Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Günel Soruşur Yazılma Tarixi:29.06.2015 17:35:01

Salam. Bu il hərbi xidmət müddətini başa vurmuş əsgərlərin tərxis olunma tarixində gecikmə olacaqmı? Olacaqsa, çoxmu olacaq? 25 iyuldan sonra tərxis olunacaqları bildirilir. Zəhmət olmasa, ətraflı məlumat verərdiniz.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Memmedzade Elman Soruşur Yazılma Tarixi:29.06.2015 17:28:02

Salam menim herbi qeydiyyatim xetaide olub amma soradan qeydiyyatim yasamala kecib, amma herbi qeydiyyatim xetaidede qalib ve artiq herbi caqiris almisam xetai rayonunun herbi komissarliqindan. Sorusmaq istiyirdimki bu bir problem yaratmazki? Evvelceden cox saqolun.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının (SHXÇDX-nin idarə, şöbə və bölməsinin) dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər (yaşayış yerinin dəyişdiyini təsdiq edən sənəd) müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir. Siz çağırışçı kimi SHXÇDX-nin Xətai rayon idarəsində qeydiyyatdasınız və sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə orada olmalısınız.
TURAL DADAŞOV Soruşur Yazılma Tarixi:29.06.2015 15:29:36

Salam mənim qohumum 5 il əvvəl əsgərlikdə olub.hərbi xidməti dövründə ruhi xəstəliyə tutulub.15-ci maddə ilə hərbi uçotdan çıxardılaraq ordudan tam təxris olunub.4 ay hərbi xidmətdə olub.indi əgər o sağalıbsa 1 saylı psixiatriyada müayinə olunsa və əgər qərar verilsə ki o sağlamdır. onda onu hərbi xidmətə bərpa etmək olarmı ?belə bir şey mümkündürmü? hərbi komissarlıqdan belə bir şeyin mümkün olmadığını deyirlər bu nə dərəcədə düzgündür ?birdə o hərbi xidmət çəkmiş sayılırmı.? işə qəbul olunanda hərbi bilet tələb edirlər bu düzgündürmü ?belə hərbi bilet ilə hansı sahələrdə işləmək olar?xahiş edirəm ətraflı cavab verəsiniz .o hərbiyə qayıtmaq istəyir ...mümkündürsə nə etməlidir ?

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Qohumunuzun işə qəbul zamanı namizəddən hərbi xidmət keçməsi haqqında sənəd tələb olunan peşə sahələrində işləməsi qeyri-mümkündür.  
semedov Refael Soruşur Yazılma Tarixi:29.06.2015 14:40:08

gizirlik kurslarina sened qebulu ne vaxt baslayir?

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.  Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cəfərov kənan Soruşur Yazılma Tarixi:29.06.2015 14:17:30

Salam .Mən 1-ci kurs tələbəsiyəm. instutdan arayış gətirib hərbi komisarlıqa verdim.Bilməh istiyirdim mənə möhlət hüququ neçə gunə veriləcə?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rauf Soruşur Yazılma Tarixi:29.06.2015 14:04:34

Salam. Menim gozumde qarisiq astiqmatizm var bir gozumde -5 digerinde ise -3 . Oxlarla sagda M2 OD ve H2 OD solda ise M2OD ve H3 OD Bilmek isterdim herbi xidmete yararliliq veziyetim necedir? Tesekkur edirem

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Xetai Bayramov Soruşur Yazılma Tarixi:29.06.2015 13:59:02

Salam.men bilmek isteyirem ki,ali tehsilli oldugumu bildirmek üçün hansi senedleri hara teqdim etmeliyem ve ne vaxt?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
HÜSEYİN Soruşur Yazılma Tarixi:29.06.2015 12:10:21

salam men men soruwaq isdiyidim ki,cagiriwcilarin siyahisi 2015 iyul uzre saytda ne vaxt derc olunacaq?ve umumiyyetle olunacaqmi?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
İmran Soruşur Yazılma Tarixi:29.06.2015 11:47:15

Salam 9100-a SMS göndərmək üçün nə qədər pul tutulur?

9100 qısa nömrəsinə göndərilən sms-lərin qiyməti 24 qəpik təşkil edir.
Vusal Soruşur Yazılma Tarixi:29.06.2015 11:36:16

Menim suruculuk vesiqem var ...Herbide men mawin sure bilerem???B.C koteqoriyadi...yoxsa ancaq gizirlere icaze var surmeye???

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişi əsasında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar təyin olunduqları müvafiq qoşun növlərində verilmiş ixtisasa uyğun vəzifələrdə müddətli həqiqi hərbi xidmət keçirlər. Hərbi hissədə sürücü ixtisaslı mütəxəssislərə ehtiyac olduğu zaman bu vəzifələrə öz hesabına təsərrüfat hesablı kurslarda hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar da təyin oluna bilərlər.
Cədvəldə sətir sayı :14897