Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
faiq Soruşur Yazılma Tarixi:07.07.2015 00:17:23

men 1997 ilem olabilerki oktyabirda qedim? menim paveskam indienecen qelmiyib?

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Perviz Soruşur Yazılma Tarixi:06.07.2015 23:58:17

Salam. men iyul ayinda esgerliye gedirem. evliyem. 1 ushaqim var. fevralda 2 ci ushaqim olacaq. ola biler ki meni esgerliyden o vaxt azad etsinler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Adil Qurbanov Soruşur Yazılma Tarixi:06.07.2015 23:55:39

Salam men mehdudiyyetli çağrışçıyam sizce qoşun novlerinin hansı hərbi hisələrində xidmət ede bilirəm?

“Hərbi xidmətə yararlıdır A-1” hesab edilmiş çağırışçılar bütün qoşun növlərində həqiqi hərbi xidmət keçmək üçün yararlıdırlar. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
Ali aliyev Soruşur Yazılma Tarixi:06.07.2015 22:41:03

Menim dayimoglu siradan kenardi universtitet oxuyub konullu herbiye gedib amma diplomu ala bilmedi indi 18 ay qulluq etcek valideynleride elildi.Indi o 1 il qulluq ede biler aile veziyetine gore?Komeklik ede bilersiz xaiw edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər. Qohumunuza mövcud qanunvericilikdə hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Zaidli Kənan Soruşur Yazılma Tarixi:06.07.2015 19:00:42

Salam mene ayin ikisine cagris gelmisdi geddim herbi kamisarliqdan dediler 15den sora bizle elaqe saxla menimle ged, hami bilinir hara duseceyi gedirlerde men bilmek isteyirem bu atprafka gedecem yoxsa yox

Qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Ülvü Rüstəmzadə Soruşur Yazılma Tarixi:06.07.2015 17:35:49

Здравствуйте , как можно узнать , полтора года назад прошел медосмотр и оказался негодным. Месяц назад прошел госпиталь, военного билета до сих пор нету. Не подскажите , где можно узнать подробнее об этом вопросе?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Yasin Musayev Soruşur Yazılma Tarixi:06.07.2015 16:54:55

salam men iyul cagiriscisiyam naxcivan qeydiyatindayam bilmek isteyirem hansi herbi hissede xidmet edecem

Bildiririk ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrdə keçirlər.
isgenderov edalet server oglu Soruşur Yazılma Tarixi:06.07.2015 14:58:56

Salam men isgenderov edalet server oglu 01.09 1996 ci ilde dogulmuwam lacin rayonu oguldere kendindenem menim atam 1 ci qurup elildi. Qardaw ve bacim menden balacdilar .buna gorede Lacin rayon vayonkamati mene mohlet veribler 1999 cu teveludlu qardawimin 18 yawi tamam olana qeder mohlet veribler. Yazib sizden xaiw ediremki menim haqimda bir tetbir goresiz ve meni konullu olaraq meni herbi xidmete vetenin kewiyinde durmaqa yola salasiniz. Sizden xaiw edirem bu meseleyle maraqlanasiz

Bildiririk ki, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilən şəxslər möhlət bitdikdə və ya onlar çağırışa möhlət hüququnu itirdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
nicat ibrahimov Soruşur Yazılma Tarixi:06.07.2015 14:55:02

salam men denizde muddeden artiq xidmet edmek isteyirem hara ve nece muraciyyet ede bilerem mumkunse yazardiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası-nın Müdafiə Nazirliyinə və ya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Musabəyli Mehman Soruşur Yazılma Tarixi:06.07.2015 14:52:57

Men Ali tehsilliyem.Bilmek isdiyirem ki men nece yasina kimi leytinant herbi rutbesi ala bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.2-ci maddələrinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir. Bu Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Cədvəldə sətir sayı :14897