Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:04.07.2015 12:31:49

Salam oncelikle suallarimizi cavablandirdiginiz ucun tesekkur edirem, bilmek isteyirem iyul cagiriscisi Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunmusdursa ,avqust ayinda eger haqqinda yararlidir qerari verilerse Oktyabr cagirisina qalir ya qerardan sonra iyul cagiriscisi kimi xidmeti kecmeycun muvafiq herbi hisseye yollanir?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə uyğun olaraq vətəndaşın qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və ya bölməsi tərəfindən qanunamüvafiq qərar qəbul edilir.
Elşad Quliyev Soruşur Yazılma Tarixi:04.07.2015 12:07:56

Salam.Mən 2yaşımdan pensiya alıram uşaq kimi.lakin 18yaşım tamam olandan sonra 2qrup əllilik dərəcəsi aldım.və Hərbi Xidmətdə Getməkdən Azad olundum.lakin Xəstəxana Həkim Komisyasindan bildirdilərki,10il sonra yani 28yaşımda Ömürlük əllilik dərəcəsi alacaqam. bəs Hərbi xidmətdədə əlliyimi nəzərə alıb 28yaşından sonra ömürlük hərbidən azad ola bilərəmi.yoxsa məndə 35yaşa kimi 3illdən bir hərbi biletimə pecat vurulmaldır...

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd olunan Qanunun tələblərinə əsasən Siz hər 3 ildən bir təkrar tibbi müayinədən (şəhadətləndirilmədən) keçməlisiniz.
Samir Axundov Soruşur Yazılma Tarixi:04.07.2015 03:20:44

Salam. Men 2005-2008 ilde kontrakla xidmeti başa vurub ordudan texris olmuşam. Bilmek istiyirəm yeniden 3 illik kontrakt baglayib orduda xidmet ede bilerem ? (32 yaşım var)

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Imran Ahmadov Soruşur Yazılma Tarixi:04.07.2015 03:10:27

Salam men xaricde tehsilimi bu il basa vurmusam 1 iyul 2015 ci ile qeder mohletim var ancaq mene cagiris sadece zeng vasitesi ile gelib saglamliq ucun baxisdan ise kecmemisem men ise iyulda esgerliye getmek isteyirem oktyabrdaki cagirisa qalmaq istemirem bu mumkundurmu ? Ve elave edimki cagiriscilar icerisinde adim yoxdu yeni internet vasitesi ile adim cixmir,cox sag olun

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
məhərrəm məhərrəmli Soruşur Yazılma Tarixi:04.07.2015 02:39:24

salam.mən ali təhsilliyəm və həqiqi hərbi xidmətə çağırılmışam.xidmətimi Azərbaycan sülhməramlı qüvvələrində keçmək istəyirəm.bu mümkündümü?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Eziz Hacizade Soruşur Yazılma Tarixi:04.07.2015 00:47:50

Men buil may ayinda 11ci sinifi bitirmisem 5 qurupa senet vermisem iyunun 11 imtahan vermisem 13 cavablar cixib ki azerbaycan dilinden kecid balin yaganmamisam bilmek isdirdim ki mene caqiris vereqesi nevaxt gelecek

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.         Qeyd etdiyiniz məsələ ilə bağlı dəqiq məlumat almaq üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Resad Esedullayev Soruşur Yazılma Tarixi:04.07.2015 00:35:29

Salam. Mende plastaskopiya sol ayagimda A3 sag ayagimda ise A2-dir. Bilmek isterdim herbi xidmete cagirilacam ya yox?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər, III  dərəcəli yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
hacizade ismayil Soruşur Yazılma Tarixi:03.07.2015 23:41:05

salam.men gizirlik kursuna getmek isteyirem hara muraciet etmeliyem

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.  Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Murad Suleymanov Soruşur Yazılma Tarixi:03.07.2015 22:55:41

Salam men 1996 il avgustun 11 dogulmuwam men oktyabirda eskerliye gedmeliydim ama mene 6 ayliq mohlet veribler indi qalmiwam iyul prizivina ola bilerki mene bide mohlet versinler yoxsa men eskerliye qedecem ?

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elnur Huseyncanli Soruşur Yazılma Tarixi:03.07.2015 22:10:08

men ali tehsilliyem ve herbi xidmetde leytinat kimi getmek isdeyirem. Ancaq hec bir melumatim yoxdu.Zehmet olmasa bu barede melumat vererdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897