Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azer Soruşur Yazılma Tarixi:20.07.2015 20:28:49

Salam.Menim dayimoglu vetendasliqdan çixmaq isteyir.17 yasi var.Cixsa esger gedecek ya yox?Xais bu suali cavablandirin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Kənan Şixbabayev Soruşur Yazılma Tarixi:20.07.2015 19:48:10

hara duwdyumle bagli melumat vere bilerisz?21i cagirw gelb.mene. Kənan Şıxbabayev Faiq oğlu 23.03.1995 sumqayit şeherinde qeydiatdayam

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, sizin SHXÇDX-nin Sumqayıt şəhər idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Teymur Mirzəyev Soruşur Yazılma Tarixi:20.07.2015 19:40:33

salam. saytda doğum tarixim şəxsiyyət vəsiqəsilə eyni olmadıqda əsgər getməliyəmmi?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Orxan Mahmudov Soruşur Yazılma Tarixi:20.07.2015 19:10:03

Salam, adım Mahmudov Orxan Tərif oğlu. Xaçmaz rayon hərbi qeydiyyatındayam, 07.01.1993 təvəllüdəm, ali təhsilliyəm. Mənim adım da ilk çağırışda çıxmadı, aktımın Bakıda tibbi yoxlanışdan gətirilmədiyi üçün. Daha sona akt gətirildi və tam sağlam(hərbi xidmətə yararlı) diaqnozu yazılıbdır və Xaçmaz hərbi komissarlığı adların 15.07.2015 tarixində Bakıya göndəriləcəyini bildirmişdi. İndi bilmək istəyirəm ki, adları 2ci adlı siyahıda olan iyul çağırışçıları üçün tam sağlam olduğu halda belə bir ehtimal ola bilərmi ki, iyul ayında hərbi xidmətə aparılmasın?

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, sizin SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Cahid Şirinov Soruşur Yazılma Tarixi:20.07.2015 19:07:27

Salam, mən ali təhsilliyəm. 32 yaşım var. Hərbi xidmətə qəbul olmaq istəyirm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Behruz Qasimov Soruşur Yazılma Tarixi:20.07.2015 18:00:41

Salam.Ali təhsilli gizir kimi xidmət edən zabit ola bilər?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Elnur Hümbətli Soruşur Yazılma Tarixi:20.07.2015 17:39:58

7 iyul hərbi hissədən lənkarandan pnevmaniya xəstəliyi aşkar olundu.Ağ Ciyər Xəstəlikləri İnstitutuna yazdilar.Bu sebebden mən yararsiz hesab oluna bilərəm.Mənə Həkimlərdən keçəndən bir cavab gəlmiyib.Niyə ? Çox vaxt keçib xaiş edirəm mənə məlumat verəsiz.Hümbətli Elnur Səlim 09.10.1993

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mahmud Hemeseyev Soruşur Yazılma Tarixi:20.07.2015 13:02:57

Salam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul ile Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olmaq ferqi nedi

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, həqiqi hərbi xidmətə qəbul olmaq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
Elnur Memmedov Soruşur Yazılma Tarixi:20.07.2015 12:55:19

Salam Men Ukrayinada oz wotuma oxumuwam Tehsil Nazirliyinde Diplomumu Tesdiqliyenden Sonram Vainkamata Diplomdan elave Daha hansI senedi Teqdim Etmeliyemki Men 1 il esgerlik edim.Yeni Qanunlara uyqun olaraq.Xaiw edirem sualImI cavablandIrasInIz.

Bildiririk ki, sizə ali təhsil müəssisəsi tərəfindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini SHXÇDX-nin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Ceyhun Rzayev Soruşur Yazılma Tarixi:20.07.2015 12:20:20

salam men n sayli herbi hisselerin birinde herbi xidmetde olmuwam yeniden ora mudetden artiq herbi quluqcu kimi qayitmaq isteyirem bu mumkundur

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897