Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
nəsib məmmədov Soruşur Yazılma Tarixi:03.08.2015 03:03:54

salam.məm məmmədov nəsib natiq oğlu özüm gəncə şəhəri,kəpəz rayonunda qaliram.təvəludum 04.05.1997, mənim hərbi qeydiyyatima yararsiz yaziblar.ozum 9 cu sinifdede kollece girdim.gəncə texniki kollec.indi mən kollecimi dondurub əsgərliyə getmək istəyirəm.dilimdə problem variydi oda son 2il ərzində duzəldi.indi mən məktəbimi dondurub oktyabirda əsgərliyə gedə bilərəm????? xais edirəm cavab yazin.

Şikayət ərizəniz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmışdır. Məlum olmuşdur ki, Siz, 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən əlavə müayinəyə göndəriləcəksiniz. Müayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Əjdər Zəkəryəyev Soruşur Yazılma Tarixi:03.08.2015 00:59:21

Salam.Mən Zəkəryəyev Əjdər Sabir oğlu Nərimanov rayon voenkamatinda ucotdayam.meni ag ciyer instituna gonderdiler ve mende orda akta kliniki sagalmis fibroz diaqnozu qymusdular. daha sonra iyulun 3-u qospitalda bir daha muayineden kecirtdiler ve dediler gedin cagiraciyig.bir defe ozum voenkamata getdim ve dedilerki is bizde deyil melumat olanda cagiraciyig ve indiyene kimi hec bir xeber yoxdur. bilmey istiyirdimki menim isim ne yerdedi melumat verin mumkunse.

Məlum olmuşdur ki, Siz 03.07.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilmisiniz. Siz hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Nərimanov rayon idarəsinə müraciət etməlisiniz.
Fəttəhov Əliyar Soruşur Yazılma Tarixi:02.08.2015 23:24:15

Axşamınız xeyir olsun. 1997-ci ildə avqust ayın 15-də 18 yaş tamam olacaq.Əgər həmin şəxs bu il kollecə daxil olmuşsa, o, hərbi xidmətə çağırılır? Çox sağ olun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Ceyhun Askerov Soruşur Yazılma Tarixi:02.08.2015 23:15:18

Salam, men Ceyhun Askerov Valid oglu, 15 avgust 1994 teveludu, Baki seh anadan olmusam. Men istiyirdim bilmek hacan bu ilde mende olacaq tibb herbi komissiyasi, cunki 2012 ilde avgustun axiri mende olmusdu komissiyasi, ama men negodniy oldum, ve her 3 il 35 yasana geder men esidmisem cahiris olur? Men herbi bilet aldim 29 noyabr 2012 ilde.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinə keçməlidirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Eyni zamanda
bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Araz ismayilov Soruşur Yazılma Tarixi:02.08.2015 18:59:22

Salam hər vaxtınız xeyir men ali tehsilliyem əsgərlikdə leytinatliq kursunu oxumaq istiyrem orduda neçə il xidmət etməy lazımdı zəhmət olmazsa bu haqda mene ətraflı məlumat verərdiniz da

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Necef Soruşur Yazılma Tarixi:01.08.2015 22:53:10

Salam mən Həşimov Nəcəf Fərrux oğlu Azərbaycan Respublikasi Ordu sıralarinda Gizir kimi xidmət etmək istəyirem. Sizdən haiş edirəm mənə hansı yaş həddinə qədər qəbul olunmaq olar?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar:
Gızir­lə­rin və miç­man­la­rın həqiqi hər­bi xid­mə­tınə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əs­gər­lər, mat­ros­lar, ça­vuş­lar, 40 ya­şı­na­dək hərbi  vəzifəlilər (zabit­lər­ istisna olmaqla);  
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Subhan Xasmemmedov Soruşur Yazılma Tarixi:01.08.2015 21:59:23

Men 06.04.1998 ci ilde anadan olmusam.Mektebi qurtarmisam herbi xidmete getmeye yararliyam konullu olaraq indiden herbi xidmete getmek isteyirem bu mumkundurmu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Ibrahim Esgerov Soruşur Yazılma Tarixi:01.08.2015 17:05:19

Menim 16 yasim olmagina 14 gun vayankamata ne vaxt cagirilacam?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış yeri və ya olduğu yer üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.                     
Turan Abdullayev Soruşur Yazılma Tarixi:01.08.2015 15:31:51

Salam hər vaxtınız xeyir. İyulun 1 ə çağırış vərəqəsi verilmişdi .Ayın 1 i , 3 ü getdim adım çıxmadı. Sonradan məlum oldu ki, Merkezi komisiyya çağırılmalıyam ancaq vaxtı dəqiq demirlər. Təxminən 2 həftəlik xaricə getməliyəm ancaq bilmirəm ki nə vaxt çağırılacam komisiyaya .. Mümkünsə komisiyaya çağırılma vaxtını qeyd ederdiniz. Turan Abdullayev Elman oğlu 13.02.1994 cü il Qaradağ rayon qeydiyyatıyam.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 2015-ci ilin sentyabr ayında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Toghrul AHMADLİ Soruşur Yazılma Tarixi:01.08.2015 13:26:46

Salam, mən 30.09.1997-ci il təvəllüdlü, cari ilin orta məktəb məzunuyam və tqdk imtahanında iştirak etmədən, digər əlaqəli imtahan nəticəmlə xarici ölkədə əyani(bakalavriat) dərəcəsində universitetə qəbul olmuşam.Universitetdən tələbə arayışı alıb əlaqəli idarəyə təqdim etməklə müvafiq təhsilimi bitirənədək çağırışıma möhlət verilicəkmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir)  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897