Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruzi Abbasov Soruşur Yazılma Tarixi:16.07.2015 03:06:11

Salam.Men 09.07.1997 anadan olmusam.Men iyul cagiriscisiyam herbi komisyadan kecmisem, herbi xidmete yararliyam.men helede bilmirem ki harda ve ne vaxtdan xidmet edecem. Zehmet olmasa mene melumat verin... Ruzi Abbasov Fəxrəddin 09.07.1997 .Gəncə Səhər Nizami Rayon Vainkomatinda qeydiyatdayam

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Eldar ibrahimov Soruşur Yazılma Tarixi:16.07.2015 01:47:55

Salam men 5-6 gunden sonra esger gedirem size sualim oduki ailede atasi olmayan esgere gedir? Hemde snayperci nece ola bilerem?

Bildiririk ki, hazırkı ailə vəziyyətinizlə əlaqədar sizə mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. Eyni zamanda bildiririk ki, sizin xidmətdə olacağınız hərbi hissədə öz bölük komandirinizə müraciət etməyiniz tövsiyə olunur.
Əsgər Azərbaycanlı Soruşur Yazılma Tarixi:15.07.2015 23:02:16

Salam, Bilmək istəyirəm ki, hərbi hissənin müəyyən yerdə korpusu varsa, məsələn MN N sayli hərbi hissənin Baki və Gəncədə korpusu var və mən istəyirəm xidmətimi Bakıda (Gəncədə) edəm, bu hal mümkündür? mümkündürsə necə və hara müraciət ünvanlanmalıdır?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Etibar Memmedov Soruşur Yazılma Tarixi:15.07.2015 22:42:50

Men, 24 aprel 2012-ci ilden 06 dekabr 2013 -cü il tarixedek, Naxçıvan Muxtar Respublikası Fövqelade Hallar Nazirliyinde il yarım(18 ay) müqavile esasında işlemişem. Müqavilem başa çatandan sonra öz erizem esasında ehtiyata buraxılmışam. İndi men bakıda Fövaqlade Hallar Nazirliyine düzelsem baş leytenantı ne zaman ala bilerem. Xahiş edirem meni etraflı cavablandırasınız.

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməlisiniz.
Huseynov Revan Soruşur Yazılma Tarixi:15.07.2015 22:09:52

Men Huseynov Revan Famil oglu, 28 avqust 1981-ci ilde agsu rayonunda anadan olmusam.orta tehsilliyem,herbi xidmetde olmusam.herbi rutbem cavusdur.herbi xidmeti ferqlenme ile bitirmisem.aileliyem, islemirem.Seferberlik ve herbi xidmete cagiris xidmetinde gizir vezifesinde islemek isteyirem.istenilen rayonda olaolar.imtahan vermek isteyirem.senedlerin harda qebul edildiyi barede melumat isteyirem.ise qebulla bagli elektron sehifeye daxil olub yazdim ama cavab ala bilmedim.cox isterdim etrafli melumat veresiz.

Bildiririk ki, təhsiliniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin gizir qismində həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Paşayev Emin Soruşur Yazılma Tarixi:15.07.2015 19:39:24

Salam. Bağışlayın narahat edirəm. Mənim sualım belədir. Men 2015 ci il iyul çağırışçısıyam. May ayında men həkim müayinəsinnən keşmişəm. Məni əlavə həkimə gonderiş verildi. Həkim müayinəsi məni tam yararlı sayib və sənəddə qeyd edib yararlıdır. Mən orqənmək istəyirdimki mənim adımın siyahıda çıxmamağı niyə görədi zəhmət olmasa cavablandırardınız. Adım Paşayev Emin Xudayar oğlu 12.02.1994 cu il Nizami rayonu SHXCŞDX

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Nizami rayon idarəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Əlizadə Samir Soruşur Yazılma Tarixi:15.07.2015 19:06:00

Salam Mən 2010 cu il oktyabr ayında hərbi xidmətə cağrılmış və 2012 aprel ayında təxris olmuşam. Bilməy istəyirəm mən Gizir kimi Milli Ordu Sırasında Qulluq edə bilərəm? Və hara muraciət etməliyəm? Zəhməyt olmasa məlumat verə bilərsiniz?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Mübariz Dünyamalıyev Soruşur Yazılma Tarixi:15.07.2015 18:50:57

Men 2005- ci ilde 1 illik Ali tehsilli kimi Heqiqi herbi xidmete cagrilmisam,2005-ci ilin oktyabirin 23 -cunde xestelik uzre ehtiyyata buraxilmisam,indi tamm saglamam ve hec bir xesteliyim yoxdur,men bu leeni ustumden gotuzdurmek isteyirem,xahis edirem men nece yeniden gedib Herbi xidmetimi tamm basa vura bilerem?

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
elnur eliyev Soruşur Yazılma Tarixi:15.07.2015 16:49:46

Men Daxili isler Nazirliyinin daxili Qosunlarinda muddetden artiq xidmet elemisem. Sonra aile problemimle elaqedar oz isteyimle raport yazib isden cixmisam. Meni 156 E bendiyle ehtiyata buraxdilar. Indi Mudafie Nazirliyine muddetden artiq xidmet etemekcun ise duzelmek isteyirem. Senetimde problem yaranacaq?

Bildiririk ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən (təkrar) müddətli həqiqi hərbi xidmətə çağırılmaları nəzərdə tutulmamışdır. Belə ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanının səlahiyyətindədir. Odur ki, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
kamil abdulov Soruşur Yazılma Tarixi:15.07.2015 15:50:32

Salam sol gözümde linza olduqna göre meni herbi xidmete yararsiz yaziblar.Öz isdeyimle herbi xidmete gede bilerem?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897