Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hamid Osm Soruşur Yazılma Tarixi:07.07.2015 11:55:26

Salam Alekuma. Bilmek isterdim, herbi hisseye ozumle ne apara bilerem? (Qol saati, kitab, bu iki eshayadan hansina sa icaze var? )

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar qol saatından istifadə edə bilərlər.
Huseynzade Necmeddin Soruşur Yazılma Tarixi:07.07.2015 09:16:24

Men 01.07.2015 ci ilde texris olmaliydim amma saxladilar bilmey isteyirem ki bizi ne vaxt texris edecekler?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qasimov Elvin Soruşur Yazılma Tarixi:07.07.2015 09:09:57

siradan kenar herbi xitmetle bagli biraz yazarsiz zehmet olmasa

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Tural Məmmədov Soruşur Yazılma Tarixi:07.07.2015 03:44:57

Mən ehtiyyat zabit kursunu bitirmişəm leytenant herbi rütbəsini alimışam və 18 ay Milli orduda taqim komandiri vəzifəsində çalışmışam. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində işə qəbul üçün mən ərizə formasını hardan əldə edə bilərəm? Əvvəlcədən təşəkkür edirəm.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün ərizənin elektron variantı Sizə göndərilir. Barənizdə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
faiq Soruşur Yazılma Tarixi:07.07.2015 00:17:23

men 1997 ilem olabilerki oktyabirda qedim? menim paveskam indienecen qelmiyib?

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Perviz Soruşur Yazılma Tarixi:06.07.2015 23:58:17

Salam. men iyul ayinda esgerliye gedirem. evliyem. 1 ushaqim var. fevralda 2 ci ushaqim olacaq. ola biler ki meni esgerliyden o vaxt azad etsinler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Adil Qurbanov Soruşur Yazılma Tarixi:06.07.2015 23:55:39

Salam men mehdudiyyetli çağrışçıyam sizce qoşun novlerinin hansı hərbi hisələrində xidmət ede bilirəm?

“Hərbi xidmətə yararlıdır A-1” hesab edilmiş çağırışçılar bütün qoşun növlərində həqiqi hərbi xidmət keçmək üçün yararlıdırlar. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
Ali aliyev Soruşur Yazılma Tarixi:06.07.2015 22:41:03

Menim dayimoglu siradan kenardi universtitet oxuyub konullu herbiye gedib amma diplomu ala bilmedi indi 18 ay qulluq etcek valideynleride elildi.Indi o 1 il qulluq ede biler aile veziyetine gore?Komeklik ede bilersiz xaiw edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər. Qohumunuza mövcud qanunvericilikdə hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Zaidli Kənan Soruşur Yazılma Tarixi:06.07.2015 19:00:42

Salam mene ayin ikisine cagris gelmisdi geddim herbi kamisarliqdan dediler 15den sora bizle elaqe saxla menimle ged, hami bilinir hara duseceyi gedirlerde men bilmek isteyirem bu atprafka gedecem yoxsa yox

Qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Ülvü Rüstəmzadə Soruşur Yazılma Tarixi:06.07.2015 17:35:49

Здравствуйте , как можно узнать , полтора года назад прошел медосмотр и оказался негодным. Месяц назад прошел госпиталь, военного билета до сих пор нету. Не подскажите , где можно узнать подробнее об этом вопросе?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14891