Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
abdulbagi abdulov Soruşur Yazılma Tarixi:06.07.2015 14:52:03

Salam men iyul ayin carscisiyam,iyul ayin 2 papiska gelib amma men iyulun 2 de vaykomata getim mene dediler ki senin adun seracamda yoxdu.men bu ay herbi xidmete gedeceyem. Abdulov Abdulbagi Fuad oglu 15.04.1997 -ci il. Kurdemir rayonu da qeydiyyatayam. Xayis edirem mene melumatladirin

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Nail Memmedov Soruşur Yazılma Tarixi:06.07.2015 12:21:03

Salam.Men bu il Kollec bitirib Universitete girmisem ama heqiqi herbi xidmete getmemisem.ve meni zornan herbi xidmete aparirlar.bilmek isteyiremki universitete gireni herbi xidmete aparmalidilar? Qanunda 35 yasadek her bir sexs herbi xidmete gede biler ve menim heleki 19 yasim var.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Eyni zamanda bildiririk ki, sizə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Tural Soruşur Yazılma Tarixi:06.07.2015 12:17:18

Salam.Menim emim ogul ali tehsil alirdi ve bu il bir akademik borcu qaldi unversiteti bitire bilmedi.O ise evvelden zabit kimi xidmet etmek isteyirdi.Bilmek isteyiremki o akademik bocu oldugu halda zabit kimi xidemet ede bilermi.Xaiw edirem cavablandirin

Bildiririk ki, mövcud qanunvericilikdə ali təhsil müəssisəsini bitirmiş çağırışçıların ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Ömərov Namiq Soruşur Yazılma Tarixi:06.07.2015 11:52:01

Salam. Mən bu ayin çağırışçısıyam. Yəni iyul ayı. Mən yasımız hüzrümüz var diyənə möhlət istiyirəm. Deyirəm yasimiz var deyir bizə maraqli deyil. Məni durub hər gün zəng eliyib polisə verməklə hədələyirlər. Sizin bu hörmətli paqon altinda özlərin böyük hesab edən vayonkamat işçiləri. Nəyə görə? Səbəb? Ayin 30 na kimi mənim otpravka vaxtımdısa niyə mənə möhlət vermir axi mən yasimi yola verim? Yasamal rayon səfərbərlik idarəsi.

Bildiririk ki, sizin atanızın il mərasimində iştirak etməyiniz üçün möhlət verilməsi məsələsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, atanızın il mərasimi 11.07.2015-ci il tarixdə keçiriləcəkdir. Qeyd edilən tarixdə siz yas mərasimində iştirak edə bilərsiniz. Eyni zamanda bildiririk ki, atanızın il mərasimində iştirak etdikdən sonra təyin edilmiş vaxtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində olmalısınız.
Tahir bəşirov Soruşur Yazılma Tarixi:06.07.2015 04:59:48

Salam mən 1996 ci ildə anadan olmuşam 2003 də yaşadigim kendde ümumi orta mektebdə 1-ci sinife getmişəm bizim məkdəb 9 illik oldugu ucun men 9 cu sinifi bitirib oradan çixmişam lakin qalan 2 ilimi tam orta mektebde yox 1 ilin boş bekar gezmiwəm 11 -ci sinifə kecdikde 2013-cü ilde rayonumuzd a olan peşə liseyine sened verib orada 3 illik kompyuter ixtisasin oxumuşam hal hazirdada orda oxuyuram 2014-de esgerlikden cagriw verqesi gelib ama peşədə oxudugum ucun 1 il möhlət verilib 2016 ci ilde sonuncu ildi 19 yaşım bu il noyabrda olacaq bilmek istiyirem ki, men peweni bitirib tqdk-nin imtahanlarinda iwtirak edə bilərəm? möhlət verile biler? Nezerinize catdirim ki yawim 19 olacaq hemin il 1 ildə peşə liseyinə gec getmişəm bu ne olacaq?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, TQDK-nın 2016-cı ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün sizə təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
İlkin Nəsirov Soruşur Yazılma Tarixi:05.07.2015 22:49:22

Salam. Mən may ayında Lənkaran da Hərbi kamisarlıqdan keçdim. Lakin məni kök olduqum uçun aparmadilar, oktiyabira kimi mohlet veribler ki arıqlaşım. Men bilmey isterdimki nəyə gorə gozundə eynək olanı bir gözü görməyəni hərbi xidmətə aparırlar, kok insanları aparmırlar ?. Xais edirəm sualımı cavablandırasınız.

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Araz Səmədzadə Soruşur Yazılma Tarixi:05.07.2015 22:27:51

Salam. Bu vaxta qədər adım nə hərbi komissarlıqda, nə də ki bu saytda çıxır. Mənim kimi bir neçə tanışım da var. Buna səbəb əlavə tibbi yoxlanış ola bilər? Yəni ola bilər ki həmin tibb müəssisələri sənədləri müvafiq dövlət orqanına gec göndərsinlər? Oktyabr çağırışına qalmaq ehtimalı nə qədərdi? Təşəkkürlər.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elvin Mustafayev Soruşur Yazılma Tarixi:05.07.2015 19:33:13

SALAM MEN AILENIN TEK OGLUYAM BACIMDA YOXDU 2016 IYUL CAGRISCISIYAM BILMEK ISTEYIREM KI MEN ON CEBHEYE DUSE BILEREM YA GUZEST VAR ???

Bildiririk ki, ailənin tək övladı olan çağırışçılara mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. Eyni zamanda bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Cahid İbrahimov Soruşur Yazılma Tarixi:05.07.2015 15:40:24

salam men iyul çağırışçısıya.menim qolumda xırda kesikler olduğu üçün Mingeçevir vayankamatı meni 1 sayılı pisixatriya xestesanasına gönderiş verdi ve men gedib o xestexanada 1 gün qaldım xestexanada heç bir yoxlanış olmadı. bir neçe hefte keçenden sonra vayankamata yaxınlaşdım ki xidmete ne vaxt gedirem vayantamat mene bildirdi ki sen yararsızsan ve men xidmete getmek isteyirem müharibe şeraitinde yaşıyam ölkemde layiqince xidmet etmek isteyirem. Vayankamata yaxınlaşıb bu sözleri deyirem ve menim heç kim qebul etmir xahiş edrem bu haqda mene melumat veresiniz

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Mingəçevir şəhər şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Osmanov Qehreman Soruşur Yazılma Tarixi:05.07.2015 15:37:05

Salam men evin tek ovladiyam anamla yasayiram,atam rehmete getdib.Sualim budu ki evin tek ovladi herbi xidmete getmeme ehtimalim var ve bu qanun milli meclisde qebul olundu? Sualima cavaba verseniz sad olardim sagolun.

Bildiririk ki, mövcud qanunvericilikdə ailənin tək övladı olan çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897