Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
SEFEROV VUQAR Soruşur Yazılma Tarixi:16.10.2015 21:51:26

SALAM MEN ESGERLIKDEN TEZE GELMISEM GIZIRLIYE VERMEK ISTEYIREM ANCAQ MEN NATAMAM ORTA TEHSIL ALMISAM BUNUN NE EDE BILEREM

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Yasin Hüseynzadə Soruşur Yazılma Tarixi:16.10.2015 21:15:30

Salam.Mən bununla üçüncü defediki eyni sualla sizə müraciyət edirəm,çox xahiş edirəm mənim sualımı cavablandirasınız.SHXÇDX-nın sıralarında zabit olaraq xidmət edə bilmək üçün hansı sənədlərlə və hara müraciət edə bilərəm? Cavablandırsaz çox sevinərəm öncədən təşəkkürlər.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ehmedova Xanim Soruşur Yazılma Tarixi:16.10.2015 18:32:09

Salam.Azerbaycan Dovlet Deniz Akademiyasinda tehsil almisam,tam ali tehsilliyem.Zabit olmaq isteyirem.Bunun ucun hara mureciet etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə –                  hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
ilqar Soruşur Yazılma Tarixi:16.10.2015 17:11:43

Mən hərbi xidmətə yanvarda gedəcəm hara düşdüyümü bilmək mümkündümü indi

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.         Eyni zamanda bildiririk ki, 2016-cı ilin yanvar çağırışına cəlb ediləcək çağırışçıların bölgüsü dekabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.12.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə biləcəklər. 
Rəna Həsənova Soruşur Yazılma Tarixi:16.10.2015 16:07:57

Salam. Mənim qardaşım hərbi xidmətdədi. və ali təhsillidi. Deyirlər ki, diplomlar alınandan sonra biz diplomun kopyasın hərbi komissarlığa verməliyik... bilmək istiyrdim ki, bizim bunun üçün nə qədər vaxtımız var? Yəni hansi tarixə qədər biz diplomun kopyasını komissarlığa verməliyik?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.          Diplomun hərbi hissəyə təqdim edilməsi tarixi konkret olaraq müəyyənləşdirilməsə də, çağırışçının diplomunu mümkün qədər tez bir zamanda hərbi hissəyə təqdim etməyi məqsədəuyğundur.
Elnare Orucova Soruşur Yazılma Tarixi:16.10.2015 16:07:32

Salam.men Ali tehsilliyem.yawadigim Zaqatala rayonunda herbi komisarligda mulku iwci kimi caliwmaq isdeyirem.buna gore kime be hara muraciet etmeliyem.elektron erize mece qebul edilir.zehmet olmasa cavablandirin

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Kamran Hüseynli Soruşur Yazılma Tarixi:16.10.2015 14:46:51

Salam men 14.06.1994 Xaçmaz şeherinde anadan olmuşam ve hal hazırda Türkiyede Antalyada Akdeniz Üniversitesinde Devlet hesabna tehsil alıram,ve bilmek isteyiremki bu il herbi vazife Borcumu Ede bileremmi Üniversiteyi dondurub?Ve neçe ay herbi xidmet meni gözdeir...Indiden teşekkürler.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Eyni zamanda bildiririk ki, akademik borcu olan və ya müxtəlif səbəblərdən ali təhsil müəssisələrində təhsil almaqdan imtina edən çağırışçılar çağırışdan möhlət hüququnu itirmiş sayılırlar və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Zaur Rehimli Soruşur Yazılma Tarixi:16.10.2015 14:38:53

Salam .mene iyulda 6ay mohlet verilib .men isteyirem gedim konullu kimi erize yazim ve herbi xidmete yollanim.bele bir wey mumkundurmu?

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən sizə verilən möhlət müddəti başa çatdıqdan sonra sizin ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılmağınız nəzərdə tutulmuşdur.
Məmmədov İbrahim Soruşur Yazılma Tarixi:16.10.2015 13:50:49

salam. mənim 17 yaşım var. snayper kursları haqda məlumat verərdiz də. ora hansı sənədlər lazımdı. Birdəki bu kurslar bakını hansı rayonunda açılıb. ünvanı yazın

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Bakı şəhərində yerləşən filiallarında təşkil olunur. Kurslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli”nə əsasən müvafiq qoşun növlərində ixtisaslı mütəxəssis kimi müddətli həqiqi hərbi xidmət keçməyə yararlı olan və növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar, eləcə də  növbəti çağırışa qədər (müddətli həqiqi hərbi xidmətə çağırış ayı da daxil olmaqla) 18 yaşı tamam olan kişi cinsli vətəndaşlar cəlb edilir. Çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığa göndərilməsi barədə qərar onların hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Qeyd edilən ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri və hazırlıq keçirən təhsil müəssisələri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə ödənişli hazırlıq kursları təşkil edilmir. 
Ramil Velizade Soruşur Yazılma Tarixi:16.10.2015 13:26:40

Salam. Adim Ramil. Menim 24 yasim var. 2009-cu ilde tovuz rayonunun agdam kendinde heqiqi herbi xidmetde olmusam. Rutbem cavus vezifem manqa komandiri ve qumbara atan komandiri olub. Herbi xidmeti basa vurduqdan sonra DIN-Daxili Qosunlarinin xususi teyinatli destesinde MAXE islemisem. Indi isteyiremki on cebhede xidmet edim. yeni postda. Komeklik edersizmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891