Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ferid Semedli Soruşur Yazılma Tarixi:22.07.2015 00:40:20

Salam mene iyul ayinin 2 sinden pavesqa verilib bugun ayin 21 di dusduyum yer billinmir harda qulluq edecem bilmek istiyiirem menim 2 ci siyahida adim var? yoxsa oktyabra qalacam

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elcin Kazimov Soruşur Yazılma Tarixi:21.07.2015 23:20:38

Salam.Mene ayin 3ne cagiris vereqesi verilmiwdi.Sonra ureyime gore yoxlanisdan kecdim ve saglam oldugum haqda arayis aldim.Amma hele de mene herbi xidmete getmeyim haqda bir soz demeyibler.Xais eliyrem mene bir cavab veresiniz.Evvelceden tesekkur eliyirem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Fariz Abdullayev Soruşur Yazılma Tarixi:21.07.2015 21:34:30

Salam men 01.01.1997 ci il Abdullayev Fariz Faiq oğlu Gedebey rayon qeydiyyatinayam bilmek isteyirdim men bu ay esgerliye gedecem ya yox. Xahis edirem menim adimi bu aya yazardiniz men bu ay getmek isteyirdm oktyabra qalmaq istemirem sagolun

Bildiririk ki, sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Rehman Ehmedov Soruşur Yazılma Tarixi:21.07.2015 21:25:08

Salam men 1995.07.24 teveluduyem bilmek isterdim ki meni hacan herbi xidmete yollanacam

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün təcili olaraq atanızın adını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
ehmed sukurov Soruşur Yazılma Tarixi:21.07.2015 21:00:30

salam men bu çağırışda bakıya düşmüşem amma bezi səbəblərə görə gedə bilmiyecem. növbəti çağirişda da eyni yerə düşürəm yoxsa dəyişəcək?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, növbəti çağırışadək möhlət verilən şəxslərin adı yenidən xüsusi kompüter proqramına daxil edilir. 
Cavidan Novruzov Soruşur Yazılma Tarixi:21.07.2015 20:58:28

Salam.Men Novruzov Cavidan Əliyəddin oglu 21.07.1993.mene paveska 20sine yazilib.ama helede hara duweceyim bilinmir.2ci adli siyahida olub olmadigimi ve oktyabr ayina qalib qalmadigimi bilmek isteyirdim.zehmet deilse.xaiw etrafli melumat vererdiniz

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Kerimov Soruşur Yazılma Tarixi:21.07.2015 19:38:07

Salam men 03.04.1997 teveludem iyul cagiriscisiyam 2inci serencamdayam buyun ayin21ridi bizim xidmet edeceyimiz qosun novleri bilinmir bu ne ile eleqaderdir ve havax bilinecek???

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Kənan Qasımov Soruşur Yazılma Tarixi:21.07.2015 19:34:29

Salam.Mən 21.07.2015 tarixinə paveska almişam.Amma hara düşməyim haqqinda məlumat yoxdu, hal-hazirda da evdəyəm.Mən bilmək isteyirəmki, bu ay əsgər gedəcəm, yoxsa yox?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün təcili olaraq atanızın adını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Azər Əliyev Soruşur Yazılma Tarixi:21.07.2015 16:30:13

Salam.Men bu il turkiyede eyani tehsil alacam.Mene herbi xidmetden mohlet verilecekmi?Zehmet olmasa cavablandirardiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. 
Mehdizadə Nəcəfəli Soruşur Yazılma Tarixi:21.07.2015 16:00:49

Salam mən iyulun 20 əsgərliyə getməlidim amma hələ də xəbər yoxdu mənə verilən kağızda iyulun 20 si yazilib. Mən bilmək istəyirəm ki iyulda gedecəm yoxsa oktyabra saxlayacaglar.

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897