Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
TƏRANƏ ƏLƏKBƏRLİ Soruşur Yazılma Tarixi:28.06.2015 18:30:28

salameleykume.menim ovladim hal -hazirda herbi xidmetde oz xidmetini qulluq edir.3 ay sonra texris olunacaq in wallah.amma ovladim ordu siralarinda muddetden artiq qalib iwlemek isteyir yani Vetene xidmet etmek isteyir.xahiw edirem cavab vererdinizki bu mumkudur ya yox?tebiki ovladimim oz arzusudur.hec 1 mecburiyyet yoxdur.2 defe HERBI MEKTEBE sened verib sadece kecid bali az oldugu ucun qebul olunmayib.nezerinize catdirimki ovladim boks uzre idmancidir ve diplomlarida var

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, övladınız aidiyyəti üzrə qulluq (xidmət) etdiyi hərbi hissənin komandanlığına müraciət etməlidir.
Mustafayev Bayram Musa oglu Soruşur Yazılma Tarixi:28.06.2015 15:54:16

Deyirler muharibe olacaq men nece yazili konullulere

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə hərbi vəzifəlilər çağırış vərəqəsinə əsasən Хidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Bu səbəbdən, səfərbərlik elan olunarsa hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsüyə olunur.
Mirsaleh Seyidov Soruşur Yazılma Tarixi:28.06.2015 14:54:39

Salam. Men 10 gun sonra herbi xitmete gedirem. Sorusmaq isterdim ki? Menim 4 illik emek kitabcam var kompyuter muhendisi kimi. Bunun mene hansi musbet cehetlri var. Evvelceden tesekkur edirem

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Elçin Nərimanov Soruşur Yazılma Tarixi:28.06.2015 12:47:48

salam.Mənə 1ci qrafanin 80 maddəsi ilə yararsız hərbi bilet veriblər.bilmək istəyirem bu maddə hansı xəstəlikləri əhatə edir.2016 ci il 10cu ay tekrar muayineden kecmeliyem.ve gələn il ali məktəbi bitirib əsgər getmək istəyirem.bu mümkün olan işdi ??özümü sağlam hiss edirem idmanla məşğul oluram.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-ci maddəsinin I qrafasına “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” aiddir. Əlavə olaraq bildirirəm ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Mehman Qubadzadə Soruşur Yazılma Tarixi:28.06.2015 12:06:50

Salam. Mən bakalavr təhsilimi (iqtisadiyyat) başa vurdum. Bilmək istərdim ki, orduda ehtiyat zabit (nikadr) kimi xidmət edə bilərəmmi? Əgər edə bilərəmsə bunun üçün hansı sənədlər tələb olunur?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
agsaif Soruşur Yazılma Tarixi:28.06.2015 11:25:37

salam.diplom institutu bitirdikden 5-6 ay sonra verilir.institutu bitirmeyim haqqinda arayisi herbi komissarliga vermeliyem?yoxsa diplomu aldiqdan sonra diplomu verim?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Agasif Qasimov Soruşur Yazılma Tarixi:28.06.2015 11:13:44

salam.iyulda olacaq imtahanimla elaqedar herbi xidmete cagiris qeydiyyatimi 15-den sonraya yaziblar.hansi herbi hisseye dusduyumu iyunun 30-u mende oyrene bilerem?yoxsa getmeye bir gun qalmis oyrenecem?

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün sərəncamla Fövqəladə Hallar Nazirliyinin komandasına təyin edilmisiniz.
Nicad Nagdiyev Soruşur Yazılma Tarixi:28.06.2015 04:58:17

salam.men gemi mexaniki uzre tehsilimi almisam ve bu il iyul ayinda herbi xidmete gedecem esgerliyimi gemiye dusmek ehtimalim var?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Melikov Zaur Soruşur Yazılma Tarixi:28.06.2015 01:54:49

Salam.Men Azerbaycan Kooperasiya Universitetini,istehlak mallarinin ekspertizasi ve marketinq fakultesini bu il bitirmisem.nikadr Leytenant olmaq sansim var?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Tural Qurbanov Soruşur Yazılma Tarixi:27.06.2015 21:51:24

salam menim ayagim yastipence cixib meni aparacaqlar esgerliye???

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 64-70-ci maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897