Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ilkin Memmedov Soruşur Yazılma Tarixi:18.07.2015 22:18:24

Salam ,men bu il ali mektebi bitirmisem ve cagrisciyam,size sualim men herbide ali tehsilliler yararlana bildiyi leytinant kimi xidmet etmek ucun hansi proseslerden kecmeliyem,zehmet olmasa sualma biraz genis sekildee cavab vererdiz,onceden tesekkurler.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Şəbnəm Ələsgərova Soruşur Yazılma Tarixi:18.07.2015 20:01:58

Tanışım Abbasov Ələsgər Qoşqar oğlu bilmək istəyir ki, hansı hərbi hissəyə düşüb? Bu 2ci seferdir sorğu gönderirik ama cavab verilmir.İyulun 15 i cavablar çıxıb ama Abbasov Ələsgər Qoşqar oğlunun adı çıxmayıb.Xaiş edirəm sorğumuzu cavablandırardınız

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün çağırışçının SHXÇDX-nin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Etibar Xasiyev Soruşur Yazılma Tarixi:18.07.2015 14:30:59

Salam men Xasiyev Etibar Alay oglu tevelludum 06.07 1992 ci ilMasalli rayonundanam may ayinda herbiye sened vermişem hec bir cavab yoxdur xaiş edirem bu haqda cavab veresiniz

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin struktur bölmələrinə həqiqi hərbi xidmətə qəbul etmək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Sahil Rustemov Soruşur Yazılma Tarixi:18.07.2015 13:05:31

Salam Aleykum Mən 1995 tevelkudlu 2013 oktyabr çagiriciyam. Amma çekiye gore 1 il mohlet verdiler...bu ilin martinda yene cagirdililar heminki kimi 1 il mohlet verdiler...qalmisham bele vayenni biletim yoxdu deye ish tapa bilmirem...48 kq 1.74 boyumdu.deirler ceki catmir..men neyniye bilerem indi.?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinə keçməlidirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elmeddin Necefov Soruşur Yazılma Tarixi:18.07.2015 00:50:29

Salam men iyul ayinda esgerliye getmeli idim amma sehhetimde olan probleme göre meni deri dispanserine gonderdiler ve vulqar psoriaz diaqnozu qoyuldu aktı herbi komissarloga teqdim etdim... mene bildirdiler ki si yararsizsiniz oyrenmek isteyirdim ki men oktyabr cagirisinda esger gede bileremmi? Psoriaz xesteliyine göre nece ay mualice üçün mohlet verilir? Oktyabr çağırısına düşmek isteyirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Балабеков Курабек Soruşur Yazılma Tarixi:18.07.2015 00:04:30

salam,men ali tehsilliyem , serhed qowunlara duwmuwem,en tez ne qeder vaxtdan sonra zabitliye sened vere bilerem?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Məzahir Əmirahov Soruşur Yazılma Tarixi:17.07.2015 23:26:11

Əmirahov Mahir 03.07.2015-ci il ağcabədi SHXÇDX tərəfindən hərbi xidmətə çağrılmışdı.Siyahıda adı çixmadığına görə komisarlıqdan bildirdilər ki, gedin gözləyin.Bilmək istəyirəm ki oğlum nəvaxt hərbi xidmətə gedəcək?

Bildiririk ki, çağırışçı Əmirahov Mahirin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin çağırış komissiyasına müraciət etməyi tövsiyə olunur.
togrul ceferli Soruşur Yazılma Tarixi:17.07.2015 17:25:14

salam.men 2012 ci il herbi xidmete getmek ucun hekim komissiyasinda oldum.yoxlanis zamani 4-cu derece skalyoz xesteleliyi askarlanib.indi bu 2016-ci il oktyabr ayinda yeniden yoxlanisdan kececem.he kecen il 3 il yararsiz yaziblar.2016-ci il oktyabr cagirisinda yeniden herbi hekim komissiyasindan(vaynkamat zengilan) 3 il daha yararsiz olaraq yaza bilerler?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 
Rüfət Soruşur Yazılma Tarixi:17.07.2015 17:01:25

Salam men bir evden 2 qardas eyni vaxta herbi xidmete yollana biler? Ekiz deyilik

Bildiririk ki, ailə vəziyyətinizlə əlaqədar sizə mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.           Eyni zamanda bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər.
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:17.07.2015 16:18:00

Salam.İyun ayinin 5-in den işə qəbulla əlaqədar göndərilmiş sənədlərimə cavab gəlməyib.Məmmədov Zabit Yasəf oglu

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
Cədvəldə sətir sayı :14897