Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:02.07.2015 16:56:41

Salam,mende Mudafiye Nazirliyi,N nom. hisse cixdi.bilmek isterdim hemin hissede qalacam yoxsa ordan boluneceyik?

Qeyd etdiyiniz məsələ ilə bağlı Mudafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
səfərov səfər Soruşur Yazılma Tarixi:02.07.2015 16:29:39

Salam.mən şəmkir korpusuna düşmüşəm.evin tək uşağıyam.atam rəhmətə gedib.indi məni ordan ön cəbhəyə göndərməzlərki?

Bildiririk ki, ailənin tək övladlarına və valideynləri vəfat etmiş çağırışçılara mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.
Mahmud Poladov Soruşur Yazılma Tarixi:02.07.2015 15:59:31

salam men Rusiya Federasiyasi Ivanovo Dovlet Universitetini bitirmisem.Herbi xidmetimin 1 il olmasi ucun Tehsil nazirliyinde diplomun taninmasi vacibdirmi,yoxsa natorial qaydada tesdiq etsem kifayetdirmi?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına ali təhsil müəssisəsindən verilmiş diplom notarial qaydada təsdiq edilməlidir. 
abbasov resad Soruşur Yazılma Tarixi:02.07.2015 15:57:42

salam 1985 ildenem isteyirem herbide gizir kimi iwlemek ama hara muraciyet edeceyimi bilmirem sumqayita yawayiram meni hara muraciyet etmeyimi deyesiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
həmdizadə həmdi Soruşur Yazılma Tarixi:02.07.2015 15:51:30

ikinci siyahida olan əsgərlərin düşdükləri yer hansı tarixdə bilinəcək

Bildiririk ki, adları  2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
hikmet Soruşur Yazılma Tarixi:02.07.2015 15:46:46

salam men DQ dusmusem men DQ nece muraciet edim hansi rayon ve seherde qulluq edecem.

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunlara müraciət etməyiniz tövsiyə olunur.
eli qaraxanov Soruşur Yazılma Tarixi:02.07.2015 15:13:00

salam men mn duwmusem o ne demekdi

MN - Müdafiə Nazirliyi deməkdir.
Behruz Bahadirov Soruşur Yazılma Tarixi:02.07.2015 14:43:36

Salam.Men Ukraynada univerisitetde oxuyuram.4 cu kursda qalmisam.Universiteti bitirmek ucun mene mohlet huququ verilirmi?Eyer verilirse hansi qaydada ve hansi senedler teleb olunur?Xahis edirem ki, bu barede mene etrafli melumat veresiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Tələbə kursda qalarsa, ona təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur
Elvin Məmmədli Soruşur Yazılma Tarixi:02.07.2015 14:08:00

Salam.Qardaşım 2014 yanvar çağırışçısıdır 01.07.2015 tarixində ehtiyata buraxılmalı idi ehtiyata buraxılma haqqında sərəncam verilib amma hələ buraxılmayıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
nurlan ezizov Soruşur Yazılma Tarixi:02.07.2015 14:00:25

salam..2016 aprel ayi cagriscisiyam.o vaxtda qeder veteni terk edib geri donmek olar?

2016-cı ilin aprel çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara hal-hazırda sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Cədvəldə sətir sayı :14897