Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamal Haciyev Soruşur Yazılma Tarixi:01.07.2015 13:03:54

Salam.İtirilmiş hərbi bileti yenidən bərpa etmək üçün hansı sənədlər lazımdır?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
Galandar Heyderov Soruşur Yazılma Tarixi:01.07.2015 12:50:52

boyum 193 kilom 137 piylenme derece 3dur. Men hansi kiloda olsam meni herbi xidmete aparallar?

Boyunuz 193 sm, bədən çəkiniz 137 kq olduğu halda Siz, hərbi xidmətə yararsızsınız. Həqiqi hərbi xidmət keçmək üçün Siz, 17 kq arıqlamalısınız.
Surxayev Adil Soruşur Yazılma Tarixi:01.07.2015 12:37:59

Salam mən Lənkran Dövlət Universitetində təhsil alıram.Xarici pasport almışam ancaq iyulun 1 də möhlət hüququm bitib. Bilmək istəyirəm ki möhlət hüququnu təzələmək üçün hər il təhsil aldığım Universitetdən Hərbi komisarlığa arayış verməliyəmmi .

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Azer Memmedov Soruşur Yazılma Tarixi:01.07.2015 12:12:09

Bilmek isterdimki dostum xacmazda qeydiyyatdadi 2014 de kollece qebul olub ama atestati var. 18 yasi 28.06.2015 tamam olub. Esger gedecek??

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək möhlət verilir. Dostunuzun 28.06.2015-ci il tarixdə 18 yaşı tamam olduğu üçün həqiqi hərbi xidmətə çağırışa cəlb edilməlidir.
Ilqar Qasimov Soruşur Yazılma Tarixi:01.07.2015 12:06:33

Salam men universidetden 2illik akademik mezuniyyet goturmusem.dunen Nizami rayon vainkomatina getdim siyahida adim yox idi ola bilerki menni oktyabra saxlasinlar?eger saxlamiyacaqlarsa diye bilersiz men hara dusmusem?

Sualınızın cavablandırılması üçün atanızın adını və doğum tarixinizi qeyd etməlisiniz. 
abdullzade cavid Soruşur Yazılma Tarixi:01.07.2015 06:40:25

salam oxumuwam ali tehsillieyem , letinat gede bilerem milli orduya duwsem uc aydan sonra.bilmek isdirem letinat iwlemekcun pul alirsiz ?xaiw cvb yazin

Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Royal Soruşur Yazılma Tarixi:01.07.2015 06:09:33

salam men 1 il bundan evvel plevrit olmuwdum indi ise tam saqlamam amma sadece menim qabrqamda auzi qeder hec bir xesteliye sebeb olmiyacaq qeder iz qalib oda muveqqetidi cekilir indi men bilmek isteyirem ki men herbi xidmete gedecem ya yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ülvi Sariyev Soruşur Yazılma Tarixi:01.07.2015 05:18:52

Salam mən Azərbaycan respublikasinin xüsusi teyinatlı və ya Azərbaycan respublikasının Hava qüvvələrinde xidmət elmek isdəyirəm 22 yaşım var boyum 174 sm dir. Bunun üçün hara müraciyyet ede bilərəm , və internet sayti varsa bununla baqlı vererdiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Mirislam İsmayılov Soruşur Yazılma Tarixi:01.07.2015 02:29:17

Salam. Mən may ayında həkim komisiyasından keçmişəm .döş qəfəsimdə deformasiya olduğu üçün məni trammatologiya inustutna göndərişlə yollayıblar orada müvafiq yoxlamalardan keçmişəm . Ağ ciyər institutunda olmuşam mənə tam yararlı olduğum deyilib .Bu günlərdə isə mənə hərbi komisarlıqdan deyiblərki , sənə qeyri müəyyən mütdətə möhlət veriblər , amma səhətimdə qeyd etdiyim prablemə görə heç bir şikayətim yoxdur . Bilmək istəyirəmki mən iyul ayında öz istəyimlə həqiqi hərbi xidmətə gedə bilərəmmi ?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Taleh Nağıyev Soruşur Yazılma Tarixi:01.07.2015 02:06:41

Salam hepatit B dayisi esger gedir?bilen varsa xahis edirem yazsin.

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14891