Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
kenan hesenzade Soruşur Yazılma Tarixi:09.07.2015 19:48:56

salam korpucuk sumuyunum siniqi halda ve ya onun duzgun bitismemesi halda herbi xidmete yararli sayilir o sexs ??

Çağırışçıların travmalarının nəticələri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 82-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Fariz mamedov Soruşur Yazılma Tarixi:09.07.2015 19:00:28

Salam biz herbici ailesiyik atamiz vefat edib orucluqdan sonra bacimin toyudur biz maraqlandiq ayin 30na kimi getmeye icaze oldugunu dediler cagiris menteqesine getdikde ayin 15den gec olmadigini oyrendik biz ise toyu ayin 25 ne danismisiq atamiz yoxdur qardasimiz ise bize ata evezidir bilmek istiyirik hanissa icaze ile 1 gunluk toya gore getire bilerik cox xais edirem bize yol gosterin

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün qardaşınızın adını, soyadını, atasının adını, təvəllüdünü və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını  qeyd etməlisiniz. 
Perviz Memmedov Soruşur Yazılma Tarixi:09.07.2015 18:06:08

Salam.Men iyul cagrishciyam. Sualim budu ki, 2 ushaq atasi herbi xidmetden azad olunur?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Elvin Aliyev Soruşur Yazılma Tarixi:09.07.2015 17:41:29

Salam. Men ali tehsilliyem yaxi muddetde herbi xidmete gedire. Ali tahsilli olmagla elageder eskerlik muddetinde herbi rutbe ala bileremmi? Ve bu proces hansi wekilde baw verir? hansi muddete ve hansi wertlerle...

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Baba Soruşur Yazılma Tarixi:09.07.2015 16:41:59

Çağrışçılar üçün rayon hərbi komisarlığlndan əlavə başqa tibbi baxış mərhələsi var mı? Görmə qabiliyyəti hansı dərəcədə zəif olduqda vətəndaş xidmətə yararsız sayılır?

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən nəzarət qaydasında baxılır. Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Elman Abdullayev Soruşur Yazılma Tarixi:09.07.2015 16:33:34

Salam men Abdullayev Elman Sadix oglu 17 may 1994, Baki seheri. Mayin 2012 mende olmusdu tibb komissiyasi, men negodni oldum. Indi istiyirdim bilmek mende hacan tezden cagiris basliyar? Men esidmisem her 3 il cagiris olur. He ve men oz herbi bilet aldim 19 avgust 2012 il

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ramin Begelizade Soruşur Yazılma Tarixi:09.07.2015 15:44:54

Salam men universiteti bitrmisem leytenant kimi getmeycun orda muraciet etmek lazimdir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Babayev Soruşur Yazılma Tarixi:09.07.2015 14:18:03

Bronxial Astma xestesi herbi xidmete yararlidir?

Bronxial-astma xəstəliyinin gedişatından, dərəcəsindən (ağır, orta ağır, yüngül) və boğulma tutmaları olub-olmamasından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin tələblərinə əsasən şəhadətləndirilirlər.
İsmayil Soruşur Yazılma Tarixi:09.07.2015 13:57:14

Salam.Men 2015ci ilin cagriscisiyam,atam yoxdu anamda onkoloji xestedi boyuk qardasimda artiq 1ildi herbi xidmetdedi 6 aydan sonra gelecey,men eyer herbi xidmete getsem xeste anam tek qalacaq.Olar ki men qardasim gelennen sonra gedem herbi xidmete?

Qeyd etdiyiniz məsələ ilə bağlı soyadınızı, atanızın adını və Xidmətin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Allahquliyev İlkin Soruşur Yazılma Tarixi:09.07.2015 13:31:52

Salam dusduyum yeri hele de bilmirem,sorusmag istiyrem menim veziyyetimde olan basqa kimse var? nevaxt bilinecey? qeydiyyatda oldugum komissarlig 15 den sonra bilineceyini deyir.Bu normal haldi?

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Cədvəldə sətir sayı :14897