Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Maarif Yusubov Soruşur Yazılma Tarixi:17.07.2015 02:01:47

Salam. Menim gozum uzagi zeif gorur. Hardasa -3. Men esgerliye gedecem ya yox? Eger aparmasalar gelecekde problemi olmaz?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Vuqar Piriyev Soruşur Yazılma Tarixi:17.07.2015 01:44:31

SAlam. men herbi xidmete hazir hiss edirem ozumu. ancaq mende skolioz olduguna gore menim isimi uzadirlar. skoliozun derecesi 2 ci eyilme 17 derecedir. Xahis edirem mene komeklik edesiniz. Necenci derece olmalidirki Herbi xidmete yararli sayilim ve gedim.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cavid misirov Soruşur Yazılma Tarixi:17.07.2015 00:53:00

salam1997ci il30 oktyabrda anadan olmusam.oktyabrda meni esger aparacaqlar yoxsa yanvara qaliram.ad gunum oktyabrin 30 udu

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Neriman Qaziyev Soruşur Yazılma Tarixi:17.07.2015 00:46:22

men rengenden kecmediyim ucun menim senedlerim nazirliye gec gedib. mene cagiris menteqesinden deyilmmiwdiki iyul ayinin 15i dusduyun herbi hisse bilinecek helede bilinmir mene zehmet olmasa bu barede melumat vererdiniz

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Tural Soruşur Yazılma Tarixi:16.07.2015 20:44:34

Salam.size tecili bir sualm var. Mən Həsənov Tural Maşallah oğlu 17.08.1994 tevelludem.iyul caqriscisiyam.Füzuli rayonunda qeydiyatdayam.Füzuli rayon şöbəsindən verilen melumata gore herbiye yararliyam.amma helede menim hansi herbi hisseye duwduyum melum deyil.men ne vaxt bilecem hara duwduyumu? cox xaiw edirem arawdirma aparib mene cavab veresiniz.tesekkur edirem

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, sizin SHXÇDX-nin Füzuli rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Aslan Hetemov Soruşur Yazılma Tarixi:16.07.2015 15:54:52

salam. men Iki ildir ki Rusiya federasiyasinda mutemadi olaraq mede yarasi diaqnozuyla mualice aliram. sualim bu xestelikle herbi xitmetde qulluq etmek olarmi?

Mədənin xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Əlavə olaraq bildirirəm ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nevahid Abdullayev Soruşur Yazılma Tarixi:16.07.2015 15:26:01

Salam. bilmirem bu sualı size ünvanlamaq düzgündür ya yox. Sadece uyğunuq var hemde sual cavab bölməsi olduğuna görə sizı ünvanlayiram. Men bilmək istərdim Ehtiyyat Zabit Kurslarına yazlmaq üçün son yaş həddi neçədir? Ümumiyyitlə Leytenant rütbesi almaq üçün son yaş həddi neçədir? yəni bir bakalavr seviyyeli vətəndaş Hərbi xidmətə iş üçümn müraciət etdikdı en son yaş həddi necə olmalıdır. Öncədən cavablandırdığınız üçün təşəkkür edrəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Refiyev intiqam Soruşur Yazılma Tarixi:16.07.2015 12:53:09

Salam men herbi bileti itirmiwem onunla elaqedar gosterdiyiviz unvandan qeydiyyatdan kecdim error baw verdi.sistemde problem oldu indi neylemek olar.onceden tewekkurler

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
HUSEYNOV CAVID Soruşur Yazılma Tarixi:16.07.2015 12:02:19

salam aleykum. bilmek isteyerdimki eger bir caqiriwci DAXILI QOSUNLARA YARARSIZDIRSA BASQA ORDUYA NECE YARARLI OLA BILER?

Xüsusi qoşun növlərinə həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (3 nömrəli) “a” bölməsinin tələblərinə uyğun olaraq aparılır.
farid huseynov Soruşur Yazılma Tarixi:16.07.2015 11:45:35

salm herbi biletmi itirmisem yenisin almaga imkanim yoxdu xais eliyirem mena komeyliy eliyin herbi biletmi yeniden alim

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891