiyem bilmek isdeyirem men magistiraturaya qebul olsam mene magistri oxumaq üçün mohlet verilecek?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Fərid nəcəfli Soruşur Yazılma Tarixi:19.10.2015 21:00:14

salam hər vaxtiniz xeyir mənim 18 yaşim bu il iyun ayinda tamam olub instuta sənəd verdim qəbul olammadim. indi gedib polkovnik-leytenant Niyaz məmmədov yoldaşa bu barədə məlumat verirəm deyirki get özumuz çagiracayiq.amma ay qutarir hələ cagirmiyiblar nə də duşduyum yeri demillər. cox xahiş edirəm mənə duşduyum yer və nə vaxt gedəcəyimlə bagli məlumat verəsiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
kenan musayev Soruşur Yazılma Tarixi:19.10.2015 19:54:11

men oktyabir ayinda cagiris gelmisdi oktyabir 2 de yazilmisdi amma haminin adi cixmisdi gedenlerin menim adim cixmadi hara dusduyum menim dostlarim hamisi gedib bir men qalmisam voynkomatda dediler ki ayin 15 sonra ise 21 de deyirler gedecen amma men onu bilmek isteyirem ki menim hara dusduyum niye bilinmir hele

Qeyd etdiyiniz məsələ ilə bağlı 22.10.2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Əhmədov Soruşur Yazılma Tarixi:19.10.2015 17:08:37

Salam . Mən oktyabr ayında hərbi xidmətə gedəcəm . ama hələ də harada hərbi xidmət keçəcəyim barədə məlumat yoxdu . bu normaldı ? əgər deyilsə nə etməliyəm ?

Qeyd etdiyiniz məsələ ilə bağlı 22.10.2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Babək Salehov Soruşur Yazılma Tarixi:19.10.2015 15:46:29

mən SHXÇDX-ə işə qəbul üçün sənət vermişəm.imtahanın dəqiq vaxtını bilmək istəyirəm mümkünsə

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14897