Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kerimli Alibaba Soruşur Yazılma Tarixi:30.06.2015 13:16:45

Salam mene cagiris gelib gedib tibbi kamiissiyadan kecib senedlerimi de teqdim elemiwem .. ama hele de oyrene bilmirem hara ve next getmeliyem.. elektron muraciet de etmiwem.. diyir bu adda cagirisci yoxdu.. agdam rayonunda qeydiyyatdayam. Kərimli Əlibaba Nəriman 01.11.1993 aze07617706 xahis edirem mene bir melumat veresiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Balacayev Alqayid Soruşur Yazılma Tarixi:30.06.2015 13:08:00

men DSX-ne dusmusem amma bilmirem hansi korpusa hansi rayona. onu nece oyrene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Yəhya Baxşəliyev Soruşur Yazılma Tarixi:30.06.2015 12:10:46

Oğlum ali təhsil aldıqdan sonra, 2014-cü il iyul çağırışında tibbi yoxlamada yararsız kimi qaytarılıb. Növbəti çağırışda yenidən tibbi yoxlamada yararsız kimi qaytarılıb. Yanvar, aprel, iyul 2015-ci il çağırışlarında hərbi xidmət üçün çağırılmayıb və hərbi xidmətə yararsız kimi hərbi bilet verilməyib. Xahiş edirəm bildirəsiniz oğluma hərbi bilet verilməlidirmi? Əgər verilməlidirsə hansı müddətə kimi verilməlidir?

Bildiririk ki, müraciətinizdə oğlunuz haqqında məlumatlar (soyadı, adı, təvəllüdü, hərbi qeydiyyatda olduğu yer) qeyd etmədiyiniz üçün barəsində ətraflı araşdırma aparmaq mümkün deyil. Yuxarıda göstərilən məlumatlar Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə barəsində araşdırma aparılaraq Sizə ətraflı məlumat veriləcəkdir.  
elvin nurməmmədov Soruşur Yazılma Tarixi:30.06.2015 11:30:33

hərbi bilet əvəzinin korlanmasına görə cərimə nə qədərdir3

Bildiririk ki, hərbi bilet əvəzi arayış etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda hərbi vəzifəlilərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Aslanli Soruşur Yazılma Tarixi:30.06.2015 10:55:43

Salam. Ali tehsilliyem. Menim sol elimin uzerinde balaca kesik izi var idi. meni ona gore Mashtaghaya gonderdiler. Men gelecekde ishe duranda MashtGhaya geddiyime gore mene problem yaratmazlarki? teshekkurler.

İşə düzəlmək işə götürən dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:30.06.2015 10:52:51

Salam.Mən 1 aydan çoxduki işə duzəlməy üçün sənədlərimi vermişəm hələ cavab gəlməyib.müsabiqəyə düşüb düşmədiyimi necə öyrənə bilərəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra  namizədliyinizə baxıla bilər. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Azer Mehdiyev Soruşur Yazılma Tarixi:30.06.2015 03:33:54

Salam men iyul çagiriwçisiyam, xidmet edeceyim növü bilmiwem, hansi rayon ve ya Sheherde edeceyimi nece bile bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Ali Aliyev Soruşur Yazılma Tarixi:30.06.2015 01:44:27

Salam men Hara düşdüyümü öyrəndim DSX ya amma ki, Xidmet edeceyim saheler Zaqatala Astara .... ola bilermi ? Yeni men Başqa ölkələrnən sərhəddə olacam ?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
nezerov ismayil Soruşur Yazılma Tarixi:30.06.2015 01:39:26

Salam herbir suali duz cavabladim amma sekildeki simvolu kocurde bilmirem axtar sozunun altinda gizlenib onu nece yazim

Xidmətin saytının mobil versiyası yoxdur, odur ki, kompyuter vasitəsi ilə yoxlayın.
Nurlan Məmmədli Soruşur Yazılma Tarixi:30.06.2015 01:27:03

salam,hərbi xidməti Ədliyyə nazirliyində keçirəcəyim yazıb hansı korpusda olduğumu necə örgənə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897