Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Quliyev Soruşur Yazılma Tarixi:27.06.2015 13:01:15

Salam.menim size 1 sualim var.men bu il Goychay Dovlet Idare etme ve Texnalogiya Kollecini bitirdim, Ayin 1-ne paveskam gelib. Inshallah herbi xidmete yola dushurem.bilmey isteyirem eger Herbi xidmetde qalib ishlesem.Rutbem hara kimi qalxacag?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.2-ci maddələrinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir.
Samir Quliyev Soruşur Yazılma Tarixi:27.06.2015 12:58:49

serhed xidmetinde islemek ucun hara muraciet etmek lazimdi ?bakida bele yer haradadi?yeni evvel telim kecursen sora buna uygun isleyrsen birde ali tehsil onemlidi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası-nın Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Suleyman Kazimli Soruşur Yazılma Tarixi:27.06.2015 12:13:39

Salam mene herbi cagiris vereqesinde 15.07.2015ci ilde getmek yazilib men iyulun 15 inden tez getmemeliyemde ? Iyulun 15i getmeliyem ? Suala etrafli cavab versez sevinerem.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar təyin olunduqları hərbi hissələrə  Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafikə əsasən göndərilirlər.
seferlı feqan Soruşur Yazılma Tarixi:27.06.2015 11:41:42

salam men bılmek isteyirem ki 21.07.2015 cağrışım var bu tarixde ise menim ad günümdü bilmek isteyirem ki meni 21 aparacaqlar? cox sagolun

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar təyin olunduqları hərbi hissələrə  Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafikə əsasən göndərilirlər.
Tural Soruşur Yazılma Tarixi:27.06.2015 09:57:08

Salam. 01.07.2015 tarixinde ehtiyata buraxilacag herbi quluqcularin saxlandigi deyilir. Duzdu?

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Elgun Osmanov Soruşur Yazılma Tarixi:27.06.2015 00:02:09

mene cagiriw vereqesini gonderibler ancag men turkiye universitetine sened vermeliyem senedlerim elektron wekilde gonderiecey cavablarim ise avqust ayinin 1 de cixacag tehsilim ucun mene arayiwi getirib vermeyim ucun mene mohlet verilmelidi onu nece ala bilerem ?

Çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətət çağırışdan möhlət təhsil müəssisəsindən verilmiş arayış əsasında verilir.
Islam Xabkishiyev Soruşur Yazılma Tarixi:26.06.2015 18:22:58

Salam, mene voenkomatdan zeng vurub xarici dil biliyimi soruwublar, o neye goredi? Evvelceden minnetdaram

Bildiririk ki, çağırışçıların öyrənilməsi və müvafiq qoşun növləri üzrə bölgüsü zamanı onlar barədə bütün məlumatların tam və düzgün əhatə olunması tələb olunur.
Nicat Seferli Soruşur Yazılma Tarixi:26.06.2015 17:38:30

salam. men Ali tehsilliyem bu il Texniki universiteti bitirmişem ve nikadr kimi qullug etmek isteyirem,oyrenmek isteyiremki bu butun qoşun novlerinde varmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Vüqar Rəhimov Soruşur Yazılma Tarixi:26.06.2015 17:38:24

Gizir kimi Hərbiyə gəlmək üçün nə etmeliyəm.ne imtahani ve kurs harda nece bu haqqda ətrafli melumat verin xaiş edirəm.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Mahir Soruşur Yazılma Tarixi:26.06.2015 17:30:57

Men iyul ayinda herbi xidmete yollaniram. Komisariatdan mene kagiz verilibki ayin 3 saat 9da voyenkomtda olum.Sualim budurki men hele ayin 3 voyenkomatdan birbasa olarag herbi xidmete yolanacam?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar təyin olunduqları hərbi hissələrə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən tərtib  olunmuş qrafikə əsasən göndərilirlər.
Cədvəldə sətir sayı :14897