Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fariz mamedov Soruşur Yazılma Tarixi:15.07.2015 15:50:20

Salamm coxx xahis edirem mene cvb verin men bilmek istiyirem herbi xidmetde 40 gun tamam olduqdan sonra 1- 2 gunluk icaze var eve gelmeye ailede 2 usaqdilar ve ve bacisinin toyudu zehmet olmasa cavab yazin

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı qohumunuzun xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyi tövsiyə olunur. 
Sahin Quliyev Soruşur Yazılma Tarixi:15.07.2015 11:51:54

Salam.men 02.04.2004-cu ilde zabitlik kursunu oxumusam 3ay.Amma zabit kimi qulluq etmemisem.Herbi biletde kursant olmagim barede qeyd var.1983-cu il tevelludluyem.Hazirda zabit kimi qulluq ede bileremmi?Kursu yeniden oxumamaq sertiyle.Eger mumkunse hara muraciet ede bilerem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nəcəf Fətəliyev Soruşur Yazılma Tarixi:15.07.2015 11:50:21

Salam.Mən İyul ayının cağırışçısıyam.İyulun 12-sine cağırış vərəqəsi gəlib.Amma hələ də harada xidmət çəkəcəyim və nə vaxt gedecəyim haqqında bir məlumat yoxdu.Xahiş edirəm mənə bu haqda məlumat verəsiniz ki,mən İyul cağırışında hərbi xidmətə yollanacammı?Mən Quba rayonunda qeydiyyatdayam.Nəcəf Fətəliyev Güloğlan-23.01.1995

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Murad Əfrayilov Soruşur Yazılma Tarixi:15.07.2015 11:16:25

Salam Menim Ad Gunum 22 iyul du 23 iyul esger gedeceyem ama men harda xidmet eliyiceyimi bilmirem butun melumatlari duzgun yaziram harda xidmet eliyiceyim cixmir neden di cavab verinde?

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 21.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Azad Serifov Soruşur Yazılma Tarixi:15.07.2015 10:13:35

Salam. Menim herbi yawim catib ancaq kollece girsem herbi xidmetimi cekdikden sora oxuyacam ya oxuduqdan sora herbi xidmeti cekecem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Turabova Leyla Soruşur Yazılma Tarixi:15.07.2015 02:22:39

Salam. Menim qardasim hal hazirda herbi xidmetdedir. Rusiyada tehsil alib ama diplomu hele tesdiq olunmayib. Tehsil nazirliyinnen xeber veribler ki senedleri hazirdir 2-3 hefteye musahibeye cagiracayiq. Men bilmek isteyerdim ki eger herbi hisseden onu musahibeye buraxmasalar basqa yolu var diplomun tesdiqi ucun?

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi hərbi hissəyə müraciət etməyiniz tövsiyə olunur.
Azer Soruşur Yazılma Tarixi:15.07.2015 01:52:38

Salam , Men TExnikom Bitirmisem Indi Bakalavr tehsil almaq ucun turkiye ye getmek isteyirem bilmek isteyirem ki , mene Təhsili davam etdirmək üçün çağırışa möhlət verilirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizə təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Azer Baycan Soruşur Yazılma Tarixi:15.07.2015 01:46:32

Salam Texnikom Bititrdikden Sonra Xaricde Bakalavr oxumaq isteyirem bilmek isteyirem ki, Təhsili davam etdirmək üçün çağırışa möhlət verilir ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizə təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
neriman ezizov Soruşur Yazılma Tarixi:15.07.2015 00:14:13

salam.2016 ci il aprel ayi cagriscisiyam..olkeni terk etmek ucun..nese sened lazimdi..?

Qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
faiq Soruşur Yazılma Tarixi:14.07.2015 22:52:20

salam qaqa men oktyabirda qedecem ..men xarici pasport cixardrmaq istirem xaricde imtansiz oxumaqa ,,,men xarici pasport cixartira bilerem?? bawua donum tez yaz

Qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897