Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zeynalov Natiq Soruşur Yazılma Tarixi:31.07.2015 22:00:48

Salam. Xahiş edirəm bildirəsiniz,xaricdə ali məktəbdə əyani təhsil alan və möhlət hüququ olan tələbə oxuduğu müddətdə hərbi-həkim komissiyasından keçməlidirmi, yoxsa təhsilini başa vurandan və möhləti bitdikdən sonramı keçməlidir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, təhsilə görə möhlət verilən çağırışçıların hərbi-həkim komissiyası tərəfindən tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 
ruslan abdulov Soruşur Yazılma Tarixi:31.07.2015 16:09:44

Salam menim sol gözümde linza olduqna göre meni herbi xidmete.yararsiz yaziblar.ama men öz isdeyimle getmey isdeyirem men komisarliqa ne deyib müraciet edim

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
mehdi sixaliyev Soruşur Yazılma Tarixi:31.07.2015 11:23:10

Salam bagislayin ki narahat etdim xahis olmasa menim sualimi cavablandirardiniz .Men Turkiye Universitetinde oxuyuram bitirdikden sonra gelib herbide leytinant kimi qulluq ede bileremi.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Abdul Salmanov Soruşur Yazılma Tarixi:31.07.2015 08:23:59

salam menim 35 yaşındayam milli orduda könüllü xidmət ddə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Aliyev Kamil Soruşur Yazılma Tarixi:31.07.2015 05:11:57

Her vaxtiniz xeyr.Men Hal-hazirda xaricde tehsil aliram xarici pasportumun yararsiz hala dushme sebebi ile vetene qayidiram.Asan xidmetde qeyd olunurki herbi komissarliqdan mohlet huququ barede sened olmalidir.Halbuki herbi komissarliqda menim 2016-ci ile kimi vaxtim var.Senedi nece elde etmek olar?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Agasiyev Anar Soruşur Yazılma Tarixi:31.07.2015 00:50:59

men ehtiyatda olan leytenantam sizin xidmetde xidmete ise qebul olunmaq ucun ne etmeliyem

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
eliyev qudret Soruşur Yazılma Tarixi:31.07.2015 00:33:30

salam.eliyev qudret ekrem oglu suraxani rayonu .mohlet huququ var?

Bildiririk ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecinin 24.09.2014-cü il tarixli arayışına əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq sizə 2017-ci ilin iyun ayınadək çağırışdan möhlət verilmişdir. 
Ferid İbadov Soruşur Yazılma Tarixi:31.07.2015 00:33:13

Salam,Men ali tehsilliyem, Gelen il aprelde çağırıw olacaq, Milli orduya düşdüyüm halda, men leytinant kimi qalmaq isteirem, Xaiş edirem, Bu praseduru izah ederdiz, Eger mili orduya düşsem, 3ay ttm oxuyub, sonra 1.6ay xidmet edecemc Ya deilene göre 9 ay esger kimi sonra ttm? xaiş edirem cavablandırardız

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Memmedov Mehemmed Soruşur Yazılma Tarixi:31.07.2015 00:16:47

salam 1il 4ay seferberlik xidmetinde surucu islemisem amma indiyenecen getdiyim ezamiyet pullarin almamisam ve senetlerim geri verilmeyib sizden xais edirem bununla bagli tedbir goresiniz

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə özünüz haqqında ətraflı məlumat verimədiyiniz üçün müraciətinizin cavablandırılması mümkün deyil.
Ramiz Agayev Soruşur Yazılma Tarixi:30.07.2015 20:55:29

Salam mənim sentyabrn 7 si 18 yaşım tamam olacaq mənə Çağırış hansı ay gələcək ?

Bildiririk ki, siz ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə 2015-ci ilin oktyabr çağırışında cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897