Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Salamov ebdulqedir Soruşur Yazılma Tarixi:23.07.2015 16:46:18

Men sulhmeqamli qosun novunde xidmet etmek isterdim ve buna aid bir sualim var is saati sulhmeqamlilarda adi qrajdaniskida oldugu kimidi ya milli orduda oldugu kimi birdeki nece aydan sonra hansisa dovlete xidmete gonderirler

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ruslan Xelilov Soruşur Yazılma Tarixi:23.07.2015 16:09:23

salam.Mene basga olkeye hemselik getmek ucun cixis veregesi lazimdi.Migrasiya cixis verdi.passport stol cixarti.ama voenkomat cixartmak isdemir.bunla bagli men hara muraciet ede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, yalnız həmin ölkənin vətəndaşlığını qəbul etməsi və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə sənədi olduğu təqdirdə hərbi qeydiyyatdan çıxarılır.
Gülbəniz Babayeva Soruşur Yazılma Tarixi:23.07.2015 14:40:14

Salam. Oğlum DSX-də hərbi xidmətdədir. on beş gündür yola düşüb. Bu ay hərbi xidmətə yollananların andiçmə mərasimi hansı tarixlərdə keçiriəcəkdir? zəhmət verdiyim üçün üzr istəryirəm.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün DSX-yə müraciət etməyiniz tövsiyə olunur.
Adile Ismayilzade Soruşur Yazılma Tarixi:23.07.2015 13:17:22

Salam men soruwmaq isdeyrdimki Menim qardawim herbi xidmete yollanib turkiyede tehsil alib natarial qaydada tesdq olnmuw kagizi komisarliga verib ama diplomun taninmasi ucun tehsil nazirliyine gonderilmiw senedler hele 1 2aya tesdq olunacag.bilmek isderdmki hansi muddetde esgerlerin 1il yada 1.6ay cekmeyi tesdqlenir.??

Bildiririk ki, qardaşınızın təhsil müəssisəsindən verilmiş diplomunun notarial qaydada təsdiq edilmiş kserosurətini onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Elmar Yusubov Soruşur Yazılma Tarixi:23.07.2015 09:53:54

Salam. Zehmet olmasa aciqlayardiz ki, herbi bilet itrildiyi halda ne etmek lazimdir, ve bunu yenisiyle evez etmek olar birdeki cermesi var yoxsa yox. cox tewekkur edirem.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Royal Memmedov Soruşur Yazılma Tarixi:23.07.2015 05:43:33

salam.men 2014 cu ilde aq ciytermden plevret olmuwdum hal hazirda tam saqalmiwam sadece ciyerimde hemin xestelikde olunan sehv mualiceye gore saqlamqda davam eden iz qalib bu izin menim sehetimde hec bir prablem yawatmayacaqina hekimler rey bildrribler .indi meni (vaynkamat quba) yarasiz kimi hesab edbler men bilmek isteyrem ki men herbi xidmete gedeceym ya getmiyecem .men 21.07.2015 ci il tarixinde bakiya gelerek vayonkamat terefden burada yoxlaniwdan kecmiwem lakin buradan mene hec bir sened verilmeyib nedeki hec bir soz deylmeyib sizden xaiw edrem ki menim herbi xidmetde olub olmiyacaqim barede melumat verersiz

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Ismet Tahirov Soruşur Yazılma Tarixi:23.07.2015 02:55:46

bilmek olar 10c nedi ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 10 “c” maddəsinə “Xoşxassəli yenitörəmələr: obyektiv əlamətlər olduqda, funksiyaların pozulmaması ilə” aiddir.
Hesenov Cavid Soruşur Yazılma Tarixi:22.07.2015 22:47:30

Salam. Men Iyun ayinin cagiriwciyam elmide cagiriw vereqesi var ayin 20.07.2015-ci il. Voenkomat sendelerimi gondermeyibler. Men ne ede bilerem? mene komeklik edin

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün təcili olaraq atanızın adını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Eşrefova Xanim Soruşur Yazılma Tarixi:22.07.2015 21:59:38

Salam.Men seferberlikde ise qebul olmaq isteyirem bunun ucun hara muraciet edeceymi bilmek isderdim.Komek etseniz şad olaram.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Babashli Nahid Soruşur Yazılma Tarixi:22.07.2015 18:05:31

Salam. Seferberlik idaresinin telebi ile yoxlanishdan kecerken sol boyreyimin sag boyreyimden 3 defe kicik oldugunu askar etdiler. Cavadzade adina Urologiya Institutuna gonderildim. Onlarda bunu menim Kompyuter Tomoqrafiya kagizimin esasinda ve uzi yoxlamasi neticesinde testiq etdiler. Hemin senedleri Seferberlik idaresine aparanda ilk once mehdudiyyetli yararli yazdilar. Daha sonra cagiriscilarin oldugu siyahida adim cixmadi. Seferberlik idaresinden xeber verildi ki Herbi Hospitaldan da muayineden kecmeliyem. bir hefte once muayineden kecdim ve bize Seferberlik idaresinin bize xeber vereceyini deyildi. Dunen Seferberlik idaresinin novbetci hissesine zeng vurub ne qenaete geldiklerini sorusduqda mene 15 gun sonra cavab cixarilacagini dediler. Yeni novbeti cagirisa qaldim. Qeyd edim ki Italiyada magistraturaya qebul olmusam ve men ancaq bir il dondura bilirem tehsilimi. Eyer oktyabda men esgerliye getsem dersler sentyabrda baslayir ve bu halda men Universitetden el cekmek mecburiyyetinde qalmaliyam. Biraz etrafli oldu duzdu amma men Herbi Hospitalin cavabinin tez cixmasi ucun ne ede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897