Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavid Misirov Soruşur Yazılma Tarixi:28.07.2015 13:43:53

Salam ad gunum oktyabrin 31 idi oktyabrda esger gedecem yoxsa yanvara qalacam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, siz qanunvericiliyin tələblərinə uyğun olaraq, oktyabr çağırışına cəlb edilməyəcəksiniz.
Ramin Cabbarov Soruşur Yazılma Tarixi:28.07.2015 01:27:15

Salam men orta mektebi bu il bitirmisem ve xaricde universitete islerim vermisem ve qebul olmusam bilmek isteyirem menim getmeyime nese problem yarada biler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. 
Vusal Mustafayev Soruşur Yazılma Tarixi:27.07.2015 21:03:11

Salam. Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlıği haqqinda melumat vererdiz? kurslar nece aya bititr ve bakida esas merkezi harada yerlesir? evvelceden hekimden kecmeliyik? Men bakida qaliram. universitetde 3cu kursda oxuyuram. Mumkunse melumatlandiradiz. tesekkurler.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Belə ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi,  gənclərin hərbi xidmətə hazırlanması və çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar üçün bir neçə xüsusi hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil edilir. Kurslara seçilmiş namizədlər hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilir. Bu kursların tədris proqramı haqqında məlumat üçün Bakı şəhəri Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin İcra Orqanına müraciət edə bilərsiniz.  
Ziyad Kazımlı Soruşur Yazılma Tarixi:27.07.2015 15:20:41

salam.işlə bağlı muraciıt edərkən herbi biletin surətin göndərərkən telefonla cəkib göndərmək olar ?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edib ətraflı məlumat ala bilərsiniz.
Cahid Mesediqafarli Soruşur Yazılma Tarixi:27.07.2015 14:36:50

Men herbi xidmeti bitirdiyim 7aydir men gizirlik kursna gedb gizir ola bilerem? Her I xidmeti bitirmisem Ali tehsilli deylem birds elektron xidmetde yaziram alnmr xais bakida gizirlik kursu kecirlen mekdebin adini ve adresini mene veresiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından          40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Kerimova Kamile Soruşur Yazılma Tarixi:27.07.2015 14:10:35

Salam. Soruwmaq isteyirdim uwaqda burnunda polip var esger getmelidirmi?

Burun tənəffüsünün davamlı və və ya davamsız çətinləşməsindən asılı olaraq polipoz sinusitlə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-cu maddənin “b” və ya “c” bəndlərinin tələblərinə əsasən şəhadətləndirilirlər.
Qalib Teymurlu Soruşur Yazılma Tarixi:27.07.2015 13:09:40

Salam.men Teymurlu Qalib Oqtay oglu 16.07.1992 tevellüdem.Agdam rayon herbi komisarliginda qeydiyyatdayam.Menim adimin bu cagirisda olub olmadigini bilmek isteyirem.xais edirem cavablandirasiniz.

Bildiririk ki, sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Cahangir Məmmədov Soruşur Yazılma Tarixi:27.07.2015 12:42:40

Salam. Mən MAXE kimi işləmək istəyirəm. Bakı şəherindəki hərbi hissələrə qəbul pulludu ya pulsuz? Bu barədə kimə müraciət edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.  
Rauf Soruşur Yazılma Tarixi:27.07.2015 11:52:13

Salam. Nikadr leytenant rutbesi alinarken fiziki hazirliga baxilir? Yeni gozu nisbeten zeif olan ve boyu alcaq olanlar nikadr leytenant kimi qebul olunur ya yox?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
sehran ibrahimov Soruşur Yazılma Tarixi:27.07.2015 09:51:41

konullu esger getmek ucun mene hansi senedler lazimdi . xais edirem hemin senedlerin adin 0708596690 nomresine yollayin .

Bildiririk ki, sualınızın cavablandırılması üçün atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Cədvəldə sətir sayı :14897