Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Meşediqafarli Cahid Soruşur Yazılma Tarixi:21.07.2015 11:20:11

İşle bagli sened vermek isdeyrem hara ve nece yaxnlaşmaliyam xaiş edrem cvb veresiniz

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Musabəyli Mehman Soruşur Yazılma Tarixi:20.07.2015 23:56:32

salam.oyrenmek isteyirem ki mulki tehsili olub leytinant rutbesi alan zabitler hansi rubeye kimi yuksele bilerler? meni Mudafie nazirliyi zabitleri maraqlandirir

Bildiririk ki, Xidmətin saytına ünvanladığınız eyniməzmunlu əvvəlki müraciətinizə 13.07.2015-ci il tarixdə ətraflı cavab verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.2-ci maddələrinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir.
Esedli Alim Soruşur Yazılma Tarixi:20.07.2015 22:11:19

salam men gizir olmaq isdiyirem gizir olmaqcun hansi senedleri teqdim edmeliyem?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənəd;
- ərizə və ya raport;
- şəxsən yazılmış tərcümeyi-hal;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin surəti;
- doğum haqqında şəhadətnamənin surəti;
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
- 4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
- məhkumluğun olub-olmaması barədə arayış.
Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur.
Tamerlan Bəhrəmov Soruşur Yazılma Tarixi:20.07.2015 21:21:01

Salam.Mənim əmimoğlu 17 yaşindadi və o vətəndaşliqdan çixmaq istəyir.Bilmək istəyirəm çixsa,hərbi xidmətə çağrilacaq?.Özünün hərbiyə maraği var ama ailəsi vətəndaşliqdan çixartmaq istəyir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Azer Soruşur Yazılma Tarixi:20.07.2015 20:28:49

Salam.Menim dayimoglu vetendasliqdan çixmaq isteyir.17 yasi var.Cixsa esger gedecek ya yox?Xais bu suali cavablandirin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Kənan Şixbabayev Soruşur Yazılma Tarixi:20.07.2015 19:48:10

hara duwdyumle bagli melumat vere bilerisz?21i cagirw gelb.mene. Kənan Şıxbabayev Faiq oğlu 23.03.1995 sumqayit şeherinde qeydiatdayam

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, sizin SHXÇDX-nin Sumqayıt şəhər idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Teymur Mirzəyev Soruşur Yazılma Tarixi:20.07.2015 19:40:33

salam. saytda doğum tarixim şəxsiyyət vəsiqəsilə eyni olmadıqda əsgər getməliyəmmi?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Orxan Mahmudov Soruşur Yazılma Tarixi:20.07.2015 19:10:03

Salam, adım Mahmudov Orxan Tərif oğlu. Xaçmaz rayon hərbi qeydiyyatındayam, 07.01.1993 təvəllüdəm, ali təhsilliyəm. Mənim adım da ilk çağırışda çıxmadı, aktımın Bakıda tibbi yoxlanışdan gətirilmədiyi üçün. Daha sona akt gətirildi və tam sağlam(hərbi xidmətə yararlı) diaqnozu yazılıbdır və Xaçmaz hərbi komissarlığı adların 15.07.2015 tarixində Bakıya göndəriləcəyini bildirmişdi. İndi bilmək istəyirəm ki, adları 2ci adlı siyahıda olan iyul çağırışçıları üçün tam sağlam olduğu halda belə bir ehtimal ola bilərmi ki, iyul ayında hərbi xidmətə aparılmasın?

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, sizin SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Cahid Şirinov Soruşur Yazılma Tarixi:20.07.2015 19:07:27

Salam, mən ali təhsilliyəm. 32 yaşım var. Hərbi xidmətə qəbul olmaq istəyirm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Behruz Qasimov Soruşur Yazılma Tarixi:20.07.2015 18:00:41

Salam.Ali təhsilli gizir kimi xidmət edən zabit ola bilər?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891