Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
osman xelilov Soruşur Yazılma Tarixi:13.07.2015 14:04:37

menim ayagimin altida 3derecedi aparirlar yazdilar yararli agciyerimde prrobilem var meni surundururler papalinde oldum yararsiz yazdi hekimler ciyerimegore tezden vayinkomat cagirib yene gonderir bakiya bawqa yere deyir papali n ne xestexanadi ki bawqa hekim adi deyib gonderir ora men sizle nece elaqe yaradim mene duzgun bir soZ deyen yoxdur xayiw edirem bu iwle ozunuz mewgul olun nomrelerinize zeng edirem elaqe alinmir

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
xelilov osman Soruşur Yazılma Tarixi:13.07.2015 13:44:34

salam mene sizle tecili elaqe lazimdi nomrelerinize zeng edirem acmirlar konturum axir xayiw edire m mene tecili komeklik edin

(012) 493-06-52
Aliq Camalov Soruşur Yazılma Tarixi:13.07.2015 12:13:37

Salam. Herbi qeydiyyatdan cixmaq ucun ne teleb olunur?

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, yalnız həmin ölkənin vətəndaşlığını qəbul etməsi və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə sənədi olduğu təqdirdə hərbi qeydiyyatdan çıxarılır.
Erestun Sukurov Soruşur Yazılma Tarixi:13.07.2015 01:03:15

Salam Men 3 aydi Gizirlik kursuna qebul olmaq ucun butun sentleri tam hazir vezyetde teqdim etmisem Seferberlik ve Herbi Xidmete Cagrisi Uzre Dovlet Xidmeti rayon idaresine...Lakin hec bir xeber yoxdu gedirem muraciet edirem hele bir xeber yoxdu deyirler.Xais edirem mumkunudrse bu haqda melumat vererdiz

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.  Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.  
Sahil Rzayev Soruşur Yazılma Tarixi:12.07.2015 23:16:26

Salam.Menim sualim size ise webulla elaqedardir.men 5 il DIN-nin DQ.-da xidmetde olmusam.ehtiyatda olan gizirem.kadrlar sobesinde islemisem.emek kitabcalarindan tutmus butun herbi biletler ve sexsi islerin tertibati hazirlanmasina kimi her bir seyi bacariram.kadrlar sahesi uzre senedlesmelerin hazirlanmasi ve SHXCDX-nin sobe ve idarelerine gonderilmesi.teqaud senedlerinin hazirlanmadi isleri ile mesgul olmusam.islle bagli nece sizin unvana muraciet ede bilerem.elaqe nomrem.050 974 88 13

Bildiririk ki, həqiqi hərbi xidmətinizi bitirdikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. Müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı müraciət etmiş vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar.
Memmedzade Mehemmed Soruşur Yazılma Tarixi:12.07.2015 22:13:21

Salam. Men herbi komissiyadan keçmişem. 20 si herbi xidmete getmeliyem. Ama helede harda xidmet edeceyimi oyrene bilmirem. nece ve yaxud ne vaxt oyrene bilerem.

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Elmir Abbasov Soruşur Yazılma Tarixi:12.07.2015 12:00:09

Salam. Men ali tehsilliyem ayin 14 u herbi xidmete gedirem. Milli ordudayam. Bilmek isdeyirem eger men leytenat oxuyub ehtiyat zabit qalsam getdikden nece gun sonra oxumaqa yollayacaqlar meni,ve toplam nece ay herbi xidmetde olacam. (Ps milli ordu gence)

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Habil Soruşur Yazılma Tarixi:12.07.2015 01:47:51

Salam, mənə Sinus brodikardiya (yəni, ürək döyüntüsünün normadan aşağı olması) diaqnozu qoyulduğuna görə iyul çağırış müddətində hərbi xidmətə aparmırlar. Bu xəstəlik və neqativ hal deyil. 22 il ərzində ürəyimdə heç bir narahatlıq olmayıb, xidmətə getmək istəyirəm. Bu mümkündür?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Fətəliyev Nəcəf Soruşur Yazılma Tarixi:12.07.2015 00:58:42

Mene esgerliye getmek ucun caqiriş gelibse,amma duşduyum yer melum deyilse,men ne etmeliyem

Qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
cavid huseynov Soruşur Yazılma Tarixi:11.07.2015 23:51:27

Mene uje 2ci defedi paviska gelir bu ay ali tehsilliyem bele gedrem diyirler adin hele cxmiyib ... biraz celd işliyinde hara duşduymu gec bilecem?

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Cədvəldə sətir sayı :14897